"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Tarix: 6-01-2025, 11:01 | Çap et
"DİA-AZ" xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, yeni ilin ilk iş həftəsi başladı, Prezident tərəfindən “konstitusiya və suverenlik ili” adlandırılan 2025-ci ildən gözləntiləriniz nədir?
- Xalqımızı bir daha Yeni ilin başlanması münasibətilə təbrik edirəm. Çox istərdim ki, yeni ildə dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyət bölgüsünə (hakimiyyətin qanadlarının qarşılıqlı olaraq bir-birinə nəzarətini təmin edən və dövlət hakimiyyətinin həyata keçirilməsində qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans yaradan) real məzmun verən yeni konstitusiya qəbul olunsun. İnsanlarımızın yüksək həyat səviyyəsini, təhlükəsizliyini, hüquq və azadlıqlarını Qərb standartaları səviyyəsində təmin edəcək ciddi islahatlar həyata keçirilsin. Azad bazar prinsiplərinə əsaslanan güclü iqtisadiyyat, sosial ədaləti təmin edən hüquq dövləti quraq, dünyaya açılaq.
- Bu il Ermənistanla sülh sazişinin imzalanmasını mümkün sayırsınızmı?
- Öz öhdəliklərinə uyğun olaraq, Naxçıvana maneəsiz gediş-gəlişə razılıq verməyənə qədər Ermənistanla sülh sazişi imzalamamalı və həmin ölkə ilə hər hansı formada əməkdaşlıqdan imtina etməliyik. O cümlədən, sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində. Sülh sazişinin imzalanması Ermənistandan asılıdır. Daha doğrusu Ermənistanı yönəldən və qorxudan ölkələrdən.
- Nə sülh, nə müharibə variantı milli maraqlarımıza cavab verirmi?
- Ölkəmizin və regionun təhlükəsizliyi və inkişafı üçün bölgəyə sülh lazımdır, amma bu milli mənafelərimizdən imtina hesabına olmamalıdır. Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan sülh danışıqlarında bu məsələni əsas şərt kimi irəli sürməlidir.
- Ermənistan atəşkəsi poza bilərmi?
- Ermənistan və tərəfdaşları hesab etsələr ki, artıq onlar üçün gözlədikləri əlverişli beynəlxalq şərait yaranıb, dərhal ölkəmizə hücüm edəcəklər. Ona görə büdcədə hərbi xərclərin artırılmasını dəstəklədim. Ermənilər qələbə eyforiyasına düşdüyümüzü və bunun nəticəsi olaraq bizim üçün ağır nəticələrə səbəb olacaq yanlış qərarlar qəbul edəcəyimizi proqnozlaşdırırlar. Onların ekspertlərinin bizim ölkəmizdə yaşananları necə şərh etdiklərini dinləyib, təhlil etsəniz buna əmin olarsınız. Onlar deyirlər ki, bizdə qələbədən sonra yaranmış özgüvən hissi imkanlarımız haqqında yanlış təsəvvürlər yaradıb. Biz müasir çağırışları və rəqiblərimizin imkanlarını düzgün qiymətləndirə bilmirik. Düşünürük ki, gələcək uğurlar daha asan əldə olunacaq. Qələbənin yaratdığı təkəbbürlülük şəxsi, siyasi və beynəlxalq münasibətlərimizi korlayacaq, bizi müttəfiqlərimizin və tərəfdarlarımızın dəstəyindən məhrum edəcək. Cəmiyyətdə parçalanma daha da dərinləşəcək və bu, barışa, mili birliyə imkan verməyəcək. Qələbə eyforiyası ölkəmizdə durğunluğa yol açacaq, cəmiyyətdə təşəbbüskarlıq olmayacaq, ölkə geri gedəcək. Hadisələrə eyforiyanın yaratdığı təkəbbürlülükdən doğan impulsiv yanaşma strateji qərarların qəbulu zamanı nəticələri düzgün hesablamağa imkan verməyəcək. Onlar açıq söyləyirlər ki, dəqiq milli hədəflərin və onlara çatmaq üşün strateji planların olmaması qələbə eyforiyasının keçməsi ilə cəmiyyətimizdə boşluq və böyük ümidsizlik yaradacaq. Ermənistan eyni zamanada Ukraynadakı müharibənin sonunu gözləyir. Özlərini sülh istəyən tərəf kimi göstərməklə revanşist müharibəyə başlayacaqları zaman bizi təcavüzkar tərəf kimi ittiham etməyə çalışacaqlar.
- Qüdrət bəy, İranın gerizəkalı mollalarının yenidən bizə hücum etməsini necə qarşıladınız?
- Pezeşkian İranı sosial xarakterli inqilablardan və ölkəni dağılmaqdan qoruyacaq bəlkə də son ümid idi. O seçiləndə demişdim ki, ali dini lider onu islahatlar həyata keçirməkdə dəstəkləməsə, o heç nəyə nail ola bilməz. Çünki İranda prezident “günah keçisi” rolunda çıxış edir, real hakimiyyət dini liderdə və təhlükəsizlik qüvvələrindədir. İndi tam aydın olur ki, Pezeşkianı seçkilərdə dəstəkləməkdə əsas məqsəd mütərəqqi insanların nümayəndəsi kimi onu hakimiyyətə gətirib islahat tərfdarlarını xalqın gözündən salmaq olub. Qeyd etdiyiniz gerizəkalılar Pezeşkiana hər hansı islahat aparmağa, beynəlxalq əlaqələri yaxşılaşdırmağa, İranı sivil dünyadan qovulmuş ölkə statusundan xilas etməyə imkan verməyəcəklər. Ona görə Azərbaycan qısa bir zamanda ərzaq ehtiyatlarını ən azı iki dəfə artırmalı, İranda baş verən proseslərin ən gözlənilməz ssenarisinə hazır olmalıdır. Ola bilsin Allah-Təala İlham Əliyevin üzərinə daha bir tarixi missiya qoyub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
|