Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
 “Boşanmaların artmasına səbəb qadınlardır”, “Qadınlar evliliyi biznes layihəsi kimi görür” yanaşmalarına tez- tez rast gəlirik. Sadə vətəndaşlar deyil, hüquqşünaslar, millət vəkilləri, hətta sosioloqlar belə boşanmaların günahını qadınların boynuna yazır. İndiyə kimi sosial şəbəkələr, media müstəvisində aparılan bu müzakirələr indi də Parlament səviyyəsində dilə gətirilib. Deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında iddia edib ki, boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq istəyi və aliment almaq imkanlarının olmasıdır. Millət vəkili hesab edir ki, boşanmaq üçün qadınlara stimul verən faktor da alimentdir: “Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınların ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”. Doğrudanmı, boşanmalara səbəb olan əsas amil qadınların “evliliyi biznes layihəsi” kimi görməsi, süni səbəblərdən ailələrini dağıtması sərbəst "gəzmək" istəyidir?
Sözügedən tədbirdə iştirak etdiyini vurğulayan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az”a açıqlamasında deyib ki, səsləndirilən fikirlərin absurd olduğunu elə həmin iclasda iştirak edən insanlar öz baxışları, mimikaları ilə hiss etdirdilər: “Ailənin dağılmasının bütün məsuliyyətini qadınların üzərinə atmaq və bunu da onların aliment alıb sərbəst yamaşaq istəkləri ilə əlaqələndirmək gülünc və real faktlara əsaslanmayan bir təxəyyülün məhsuludur. Boşanma statistikaları, məhkəmə təcrübələri göstərir ki, ailələrin dağılmasında kişilərin də rolu qadınlardan heç də az deyil. Ona görə də, bir-iki qulaqdan eşitmə hadisə üzərindən bu müzakirələrin gündəmə gətirilməsinin tərəfdarı deyiləm. Bu deyilənlər ölkə ictimaiyyətinin yox, sadəcə, bir şəxsin yanaşmasıdır və qətiyyən haqlı olduğunu düşünmürəm. Aliment Fondunun yaradılmasının saxta boşanmalara səbəb olması ilə bağlı proqnozları da məntiqli hesab etmirəm. Aliment Fondunun yaradılması dövlət siyasətinin humanist istiqamətinin bir qoluna çevrilə, yüzlərlə, minlərlə boşanmış qadına çarə ola bilər. Çox sayda insan alimentin ödənilməsindən yayınır. Ana ilə uşaqları ac-susuz, kiməsə möhtac qalır. Bu cür ailələrdəki uşaqların sağlam böyüməsində, onların inkişaf etməsində çox böyük problemlər yaranır. Konstitusiyaya görə, dövlət də uşaqların qayğısına qalmalıdır. Bu baxımdan Aliment Fondunun yaradılması bu insanların problemlərinin qismən də olsa həllində mühüm rol oynayar”.
Boşanma statistikasının 50 faizə yaxınlaşdığını vurğulayan Ç.Qənizadə qeyd edib ki, səbəblər müxtəlifdir. Bu məsələnin sadəcə parlamentdə müzakirəsi ilə həllinə nail olmaq mümkün deyil. Boşanmaların səbəbini araşdırmaq, problemin kökünü tapıb aradan qaldırmaq lazımdır. Dövlət orqanları bu məsələ ilə bağlı müvafiq addımlar atmalıdır. Evlənən cütlüklərin 50 faizinin boşanması artıq həyəcan siqnalı deməkdir:
“Görünür, müasir gənclər, həm kişilər, həm də qadınlar ailə dəyərlərini qoruyub saxlamaq istiqamətində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməli, boşanmaya səbəb olan motivləri aradan qaldırmalıyıq. Ailələrin dağılmasının əsas səbəblərindən biri sosial problemlərdir. İqtisadi çətinlik, evsizlikdən əziyyət çəkən ailələrdə gərginlik yaşanır. Qadınlar ərdən daha yaxşı həyat şəraiti tələb edir və kişi bu tələbləri qarşılaya bilməyəndə münasibətlər pisləşir. Zənnimcə, son illər ailələrin dağılmasının səbəblərindən biri kimi sosial şəbəkələrdir. Qadınlar da, kişilər də müxtəlif platformalardakı paylaşımların təsiri altına düşüb ailədən uzaqlaşırlar. Eyni zamanda sosial- iqtisadi problemlər, evsizlik, işsizlik kimi faktorlar da ailələrin dağılmasına gətirib çıxarır. Bu məsələdən ən çox təsirlənən, travma alan uşaqlardır. Proses bu templə davam edərsə, cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq. Valideynsiz böyüyən uşaqların yaşadığı stress onların gələcək həyatına mənfi təsir edir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Bu gün, 14:02 |
|
|
|
• “Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Bu gün, 13:58 |
|
|
|
• Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 13:07 |
|
|
|
• Abşeron RİH-ə qadağa qoyuldu
Bu gün, 13:05 |
|
|
|
• Tramp dediyini etdi... Çin cavab hazırlayır
Bu gün, 13:03 |
|
|
|
• "Sevgilim yaşca məndən böyükdür"
Bu gün, 12:57 |
|
|
|
• Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 12:55 |
|
|
|
• Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Bu gün, 12:51 |
|
|
|
• Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Bu gün, 12:46 |
|
|
|
• Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39 |
|
|
|
• Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36 |
|
|
|
• Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? - GƏLİŞMƏ
Bu gün, 12:33 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28 |
|
|
|
• Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:18 |
|
|
|
• "Bəzi mahnılar var ki, özü yazır"
Bu gün, 12:13 |
|
|
|
• Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11 |
|
|
|
• Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09 |
|
|
|
• ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02 |
|
|
|
• "AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01 |
|
|
|
• İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59 |
|
|
|
• İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54 |
|
|
|
• Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51 |
|
|
|
• Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46 |
|
|
|
• “Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36 |
|
|
|
• "Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23 |
|
|
|
• Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır - Kiyev rusun qarşısında ƏLİYALIN QALIR...
Bu gün, 11:20 |
|
|
|
• Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin məhkəməsi keçirilib
Bu gün, 11:16 |
|
|
|
• "Məqalələr yazmışam, TV verilişləri aparmışam" - Nura Suri iradlara cavab verdi
Bu gün, 11:13 |
|
|
|
• Kollecin direktoru işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 11:11 |
|
|
|
• Ukraynalı deputatdan Zelenskiyə çağırış: - "Trampdan üzr istə!"
Bu gün, 11:07 |
|
|
|
• Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Bu gün, 11:05 |
|
|
|
• Təbriz və Zəncanda yenidən etirazlar başladı
Bu gün, 11:03 |
|
|
|
• Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52 |
|
|
|
• “Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50 |
|
|
|
• "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38 |
|
|
|
• Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12 |
|
|
|
• "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08 |
|
|
|
• “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00 |
|
|
|
• “AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59 |
|
|
|
• Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
Bu gün, 09:54 |
|
|
|
• Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43 |
|
|
|
• Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38 |
|
|
|
• "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36 |
|
|
|
• Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25 |
|
|
|
• «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
|