“Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                 

Pedaqoji Universitetin bağlanması GÜNDƏMDƏ - Əgər belə davam edərsə...
Tarix: 6-08-2021, 08:53 | Çap et
Pedaqoji Universitetin bağlanması GÜNDƏMDƏ
Müəllimlərin işə qəbulu və yerləşdirilməsi ilə bağlı problem bu sahədə daha bir ciddi məsələni gündəmə gətirib. Müəllim kadrlarının çox olması günlərdi ki, müzakirə mövzusu olub.

Təhsil naziri Emin Əmrullayevin sosial şəbəkə üzərindən bildirib ki, Azərbaycan təhsil müəssisələrində 150 min müəllim yeri var: “Müəllimlər 20 yaşından 65 yaşına qədər işləyirlər. Bu, 45 illik peşə fəaliyyəti deməkdir. Göstəricilərə uyğun olaraq, orta hesabla illik 5 min vakant yer ayrılması mümkündür. 150 min müəllim sayı olan sistemin ildə 15 min vakant yer ayırmaq imkanı yoxdur”. Bu o deməkdir ki, müəllim hazırlayan ali məktəblərdə yerlər azaldılmalıdır, hətta bugünlərdə təhsil ekspertlərindən biri sırf müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinin bağlanması haqda təklif də irəli sürmüşdü. Bəs, nazirin də dediyi kimi, problemin həlli, yəni müəllim ixtisaslı kadrların çoxluğunun yaratdığı problem necə həll olunmalıdır? Göründüyü kimi, müəllimlərə tətbiq edilən yaş həddi də bu problemin öhdəsindən gəlmir. Üstəlik, müəllim çoxluğu rüşvətə də rəvac verir, iş tapmaq problemi ilə üzləşən təhsil işçiləri rüşvət verməklə özlərinə iş tapmağa məcbur olurlar. Bəs görəsən, bu məsələnin həllində çıxış yolları varmı? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı problemlərdən danışıb: “Nazirin canlı yayımda ictimaiyyətə açıqladığı məlumatların içərisində faktiki dediyi statistikalar reallığı əks etdirir. Biz bir neçə gün bundan öncə də bildirmişdik ki, əgər bu qədər vakant yerlər üzə çıxarılmırsa və hər il arta-arta müəllimlərin işə qəbulu imtahanında iştirakçıların sayı çoxluq təşkil edirsə, o zaman yaxşı olar ki, ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslarda plan yerləri azaldılsın. Yəni plan yerinin azaldılması gələcəkdə əmək bazarında kadr çoxluğu kimi problemi aradan qaldıra bilər. Bu məsələ elə tənzimlənməlidir ki, gələcəkdə kadr çatışmazlığı yaranmasın. Əlbəttə, əgər plan yerlərini azaltmırıqsa, ilk növbədə müəllimlər üçün müvafiq yaş dövrü müəyyən olunmalıdır. Məsələn, müəllim müvafiq olaraq universitetə qəbul olur, deyək ki, 18 yaşından, dörd il ərzində təhsil alır. Bundan sonra isə müvafiq olaraq əmək fəaliyyətinə başlayır. Orta ixtisas təhsili müəssisələrində pedaqoji yönümlü ixtisaslarda təhsil alırsa, istər 9 illik, istərsə də 11 illikdən, bu da təxminən 20-21 yaş həddində müəyyən olunur. Ona görə də biz müəyyən dəqiqləşdirmə aparmalıyıq. Məsələn, orta ixtisas təhsil müəssisələrində, kolleclərdə yaxşı olar ki, pedaqoji yönümlü ixtisaslar çıxarılsın. Yalnız ali təhsil müəssisələrində saxlanılsın. Bir qədər prosesin qarşısını belə tənzimləyə bilərik. İkinci bir tərəfdən isə müvafiq olaraq işləyən müəllimlərin yaş həddini 55 yaşa qədər müəyyənləşdirməliyik. Ən azı 20-25 il pedaqoji təcrübəsi olan 55 yaşdan yuxarı müəllimlər yüksək məvaciblə təqaüdə göndərilməlidir. Onlar orta məktəbdə aldıqları məvacib bərabərində təqaüdə göndərilməlidir ki, əlavə vakant yerlərin sayı artsın. Hətta bizdə elə müəllimlər var ki, 65 yaşı tamam olub, amma onlar hələ də çalışırlar. Bu da kifayət qədər say deməkdir. Təxminən haradasa 12-13 min əlavə vakansiya belə yarana bilər. Yəni 55 yaş üzərində olan müəllimləri təqaüdə göndərməklə bu məsələni tənzimləyə bilərik. Digər məsələ isə həm plan yerlərinin azaldılması, həm yaş məsələsinin diqqətə alınmasıdır, eyni zamanda gizlədilmiş vakansiyaların üzə çıxarılması məsələsinə də diqqət ayrılmalıdır. Orta ümumtəhsil müəssisələrində şagird sayının sıxlığı olan siniflərdə əlavə siniflərin yaradılması da əlavə vakant yerlərin artmasına gətirib çıxara bilər. Məsələn, deyək ki, bir sinifdə əgər 30-35 şagird varsa, müvafiq olaraq bölünməlidir, yaxud da 40 şagird olmalıdırsa bölünməlidir və bu bölünmə prinsipi əsasında vakant yerlər artacaq. Bu vakant yerlərin tutulması üçün əlbəttə, pedaqoji yönümlü kadrların olması zərurəti yaranacaq. Düşünürəm ki, yalnız bu şəkildə biz bu prosesi tənzimləyə bilmirik. Qaldı ki, Pedaqoji Universitetin bağlanması, bu tamamilə absurd bir qərar olar. Pedaqoji Universitet bağlanmalı deyil, sadəcə olaraq, müvafiq ixtisasların plan yerlərində azalma olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 4447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Rəqəmlərə şagirdlər üzərindən baxsaq, görərik ki, hazırda ölkəmizdə 4447 orta təhsil məktəbində 1,6 milyon şagird var və 150 min müəllim və hər 10 şagirdə bir müəllim düşür. Düzdür, Bakı şəhərində bu rəqəm daha aşağıdır, Bakıda 320 orta ümumtəhsil məktəbində 440 min şagird var və onlarla 28 min müəllim işləyir. Bu o deməkdir ki, Bakıda 9 şagirdə bir müəllim düşür. Amma bölgələrdə bəzən 11-12 şagirdə bir müəllim düşür. Bu rəqəmlər tədrisin keyfiyyətinə bilavasitə təsir göstərən amillərdən hesab edilir. Əlbəttə, biz bilirik ki, hər il Azərbaycanın ali təhsil müəssisələrini 12 minə yaxın pedaqoji kadr bitirir və onların əvvəlki illərdə də işlə təmin olunması ilə bağlı ciddi problemlər var. Problemlər dövlət orta ümumtəhsil məktəblərində vakant yerlərin azlığı ilə bağlıdır. Yenə rəqəmlərə baxanda ancaq deyə bilərik ki, hər il Azərbaycanın orta ümumtəhsil məktəblərinə yaşı 65-dən yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra onların yeri vakant çıxarılır. Yaxud da bu və ya digər səbəbdən təhsil müəssisəsindən kənarlaşanların yeri vakant çıxarılır. Bir çox hallarda hətta müəllim işdən azad olunsa belə, yaşa görə çıxsa belə o yer vakant çıxarılmır. Çünki həmin məktəbdə yetəri qədər müəllim var. Amma bu o demək deyil ki, Azərbaycanda ali təhsil müəssisələri pedaqoji kadr hazırlamamalıdır. Çünki dövlət təkcə orta məktəblər üçün pedaqoji kadr hazırlamır, eyni zamanda özəl müəssisələr, digər dövlət qulluğu vəzifələri var ki, bunlar üçün də vəzifəli şəxslər, vəzifələrin tutulması üçün ali təhsilli şəxslərə ehtiyac var.

Ümumilikdə, Azərbaycanda bu gün ali təhsilli vətəndaşların sayı azdır, yəni bu gün ölkə vətəndaşlarının yalnız 17 faizi ali təhsillidir. Hər min nəfərdən yüz yetmiş nəfəri, hər 100 nəfərdən 17 nəfəri ali təhsillidir. Bu, aşağı rəqəmdir. Dünyada rəqabətə davamlı iqtisadiyyatın, dayanıqlı iqtisadiyyatın formalaşması üçün ən azı cəmiyyətin otuz faizi ali təhsilli olmalıdır".

K.Əsədov onu da deyib ki, orta təhsil məktəblərində vakant yerlərin yaradılmasının digər bir təcrübəsi var: “Biz Təhsil Xidmətləri Araşdırma və Təlim Mərkəzi olaraq təklif etmişik ki, müəllimin əmək haqqı vahid və standart olmalıdır. Bu gün bizim məktəblərimizdə müəllimlərin vahid maaşı olmalıdır. Necə ki polis, həkim vahid əmək haqqı alırsa, müəllimlər də vəzifə maaşı almalıdır. Yəni 12 saatlıq ”stavka" müəyyənləşməlidir və bu zaman müəllim 12 saata görə 500 manat əmək haqqı almalıdır. Bu, təbii ki, digər dərs saatlarının vakant çıxarılmasına gətirib çıxaracaq. Müəllim də aldığı əmək haqqını öz ehtiyaclarına ödəyəcək. Eyni zamanda çox dərs saatı olan müəllimlər bir çox hallarda keyfiyyətli tədrisi təşkil edə bilmirlər. Hesab edirəm ki, müəllimlərə vahid vəzifə maaşı müəyyənləşməlidir, bu zaman standart dərs saatlarını götürəcəklər. Yerdə qalan dərs saatları vakant olaraq çıxarılacaq. Bu da gənclərin işlə təmin olunmasına təsir göstərəcəkdir. Digər tərəfdən, hesab edirəm ki, mütəmadi olaraq təhsil sistemində sertifikasiya həyata keçirilməlidir. Eyni zamanda müəyyən yoxlamalar olmalıdır ki, tədris göstəriciləri zəif olan, bilik və bacarıqları standartdan aşağı olan şəxslərlə bağlanmış müqavilələrə xitam verilməlidir. Bu zaman daha yüksək göstəricilərə, imtahan nəticələrinə malik olan şəxslər müəllim olaraq tədris prosesində iştirak edəcəklər. Müəllimlərin təqaüdə çıxmaq yaşında da dəyişiklik edilməlidir. İlk növbədə dövlət qulluqçusu statusu verməliyik. Bundan sonra 25 ildən sonra müəllimlər əmək haqlarına müvafiq olaraq standart maaşla təqaüdə çıxmalıdırlar. Düzdür, 21-22 yaşında müəllim işə qəbul edilirsə, iyirmi beş ildən sonra 47-48 yaşı olacaq. Mən hesab edirəm ki, biz bu yaşda onları daha çox digər sahədə işləməyə cəlb edə bilərik, daha çox təhsil sisteminin gəncləşdirmə ilə dinamikliyə imkan veriləcək. Hesab edirəm ki, müəllimlər üçün vahid əməkhaqqı müəyyənləşdirməliyik. İkincisi, müəllimlər 25 ildən sonra əmək haqları ilə (500 manat) təqaüdə çıxmaqla onların yerləri vakant çıxarılacaq. Gənclər təhsil sisteminə gələcək, işsizlik problemi aradan qalxacaq. Yəni artıq biz o zaman yüksək göstəricilərə malik olan müəllimlərin tədris prosesində iştirakını görəcəyik. Universitetləri bağlamaqla birmənalı şəkildə yaranmış kadr çoxluğunu aradan qaldırmaq keyfiyyət göstəricisi ola bilməyəcək. Çünki ali təhsil müəssisələri təkcə dövlət orta ümumtəhsil məktəbləri üçün kadr hazırlamırlar. Onlar bütün sferalar üçün, bütün sahələr üçün kadr hazırlayır. Yəni pedaqoji təhsilli olunan şəxs təkcə orta məktəbində işləməyəcək. Özəl sektorda, dövlət qurumlarında, bir sıra təşkilatlarda işləyə biləcək. Ona görə də ali təhsil müəssisələrinin bağlanması yox, əksinə, sayını artıra bilərik. Bu, rəqabəti artıracaq. Nə qədər çox kadr olacaqsa, biz onlar arasında rəqabəti görəcəyik və ən yaxşını seçə biləcəyik. Amma hesab edirəm ki, müəllim əməyi stimullaşdırılmalıdır. Müəllimlərin sosial vəziyyəti daha da yaxşı olmalıdır ki, onlar həm də normal əmək haqqı alsınlar. Eyni zamanda vaxtı gəldikdə təqaüdə tez çıxa bilsinlər. 65 yaşa qədər gözləməyə ehtiyac yoxdur. Konkret əmək haqqı ilə çıxarılsalar, onlar özləri vaxtından əvvəl çıxmaq istəyəcəklər və onların yerləri vakant olaraq gənclərə veriləcək".
Advertisement
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Dünən, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Dünən, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Dünən, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Dünən, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Dünən, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru