
Rusiyanın Samara vilayətində azərbaycanlılarla insidentdən sonra zərərçəkmiş kimi tanınan bələdiyyə deputatı Sergey Turusin məhkəmə qarşısına çıxarılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə prosesi özünümüdafiə cəhdlərinə baxmayaraq, parlamentari üçün 40 min rubl cərimə və silahlarının müsadirəsi ilə başa çatıb. Məlumata əsasən, azərbaycanlılardan ikisi hazırda həbsdədir.
Samarada deputatla azərbaycanlılar arasında dava
Hadisə 2025-ci ilin yanvarında baş verib. Deputatın tanışı olan qız bir qrup sərxoş azərbaycanlı miqrant tərəfindən yerli sakini döyməsinin şahidi olub. Qadın həkimlərə və polisə müraciət edib. Lakin miqrantlar onu tutmağa çalışıblar, bundan sonra o, kömək üçün Turusinə müraciət edib.
Samara deputatı ilə travmatik silah və bıçaqlardan istifadə edən bir qrup şəxs arasında insident yaranıb. İstintaq Komitəsi iddia edir ki, deputata hədə-qorxu gəliblər və onun avtomobilinə ziyan dəyib.
Nəticədə Turusin travmatik tapançadan atəş açıb. İnsidentdə iştirak edən azərbaycanlılar saxlanılıb və onlara bir sıra ittihamlar irəli sürülüb.