![Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739175312_0001.jpg)
Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Elman Məmmədov deyib.
Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.