“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...” .....                     “Xumar Qədimova klipimi yutubdan sildirdi” .....                     Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... .....                     MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib .....                     Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək .....                     Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. .....                     Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                 

“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Tarix: 14-01-2025, 17:41 | Çap et
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam”
Hacıyevlərin iki məşhur nümayəndəsi artıq məhkəmənin hökmü ilə uzunmüddətli həbs cəzası alıb. Onlardan biri ictimai fəal Bəxtiyar Hacıyev, digəri İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlumat üçün bildirək ki, adıçəkilən şəxslərin ataları əmioğludurlar. Hər ikisi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi nəvəsidir.

Hafiz Hacıyev qohumu Bəxtiyar Hacıyevə 10 il hökm oxunmasına necə baxır?

Globalinfo.az-da danışan H.Hacıyev Bəxtiyar Hacıyevin atası ilə öz atasının əmioğlu olduğunu vurğulayıb.

O, B.Hacıyevin həbsindən danışarkən bunları deyib:

“Elə bir zəmanəyə gəlmişik ki, hansısa məmurun nöqsanını deyə bilmirik, dərhal həbsə atırlar. Zamanında biz də həbs edilmişik. Bu gün dünyanın üzərimizə gəldiyi bir dövrdə bu cür yollara əl atmaq düzgün deyil. Bəxtiyar və ya digərləri bu ölkəyə nə pislik edə bilər? Əllərində top-tüfəngləri yox, orduları yox. Düşünürdüm ki, hər halda Bəxtiyara daha az və yüngül cəza verilər. Təəssüf ki, o məni zamanında dinləmədi. Dinləmiş olsa, hazırda dörd divar arasında olmazdı. Demirəm, Bəxtiyar tamamilə səhvsiz və pakdır. Lakin bu cəza onun üçün çoxdur. Biz partiyalar da ölkədə barışıq olmasını istəyirik. Adi yas yerinə gedəndə də insanlar ölkə daxilində olan sosial problemləri müzakirə edirlər. Prezidentin işinə kölgə salmaq istəyənlərə qarşı çıxanları isə həbsə atdırırlar”.

Hafiz Hacıyev zamanında özünün həbs olunma səbəbini açıqlayıb:

“Sürət Hüseynov hakimiyyətə gələndə mən nazir idim. Həmin dönəmdə S.Hüseynov məndən 600 min dollar pul istədi. Mən bunu rəhmətlik Heydər Əliyevə çatdırdım. Onda da Heydər Əliyev Ali Sovetin sədri və prezidentin səlahiyyətlərini icra edirdi. Açıq şəkildə dedi ki, Sürət qələt edir, get işinə davam elə. Lakin Hüseynov keçmiş baş prokuror Əli Ömərova məni həbs etdirməyi tapşırmışdı. Onun tapşırığına əsasən də 2,6 il müddətinə azadlıqdan məhrum edildim. Heydər Əliyev olmasa idi, Sürət Hüseynov məni öldütdürərdi”.

Partiya sədri hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin də əmisi nəvəsi olduğunu deyib:

“Vilyamı o vaxt mənim xahişimlə icra başçısı təyin etmişdilər. Sonra bəzi hərəkətlərə yol verdiyi üçün həbs olundu. Keçmişə qayıtmaq istəmirəm. Düzü, heç biri ilə əlaqəmiz yoxdur. Hətta əzizlərimizin yas məclisində eyni masada əyləşsək də, bir-birimizlə danışmırdıq. Vilyam Hacıyevlə konkret nəyə görə danışmadığımız məlum deyil. Bəxtiyarla aramızda olan “düşmənçiliyə” səbəb isə Əlilərə, İsalara (Əli Kərimli ilə İsa Qəmbəri nəzərdə tutur – red.) qoşulmamağı tövsiyə etməyimdir. Amma qeyd edim ki, hər iki əmim nəvəsinin azadlığa qovuşması üçün müraciətlər etmişəm, gizlətmirəm də”.

Hafiz Hacıyev ona qəsd etmək istəyənlərin olduğunu düşünür:

“Zamanında İlham Əliyevə dəstək olduğum üçün məni hədələyən bəzi məmurların öz balaları bu gün vəzifədədirlər. Oturub, Azərbaycanın büdcəsini talayırlar. Əgər məni öldürməsələr, rezidentlə görüşüb, baş verənləri ona danışacam”.

Partiya sədri deyib ki, Hacıyevlər ziyalı nəsildirlər:

“Hacıyevlər ailəsini artıq dustaq ailəsi adlandırmaq olar. Fakt olaraq iki əmim nəvəsi həbsdədir. Bilirsiniz, nəslimiz böyükdür. Akademiklər, professorlar, imkanlı və ziyalı adamlar çoxdur. Biz hər zaman dövlətin və onun başçısının yanında olmuşuq”.

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.

2020-ci ilin may ayının əvvəllərində DTX-nin xüsusi əməliyyatı ilə həbs olunan İmişlinin sabiq başçısı Vilyam Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan onun cəzası 8 il 6 ay müddətinə azaldılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru