“AMAY”-IN ŞEFİ MƏTBUATIN ÜZƏRİNƏ OD PÜSKÜRDÜ
Tarix: 1-08-2012, 13:06 | Çap et
“DƏFƏLƏRLƏ XƏBƏRDARLIQ ETMİŞƏM Kİ, MƏHKƏMƏYƏ VERƏCƏM”
DİA.AZ: - Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri, “AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayyev bu günlərdə barəsində yayılan məlumatlarla bağlı redaksiyamıza mövqeyini yollayıb. DİA.AZ olaraq bildiririk ki, KİV haqqında qanunlara uyğun olaraq Abdulla Abdullayevin də mövqeyini olduğu kimi diqqətə çatdırırıq. Hətta bu mövqedə hədələrin olmasına rəğmən:
“Təəssüflənirəm ki, bu ölkədə bəzi insanlar, bəzi mətbuat işçiləri populizm xətrinə mənəviyyatı, şərəfi itirirlər. Bəlkə də bu bəzi adamlarda nə mənəviyyat var, nə şərəf. Bəlkə də ailə tərbiyəsində bu söz işlənməyib və yaxud bu sözə layiq ailə tərbiyəsi görməyib. Mən o şərəfsizlərdən deyiləm ki, Millətimi və Dövlətimi satam. Mən o dəyərin sahibi deyiləm ki, satılam. Mən bir iş adamıyam. Millətim və dövlətim üçün çox sağlam düşüncələrim var. Siyasi adam deyil, iqtisadi adamam.
Hər kəslə danışıqlarımda da bərabər səviyyəli, qarşılıqlı münasibət qurmağı bacarıram. Heç kimi özümdən artıq, heç kimi özümdən əksik saymıram. Pul üçün də heç vaxt satılmaram. Hələ bu günə qədər sizlər bunu anlaya bilmədiniz. Cəhənnəmə getmərəm, cənnət də qəbul eləmir. Mən bir bank rəhbəri kimi maliyyə cəlb etmək üçün sərbəstəm. Heç kimdə mənə müdaxilə etmir. İran İslam Respublikasına qaldıqda isə, 1993-cu ildə İranda MDB məkanından ilk investr mən olmuşam. Bunu İranda çox adam bilir. İran iqtisadi bazaya malik olan qonşu dövlət olduğundan və mən də bir iş adamı olduğu üçün o bazadan yararlanmışam, yararlanıram, yararlanaçağam. İş adamı kimi təşkilatımı qorumaq, yaşatmaq üçün fəaliyyət göstərirəm. Qaldı ki, hakimiyyətə qarşı çıxmağıma, mən həm vətəndaş, həm də təhsil görmüş bir insan kimi dünyada baş verənləri araşdıraraq heç vaxt hakimiyyətin əleyhinə olmamışam.
Mən hakimiyyəti dəstəklədiyim üçün bəzi məmurlar tərəfindən bu problemləri yaşayıram. Bu məmurların əksəriyyəti sizləri maliyyələşdirir və dəstəkləyir. Çünki bu məmurlar dövlətdə çalışıb, dövlətin əleyhinə fəaliyyət göstərirlər. Dövlətinə sədaqətli olanlara isə problemlər yaşadırlar. Sizlərin arxasında duranların hər birini tanıyıram. Mənim üçün informasiya agentliyi yaratmaq çox ucuz bir işdir. Bu agentliyi istəsəm Azərbaycanda, istəsəm də dünyanın hər yerində yarada bilərəm. Sizlərin arxasında duran o şəxslərin iç üzünü açaram.
Dövlətə xəyanətlərindən, separatist danışıqlarından danışaram. Bəzi maliyyə qurumlarının rəhbərlərinin nə etdiklərindən, nələr etdiklərindən, hakimiyyətə mövqeyindən danışaram. Hər dəfə işimi yeniləşdirib, fəaliyyətə başlayan zaman mənim haqqımda bu cür sifarişlər verilir. Eyni zamanda da maliyyə vəsaitlərinin ayrılmasının qarşısını alırlar. Sizləri ki, öyrədib mənim əleyhimə bu cür mənəviyyatsız fikirlər yazdırırlar, yazıqlar olsun!!! Biz ailə olaraq şərəf və ləyaqət üçün yaşamışıq. Bizlərdə kişi duran yerdə qadının sözü yoxdu danışmağa.
Mənim bacım heç vaxt nə bizneslə məşğul olub, nə də bank sahibi olub və o ixtiyarıda yoxdur ki, olsun. Hələ mən ölməmişəm ki, mənim bacım hər hansı bir fəaliyyət göstərə. Bacım 60 yaşındadır, nəticəsi var. Mən də bir qardaş kimi hər zaman bacıma dayaq olmuşam. O cümlədən də digərlərinə. Biz namusumuz və şərəfimiz üçün ölərik, eyni zamanda da başqasının da namusunu və şərəfini qorumaq üçün. Mənəviyyatı olanlar bir informasiyanın araşdırmasını aparar sonra yazar. Qaldı ki, İran Milli Bankından götürülən kreditə. Bəli İran Milli Bankına ticarət mərkəzində ofis üçün yer vermişəm. Qarşılıqlı, bərabər səviyyəli razılaşma əldə etmişik və həmin vəsaiti qəbul edib tikintiyə qoymuşam. Baxmayaraq ki, İran Milli Bankı öhdəliklərini tam şəkildə yerinə yetirməyib. Ona görə də məhkəməyə müraciət olunub və məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bugün də mənə hörmətlə yanaşanlara hörmətlə yanaşıram.
Diqqət yetirənlərə isə diqqətli olmuşam. İçimdə xəyanət olmayıb. Özümün özümə qoyduğum hörmət mənim sədaqətimdir. Azərbaycanlı olan, qanı təmiz olan bir kəs vətəndaşına şər atmaz. Texnikabankın rəhbərinin tutulmasına gəldikdə isə Mən o şərəfsizlərdən deyiləm ki, gücüm çatmıya, kimisə həbsə atdıram. Qanun hamı üçün qanundur. Etibar Əliyevin tutulmasının səbəbi məhkəmə qərarından sonra bilinər. Yazırsınız ki, bu ölkədən qaçmağa hazırlaşıram. Mən Vətənimdən qaçmaram.
Mənim dünyanın bir neçə ölkəsində biznes fəaliyyətim var. Əvvəllər də mən Azərbaycanda az olurdum. İşlərimi nizamlayandan sonra yenə xaricidəki işlərimin üstünə dönəcəyəm. Bu o demək deyil ki, mən ölkədən qaçmış olacam! Bankın ləğv olunması məsələsinə qaldıqda isə Azərbaycan Respublikasının Ali məhkəmə orqanları var. Onların qərarından sonra bankın ləğv olunması təsdiqini tapar.
Biz bəzi informasiya agentliklərinə dəfələrlə məktub göndərərək xəbardarlıq etmişik ki, heç bir reallığa uyğun olmayan əsassız yazılarla bizim işgüzar nüfuzumuza xəlal gətirdikləri üçün onlar haqda qanun çərçivəsində tədbir görülməsini tələb edəcəyik. Yaxın günlərdə həmin qəzet və informasiya agentliklərini işgüzar nüfuza vurduqları zərərə və şərəf-ləyaqətə toxunduqlarına görə məhkəməyə verəcəyik.
Hörmətlə,
Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin Sədri A. Abdullayev”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
|