Təhsil Nazirliyinin partizansayağı kadr dəyişikliyi — BŞTİ-nin «üzqarası» olan FUADLAR
Tarix: 19-08-2021, 08:39 | Çap et
Bu günlərdə Bakı şəhər Təhsil İdarəsində baş tutan kadr dəyişikliyi haqqında eşidəndə nə vaxtdır ki, yazdığım tənqidi məqalələr yadıma düşdü. Doğrudur, Təhsil İdarəsində baş verən qanunsuzluqlar, bir çoxlarının öz kreslosunu gəlir mənbəyinə çevirməsini yazanda bəziləri məni topa tuturdular ki, “nə danışırsan, BŞTİ-də belə şey ola bilməz.” İndi məlum olur ki, BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev vəzifədən kənarlaşdırılıb. Nə sirdirsə adətən belə şeyləri reklam etməkdən zövq alan Təhsil nazirliyi u kadr dəyişikliyini gizli saxlamaq qərarına gəlib. Bəlkə də təzə bəyin daha çox xətrinə dəymək istəməyiblər. Amma hər halda bu məlumatın ictimaiyyətdən az qala gizlin saxlanmasının kimlərinsə maraqlarına xidmət etdiyi şübhəsizdir. Aldığımız məlumata görə, N.Ağayevin fəaliyyətində ciddi nöqsanlar aşkar olunub, maxinasiyalar üzə çıxarılıb. Xüsusilə dəfələrlə bəhs etdiyimiz birinci siniflərə qəbulla bağlı müdhiş maxinasiyalar aşkarlanıb. Görün vəziyyət nə qədər acınacaqlı olub ki, N.Ağayevin toyuna cəmisi ikicə gün qalmış ərizəsi alınaraq işdən kənarlaşdırıblar. Başı toy tədarükünə qarışan Namiq müəllim bir də xəbər tutub ki, daha sektor müdiri deyil. Onu həyatın etibarsızlığı, insanların vəfasızlığı haqqında bədbin fikirlərə qərq olmağa bir də toyunda qarşılaşdığı mənzərə vadar edib. Belə ki, başqa vaxt kabinetinin qarşısında növbəyə duran məktəb direktorlarının heç biri toya təşrif gətirməyib. Namiq müəllim bu mənzərəni görəndə köks ötürərək deyib ki, “doğrudan da ömür puçdur, Güləndam,”. Ümumiyyətlə toya BŞTİ rəhbərliyindən də gələn olmayıb. Təkcə N.Ağayevin can dostu və qohumu olan Ümumitəhsil sektorunun müdiri Fuad Babayev məclisdə fəallıq nümayiş etdirib. F.Babayevin kim olduğunu isə paytaxtın pedaqoji ictimaiyyəti 95 saylı məktəbin direktoru olduğu zamandan yaxşı bilirlər. Onun hələ 95 saylı məktəbin direktoru olduğu zamanlar rəhbərlik etdiyi təhsil ocağında baş verənlər ölkə mediasının gündəmindən düşməyib. İnsafsızlar nələr yazmayıblar-məktəbdə “şirinlik sistemi”nin tətbiqindən tutmuş, şagirdlərin bayramları “xüsusi” qeyd etməsinə , dərs saatlarının satılmasından, “ölü ştatlar”ın saxlanılmasına, müəllimlərin maaş alandan sonra direktorun kabinetinin qarşısında növbəyə düzülməsinə qədər…Verilən bu xəbərlər F.Babayevin direktorluq dönəminin “şanlı səhifələridir.” Hətta rəhbərlik etdiyi məktəbdə şagirdin müəllimi döyməsi kimi bir ilkə də imza atan yoldaş Babayevin məktəbdən necə,hansı “statya” ilə uzaqlaşdırılması barədə də müxtəlif söz-söhbətlər dolaşır. Zamanında müəllimləri kabinetinin qarşısında növbəyə düzən eks-direktor indi də paytaxt məktəblərinin direktorlarını hər ay sıra təliminə toplayır . Bütün bunlar isə paytaxtın təhsil sistemində dəhşətli xaos yaradıb. Narazılıqlar genişlənir, direktorlar artıq belə işləməyin mümkünsüzlüyünü bildirirlər. Eyni zamanda məktəblərdə şagird yerdəyişmələri də F.Babayevin monopoliyasındadır. Məlumatlı mənbənin bildirdiyinə görə, bu yerdəyişmələrdə valideynlər sektor müdirini yerdən göyə qədər razı salmasalar proses baş tutmur. Elə dostu N.Ağayevlə birlikdə fəaliyyət göstərən F.Babayevin də toyda kefinin kök olmadığı diqqətdən yayınmayıb. Yəqin növbənin artıq ona da çatdığının fərqinə varan F.Babayev BŞTİ-də “toy mövsümü”nün açılmasından pəjmürdə hal olub. Ümumiyyətlə BŞTİ fuadlardan çox da yarımayıb. Belə ki, idarənin kadrlar şöbəsinin müdir əvəzi olan Fuad öz kadrlarına nümunə olmaq əvəzinə daha çox sosial şəbəkələrdə “bahalı paylaşımları” ilə diqqət çəkir. Aldığı məvaciblə tərs mütənasib olan bu paylaşımlarda Fuad müəllim 150 minlik maşınını, digər dəbdəbəli həyat lövhələrini nümayiş etdirir. Hamı bilir ki, məmur maaşı ilə 150 minlik maşın almağa bir insan ömrü yetməz. Görəsən, BŞTİ-də hansı möcüzələr baş verir ki, Fuad müəllim belə zəngin, dəbdəbəli həyat tərzi keçirə bilir və hətta bunu sosial şəbəkələrdə də paylaşır. Görünür BŞTİ-də Mehriban Vəliyeva hələ çoxlarına “toy tutulmalıdır” ki, digərlərinə də görk olsun. Mehriban xanım Operativ Qərargah toylarla bağlı qadağanı elan etməmiş tərpənmək gərəkdir!
Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|