Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                 

Ağsuda sahibkara belə DİVAN TUTURLAR - Hara şikayət etsə də...
Tarix: 19-02-2022, 09:39 | Çap et
Ağsuda sahibkara belə DİVAN TUTURLAR
"Ağsu rayonunun keçmiş icra başçısı Vahid Tağıyevin və müavini Mirqubad Orucovun göstərişiylə, Yaşıllaşdırma İdarəsinin və Mənzil-İstismar sahəsinin DOST Proqramı vasitəsiylə işlə təmin olunmuş işçilərinin iştirakıyla Ağsu dolaylarında 20-yə yaxın obyekt söküldü. Hamısı da kasıb insanların obyektləriydi. İnsanların dişiylə-dırnağıyla qurduqları işi bir anın içində məhv elədilər, əmlakların içərisindəki avadanlıqları da tar-mar etdilər. Söküntü üçün heç bir məhkəmə qərarı, rəsmi xəbərdarlıq olmayıb. İnsanlar nə qədər çalışsalar da, qanunsuz əməllərinin qarşısını ala bilmədilər. O sahibkarlardan biri də mən idim”. DİA.AZ-ın məlumatına görə, Nüşabə Cəfərova Meydan TV-yə danışır ki, 2020-ci ilin 29 aprelində və 1 mayında Ağsu Rayon İcra Hakimiyyəti məhkəmə qərarı, rəsmi xəbərdarlıq olmadan Ağsu dolayları ərazisində yerləşən və onun mülkiyyətində olan istirahət obyektini söküb.

Nəticədə sahibkar xanımın həm mülkiyyətçi hüquqları pozulub, həm də ona maddi zərər dəyib.

"Hamı məsuliyyəti üzərindən atır”

Nüşabə xanımın sözlərinə görə, Ağsu dolaylarının 150-ci km-də yerləşən, 1998-ci ildən mövcud olan istirahət obyektinin 2002-ci ildən qanuni mülkiyyətçisi olub.

Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyat və Şəhərsalma Kadastr İdarəsində "Qeydiyyat Vəsiqəsi № 38” altında qeydiyyatda olan əmlak onun tərəfindən 2002-ci ildə notarial qaydada alqı-satqı müqaviləsiylə alınıb:

"Bütün rəsmi qurumlara müraciət ünvanladım, amma nə fayda… Ağsu Rayon İcra Hakimiyyəti söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirərək məsuliyyəti öz üzərindən atdı. Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim”.

"Alqı-satqı müqaviləsi qüvvədə saxlanıldı”

Nüşabə xanım əvvəlcə Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi, Ağsu RİH-i və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təzminatla bağlı məktub ünvanlayıb. Obyektin əvvəlki vəziyyətə gətirilməsini tələb edib.

3 iyun 2020-ci tarixli 388 saylı məktubunda Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi obyektin onun göstərişi əsasında söküldüyünü bildirib.

Bütün tərəflərin cavablarını və Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəflə qarşı Şəki İnzibati Məhkəməsində mülki iddia qaldırıb.

Bundan sonra Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov da Ağsu Rayon Məhkəməsində Qeydiyyat Vəsiqəsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırıb:

"Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün başqa yola əl atdı. Şəki İnzibati Məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş Sərəncama görə məhkəməyə verdi.

Ağsu Rayon Məhkəməsindənsə Sərəncamla bağlı iş həll olunana qədər işin təxirə salınmasını tələb etdi”.

Ağsu Rayon Məhkəməsi işi təxirə salınması haqqında qərar çıxarıb. Nüşabə Cəfərova Şəki Apelyasiya Məhkəməsinə Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verib.

Məlum olub ki, qərar düzgün verilməyib və Şəki İnzibati Məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və iş davam etdirilməlidir.

Ağsu Rayon Məhkəməsi isə işə baxaraq qərar verməlidir. Beləcə, qərar verilib və Əfqan Qəribovun iddiası təmin edilməyərək alqı-satqı müqaviləsi qüvvədə saxlanılıb: "Əfqan Qəribovun qanunsuz əməlləri ilə bağlı birbaşa Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin müdiri Teymur Şəkərəliyevə dəfələrlə müraciət etdim. Hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışdılar. Nazir Muxrat Babayevə də müraciət etdim. Nazirin göstərişi əsasında 6 saylı Ekologiya İdarəsindən Nəriman Ciriyev deyilən bir nəfər gəldi. Məndən izahat tələb etdi. Mən də ona qanunla izahat ala bilmək səlahiyyətli qurumun əməkdaşı olmadığını izah etməyə çalışdım. Anlamadı, izahat yazdım. Amma izahatda yazdığım qaldı bir yana, 6 saylı idarənin rəisi Ziya Cəbrayılov Əfqan Qəribovun hərəkətlərini əsaslandıran cavab verdi. Ağsu Rayon Məhkəməsinin yekun qərarından sonra Əfqan Qəribov çıxış yolunu söküntü əmrini üzərindən atmaqda gördü. Amma hələ işlərin başlanğıcında "obyekti mən sökmüşəm” deyə verdiyi rəsmi cavabını unutdu”.

Məhkəmə davam edir

Nüşabə Cəfərova Konstitusiya ilə mülkiyyət hüquqlarının pozulduğunu iddia edir: "Konstitusiya deyir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29.4-cü maddəsində qeyd edilir ki, ”Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Düşünürəm ki, Əfqan Qəribovun Konstitusiyadan xəbəri yoxdur. Bilmir ki, özgəsinin əmlakını qəsdən məhv etmək cinayət hesab olunur”.

Yaxın günlərdə Nüşabə xanımın Şəki İnzibati Məhkəməsində hakim Fərid İsmayılzadənin sədrliyi ilə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə, Ağsu Rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddiasına dair növbəti məhkəmə iclası keçiriləcək.

Sahibkar həmin qurumlara qarşı 100 min manat mənəvi, 80 min maddi zərərin ödənilməsi iddiası qaldırıb.

Ağsuda sahibkara belə DİVAN TUTURLAR
Ağsuda sahibkara belə DİVAN TUTURLAR
Ağsuda sahibkara belə DİVAN TUTURLAR










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru