!["Həkimlər hələ evə buraxılmağa icazə vermir... "Həkimlər hələ evə buraxılmağa icazə vermir...](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739176246_0001.jpg)
"Özümü yaxşı hiss edirəm, əsas odur ki, həyatdayam".
Bunu Qaynarinfo-ya bir neçə gün öncə insult keçirən müğənni Nazim Pişiyari (Faytonçu) deyib.
Sənətçi hələ xəstəxanada olduğunu vurğulayıb:
"Ölümdən döndüm, həkimlər hələ evə buraxılmağa icazə vermir. Müalicə kursları davam edir. Mənim üçün narahat olan bütün insanlara təşəkkür edirəm. Yola davam, yenə sizinləyəm".
Qeyd edək ki, bir neçə gün öncə müğənni Nazim Pişiyari (Faytonçu) yolda yıxılıb, qapalı kəllə-beyin travması alıb. Vəziyyəti ağırlaşan müğənni xəstəxanaya yerləşdirilib. Həkimlər ona işemik insult diaqnozu qoyub.