"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Tarix: 15-01-2025, 17:09 | Çap et
Ermənistanın Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyan parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək. O bildirib ki, müdafiə xərcləri dövlət büdcəsinin ən mühüm hissəsidir: "Bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsi üçündür. Hərbi büdcənin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək." Qeyd edək ki, müdafiə xərclərinə 1,7 milyard dollardan artıq pul ayrılması Ermənistan tarixində rekord göstəricidir.
"Sherg.az"ın budəfəki müsahibi Ağ Partiya sədri Tural Abbaslıdır. O, mövzu ilə bağlı suallarımızı cavablandırarkən bildirib ki, Azərbaycan Qafqazda lider ölkə statusunu qorumaq üçün hansı tədbirlər lazımdırsa, dərhal həyata keçirilməlidir.
-Tural bəy, Ermənistanın müdafiə büdcəsini rekord səviyyədə artırması Azərbaycan üçün hansı təhlükəsizlik riskləri yarada bilər? -Qarabağ müharibəsindən sonra Ermənistan beynəlxalq aləmdə özünü sülhpərvər bir dövlət kimi təqdim etməyə çalışır. Paşinyan az qala "sülh göyərçini" kimi bütün Avropa ölkələrinə səfərlər edib. Lakin onların əməlləri sözləri ilə uyğun gəlmir. Əksinə, Ermənistan tarixində ən yüksək hərbi büdcə olan 1,7 milyard dolları təsdiqləyərək silahlanır. Bu isə Ermənistanın sülh prosesinə yalnız vaxt qazanmaq üçün yanaşdığını düşündürür. Elə buna görədir ki, Azərbaycan 2025-ci ildə müdafiə xərclərinin 8,4 milyard manata çatdırılaraq silahlanma yarışında geriyə düşmək istəmir. Bu, rəsmi Bakının regional lider mövqeyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün atdığı zəruri addımdır.
-Sülh danışıqları bu vəziyyətdə hansı istiqamətə yönələcək? -Açığı deyim ki, mən Ermənistanla hər hansı bir sülhün imzalanmasına tərəfdar deyiləm. Çünki qalib və məğlub arasında sülh imzalanmır, birtərəfli razılıq əldə olunur. Bu razılaşmada da şərtləri qalib tərəf diktə edir. Necə ki, Birinci Dünya Müharibəsindən sonra qaliblərin diktəsi ilə dünya nizamı formalaşdı, İkinci Dünya Müharibəsindən sonra yenə də qaliblərin iradəsi ilə dünyanın siyasi xəritəsi yenidən cızıldı, məğlub olan tərəflər – Almaniya və Yaponiya kimi – qaliblərin şərtlərini qəbul etdilər. Eyni şəkildə, Ermənistan da Azərbaycanın şərtlərini qəbul etməlidir. Lakin hazırda Ermənistan tərəfindən başladılan kampaniya Azərbaycanın "aqressiv ölkə" olduğu görüntüsü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanın mövqeyini zəiflətmək məqsədi güdür. Azərbaycan iqtidarı isə beynəlxalq təzyiqlərdən yayınmaq üçün sülh imzalamağa çalışır. Biz isə müxalifət partiyası olaraq Ermənistanla hər hansı bir sülh müqaviləsinin imzalanmasını mənasız hesab edirik. Çünki ermənilər indiyədək heç bir razılaşmaya sadiq qalmayıblar. Xüsusilə də 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın bəndlərinə əməl etməmələri bunu bir daha sübut edir. Ehtimal olunan növbəti sülh müqaviləsi də bənzər aqibətlə üzləşəcək. Ermənistan sülh müqavilələrini sadəcə vaxt qazanmaq üçün bir vasitə kimi istifadə edir.
-Ermənistanın müdafiə büdcəsindəki artıma qarşı rəsmi Bakı əlavə tədbirlər görməlidirmi? -Azərbaycan Ermənistanın atdığı hər bir addımı diqqətlə izləməli və uyğun addımlar atmalıdır. İstər müdafiə və hücum sistemlərinin möhkəmləndirilməsi, istərsə də Qafqazda lider ölkə statusunun qorunması üçün hansı tədbirlər lazımdırsa, dərhal həyata keçirilməlidir. Doğrudur, silahlanma yarışı tarixdə heç bir ölkəyə uzunmüddətli uğur gətirməyib. Amma bu yarışı başlayan tərəf biz deyilik.
-Qərb qonşumuzun silahlanmasının arxasında hansısa xarici qüvvələrin təsiri dayanır? -Əlbəttə ki, burada xarici qüvvələrin təsirini görməmək mümkün deyil. Heç digər dövlətlərin fəaliyyətinə yox, Fransanın proseslərdəki mövqeyi göz önündədir. Mən düşünürəm ki, Ermənistan tarixi rolunu yenidən oynayır. Əvvəllər Rusiyanın əlində maşa idi, indi isə Qərbin. Təbii ki, İran da, Türkiyə ilə regional rəqabətinə görə Azərbaycana qarşı mövqe nümayiş etdirir. Düşünün, elə vəziyyət yaranıb ki, İran, Azərbaycanın güclənməsinə mane olmaq üçün Ermənistan sərhədlərini öz "qırmızı xətti" elan edib. Sözügedən güclərdən başqa Hindistan, Yunanıstan və digər dövlətlər Ermənistanı dirçəltmək, gücləndirmək üçün əllərindən gələni edirlər. Hesab edirəm ki, həmin ölkələrə xəbərdarlıq edilməli və konkret şərtlər irəli sürülməlidir.
-Bəs bu Azərbaycanın digər ölkələrlə münasibətlərinin pozulmasına səbəb olsa? -Əgər kimlərsə perspektivsiz və daim böhran içində olan Ermənistana görə Azərbaycanla münasibətlərini pozmağa hazırdırsa, bu, onların seçimidir.
-Rəsmi İrəvanın silahlanmağa daha çox maliyyə ayırması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edəcək? Təbii ki, mənfi. Bu, sülh prosesinə də ziyan vuracaq. Yaxın gələcəkdə Ermənistanın taleyi heç də parlaq görünmür. Buradan Ermənistandakı siyasətçilərə bir çağırış etmək istəyirəm: əgər 1,7 milyard dollarınızı silahlanmaya yox, öz iqtisadiyyatınıza, xalqınızın rifahına və sosial şəraitin yaxşılaşdırılmasına sərf etsəniz, daha faydalı olar. Çünki Ermənistan nə Azərbaycanla hərbi yarışda ayaqlaşa bilər, nə də Azərbaycanın qarşısında duruş gətirə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
|