Daha bir deputatın adı DƏLƏDUZLUQDA HALLANIR... - Prezidentə müraciət olundu
Tarix: 19-11-2021, 08:14 | Çap et
DİA.AZ: - Ağsu şəhəri, Nəsimi küçəsi, ev 16-da yaşayan Babayev Həsənağa Sədəhməd oğlu tərəfindən Prezident İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir. Amma çox arzu edərdik ki, bu tədbirlər özlərinə toxunulmazlıq statusları qazandırmış və bu arxayınçılıqdan süi-istifadə edən hörmətli millət vəkillərinə və hakimlərimizə də şamil olunsaydı yaxşı olardı. Yoxsa ki, bu kateqoriyalı məmurlarımızın bəziləri toxunulmazlıq statusundan gen-bol istifadə etməklə ciddi qanunpozuntularına yol verirlər. Məsələn, belələrindən biri də 20 ildir ki, deputat kreslosunu zəbt etmiş, siyasi liderlərdən biri hesab olunan, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdir". Daha sonra diaaz.space-a daxil olan müraciətin mətnində deyilir: "Bu deputat 2011-ci ildən mənim başımı elə bir bəlaya salıb ki, bütün var-yox əmlakım əlimdən çıxsa da bu problemdən qurtara bilmirəm. Belə ki, cənab deputat öz yaxın dostu olan Fəxrəddin Əliyev adlı birisilə yanıma gəlib dedid ki, Həsənağa sənin rayonda böyük fermer təsərrüfatın var, gəl bununun vasitəsilə İqtisadiyyat Nazirliyinin xəttilə aşağı faizlə bankdan kredit götürüb böyük bizneslə məşğul olaq, sən də qazan, biz də qazanaq”. Razılaşdım. Dedim, deputat adamdır, əli yerə yerə çatır. Belə kredit təşkil etsə, mən də həm təsərrüfatımı genişləndirər, həm də yeni layihə həyata keçirərəm. O vaxt mənim “ Məhəmməd” Kəndli Fermer Təsərrüfatı olan bir MMC vardı. Hazırda isə bankda girovdur. Bəli, biz fermer təsərrüfatımı da, Ağsu şəhərindəki yaşadığım evi də, Ağsu şəhərində soyuducu ambar olan yarımçıq tikilini də və bir neçə Sabirin tanışarı olan şəxslərinə məxsus mülkləri də “Azəriqazbank” QSC-yə girov qoyaraq tez bir zamanda İqtisadiyyat Nazirliyinin köməkliyilə 2011-ci ildə 5 il müddətinə 389.600 manat kredit götürdük.Krediti götürən zaman Sabir Hacıyev və digər deputat dostu olan Rauf Əliyev də mənə rəsmən zamin durdular. Ağsu şəhərinin kənarında biznes layihəsi üzrə 500 ton tutumu olan soyuducu ambarın tikintisinə başladıq. Və eyni zamanda Sabir Hacıyev Fəxrəddin Əliyevlə məsləhətləşib alınan kreditin 250000 manatını F.Əliyev vasitəsilə Türkiyədən soyuducu qurğuların alınıb Azərbaycana gətirilməsini müzakirə etdik. Və mən də birlikdə Fəxrəddin Əliyevin Səbail rayonu ərazisində olan yaşadığı evin yanında 4 nəfər şahidin yanında 250000 manat nağd pulu birlikdə ona təhvil verdik. Qalan 50000 manatı isə Fəxrəddinin dostu hesab edilən və 4 nəfər girov ev qoyan adamların şahidliyi ilə makler Azərə verdik. Yerdə qalan 80 minmanatla isə Ağsu şəhərinin çıxış hissəsində geniş torpaq sahəsini alaraq soyuducu ambarın tikintisinə başladıq. Aradan 3-4 ay keçsə də nə F.Əliyev, nə də qurğular Azərbaycana gəldi. Sabir müəllim də başa düşüdü ki, bəli, yaxın dostu Fəxərddin Əliyev ona qarşı dələduzluq edib, 250000 manatı alıb aradan çıxıb. Amma sonradan məlum oldu ki bu dələduz Bakıya qayıdıb Amma onu bu günəkimi tapmaq Sabir müəllimə müyəssər olmadı. Mən isə bu illər ərzində daha da ağır vəziyyətə düşdüm. 2011-ci ildən 2016-cı illər ərzində bankın məndən tələb etdiyi hər ay 2000 manat olmaqla faiz borcları qaytarmağa başladım. Bu 5 il ərzində əlimdə olan pulları da, PRADO, MERCEDES və NİVA markalı şəxsi avtomobillərimidəsatıb faiz borcları ödəməklə məşğul oldum. 2016-cı ildə isə Bank bizi tələsdirdi ki, əsas borcu da təcili ödəmək lazımdır. Bu arada evlərini bu kreditə görə girov qoymuş S.Hacıyevin tanışlarıda ondan şikayətlər etməyə başladı. Digər tərəfdən sabiq MTN “ şefi” olan Eldar Mahmudova yaxınlığı ilə tanınan bu bank Sabirə bir zamin kimi xəbərdarlıq etdi ki, təcili pulları ödəsin axırı yaxşı olmayacaq. O da deputat adından qorxuya düşərək əsas borcu bir gündə ödəyərək bağladı. Hazırda isə bank yenə mənə qarşı əlavə olaraq faizlərə görə 47000 manatın ödənilməsini tələb edir. Və məni “ Pul tələbilə” Ağsu Rayon Məhkəməsinə vermişdir.
Az keçməmiş Sabir Hacıyev mənə hədə-qorxu gələrək Bakıda “QızılTac” Şadlıq sarayının yaxınlığında olan 43 saylı notariat kontoruna gətirərək guya mənim ona fiziki şəxs kimi 330000 manat borcum olması barədə saxta “Borc müqaviləsi” imzalatdırdı. Əvvəlcə mənə bunun formal bir müqavilə olmasını bildirdi. Etiraz etdikdə onun bir siyasətçi kimi sifəti 180 dərəcə çevrildi və hədə-qorxuya keçdi. Məndə ailəmin təhlükəsizliyini nəzərə alaraq məcbur olaraq ortalıqda olmayan, almadığım və görmədiyim pulun guya Sabirdən borc alınmasına imza atmaq zorunda qaldım. Halbuki, bu borcun verilməsini təsdiq edən heç bir notarial hərəkətə yol verilməmiş, pul nağd olaraq notariusun depozit hesabına köçürlüməmiş, mən də onu bank qəbzi ilə mədaxil etməmişdim. Yanımızda heç şahidlər də yox idi. Lap elə məntiq də yox idi ki, məni uzaqdan tanıyan deputat S.Hacıyevə nə düşmüşdü ki, devalvasiyadan sonra o mənə 330000 manat pulu heç bir girovsuz, zaminsiz, vermiş olsun. Nə qohumluq əlaqəmiz var, nə də iş birliyimz olmuşdur.
Aradan 6 il keçdikdən sonra isə cənab deputat məni yaşayış yerim üzrə Ağsu rayon Məhkəməsinə “Pul tələbi” ilə bağlı müraciət edərək məni məhkəmədə sıxışdırmağabaşladı. Təbii ki, ədalətsiz Ağsu Məhkəməhakimi də imkanlı deputatın tərəfini saxlayaraq ona vəkillik etməklə iddiasını təmin etmişdir. Doğrudur, mən də yaxşı dostların köməkliyilə “saxta və əsassız borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlıiddia versəm də hakim bunu heç müzakirə belə etmədi. Və təbii ki, yaxşıca qazandı da. Və mən onun 25 iyun 2021-ci il tarixli, 2 (016)-47 \2021 saylı əsassız qətnaməsindən bir cavabdeh olaraq apellyasiya şikayəti verdim. İndi MŞəki Apellyasiya Məhkəməsində hakim Ələddin Məcidovun icraatında olan apellyasiya şikayətimə 24 noyabr 2021-ci il tarixə, saat 11-30-da 16 N-lizalda baxılacağı barədə bildiriş gəlmişdir. Bu ərəfədə, yəni 12 noyabr, saat 13 radələrində Sabir Hacıyev mənə zəng edərək bildiri ki, sən bu gün get Nərimanov rayon Polis İdarəsi rəisinin yanına ki, Fəxərddin Əliyev bizim bankdan götürdüyümüz pulu alıb dələduzluq etmiş və gizlənmişdir. Mən rəisin yanında bu müzakirəni apardım. Rəis bildirdi ki, axı siz bu pulu F.Əliyevin yaşadığı Səbail rayonu ərazisində ona təhvil vermisiniz. Mən bu işi araşdırmaya versəm belə, gərək materialları Səbail Polisinə göndərəm. Yaxşısı budur siz Səbail RPİ-nə müraciət edəsiniz. Yəni, cənab deputat bir tərəfdən məni məhkəməyə verib saxtakarlıqla bağladığı “borc müqaviləsi” əsasında pul tələb edir, o biri tərəfdən isə məni təhrik edir ki, 10 ildən sonra mən ərizə verib dələduz F.Əliyevi cəzalandırıb pulumuzu alaq. Mən bu siyasətçinin oyunundan baş aça bilmirəm. Bəli, bu adam 2001-ci ilədək Mütəllibov tərəfdarı kimi onun dediyilə oturub durub. Sonradan Mütəllibov “Mosbank” vasitəsilə bunlara Moskvadan pul göndərməyi dayandıran kimi, “bayraqlarını” tullayıb keçdilər indiki iqtidar tərəfə. Və indiyədək də əqidələrini dəyişib olublar biznesmen. Noyabrın 15-dən də Azərbaycanı tərk edərək getdi Mərkəzi Amerikaya biznesmen etdiyi milyoner oğlu Kamalın yanına. Biz də qalmışıq qədim ticarət mərkəzi olan Şəkidə fəaaliyyət göstərən Apellyasiya Məhkəməsinin ümidinə ki, bəlkə burda ədalət 1 % -də olsa zəfər çala Amma inanmıram. Ona görə ağır iqtisadi duruma düşmüş bir azərbaycanlı olaraq dövlət rəhbərlərinə, yuxarı instansiya məhkəmə sədrlərinə və vicdanlı KİV orqanırəhbərlərinə müraciət etmək zorunda qalıram.
Çox hörmətli Prezident İlham Əliyev! Hazırda bizneslə məşğul olan deputat Sabir Hacıyev tərəfindən bizi kimi sadə vətəndaşı öz səhvi ucbatından bütün əmlakımızı satdırıb kredit ödəmələri etməyə məcbur edən və sonda zorakılıqla məni əsassız olaraq 330000 manat borc müqaviləsi bağlamağa məcbur edən və sonda bu pulu saxtakarlıqla məhkəmə qaydasında tələb edən Sabir Hacıyev, onun kredit zamanı zamin olmuş dostu deputat Rauf Əliyev və digər dəstəsinin və ona vəkillik edən hakimlərin fəaliyyətinin aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.
Eyni zamanda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan və Məhkəmə Hüquq şurası Aparatı rəhbərindən də xahiş edirk ki, Şəki Apellyasiya Məhkəməsində şikayətimizi alver predmetinə çevirməsinlər, işə düzgün qiymət verərək yenidən araşdırma üçün rayon məhkəməsinə göndərilməsini ədalətin tələb etdiyi kimi yanaşaraq həll edilməsi prosesinə nəzarət etməyiniz xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
|