"Burada insanları öldürməklə məşğuldurlar..." - FAKT BUDUR!
Tarix: 16-12-2022, 08:53 | Çap et
55 yaşlı Validə Tanrıverdiyeva 10 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O deyir ki, 2013-cü ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, ancaq müalicə qiymətləri "əl yandırır".
Onun sözlərinə görə, mərkəz dövlət müəssisəsi olsa da, bütün xidmətlər pulludur:
“Təsəvvür eləyin, bir dəfə qan analizinə görə məndən 84 manat pul istəmişdilər. Orada xəstələrlə söhbət edirsən, hərəsinə bir qiymət deyirlər. Ürəyin exo-kordioqraması nədir ki? Bir dəqiqəlik olan işdir. Tibb bacısı məndən ona görə 50 manat pul istədi, həkim də dedi ki, o təkrar gəlib, 25 versin, bəsdir. Dedim nə danışırsınız? 50 nədir, 25 nədir? Bura dövlət xəstəxanasıdır. Elə bil ora bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın, amma əksəriyyəti də elə deyilən pulu verir” .
Pulsuz müalicə almaq üçün əli hər yerdən üzülən Validə xanım Prezident Administrasiyasına da müraciət edib. Amma ona kömək göstərilməyib:
"Mənə hormonlarla bağlı 4 iynə yazıblar, biri 4 mindir. İynələr 16 min manat edir və mənim pulum yoxdur deyə, bunları ala bilməmişəm".
Validə Tanrıverdiyeva əlində-ovcunda olan bütün pulu müalicəsinə xərcləyib, amma hələ də sağlamlığına qovuşa bilməyib:
“Axırıncı dəfə həkim dedi ki, artıq sənə bu müalicələrin heç bir təsiri yoxdur, uşaqların var, nəvən var, get ölümünü gözlə. Onkologiyanın qapısından içəri girirsiniz, orada olan kişilər, qadınlar, hamı narazıdır. Hamısının üzündə elə kədər, hüzn var ki, üzlərinə baxan kimi oxuyuram onların vəziyyətini, elə yazığım gəlir. Hamı deyir ki, burada insanları öldürməklə məşğuldurlar”.
2022-ci ilin əvvəllərinə olan rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 59 min nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Ötən il 13 min 644 nəfərə bu diaqnoz qoyulub. Xərçəng diaqnozu qoyulan şəxslərin 53 faizi qadınlar, 47 faizi kişilərdir.
Onkoloq Nəsimi Qasımov deyir ki, yerli səhiyyə müəssisələrinə ayrılan dövlət vəsaiti artsa, həkimlər vətəndaşların ümidinə qalmaz:
“İstəyərdim ki, onkoloji xəstəliklər də dövlətin sosial sığorta zərfinə düşsün. Çünki bu xəstəliklə müalicənin ciddi maddi tərəfi var. Kimyəvi dərmanların qiymətləri manat devalvasiya edənə kimi bundan qat-qat yaxşı idi. Əgər dövlət maliyyəsi kifayət qədər yaxşı olsaydı, düşünürəm ki, bundan yaxşı işləyə bilərdik. Kütləvi profilaktiki baxışı təkmilləşdirə bilsəydik, aşkarolunma artardı və bizim də nəticələr daha yaxşı olardı”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Milli Onkologiya Mərkəzinə sorğu ilə müraciət etdik. Nazirlik bu məsələnin onların səlahiyyətinə daxil olmadığını bildirdi, Onkologiya Mərkəzi isə ümumiyyətlə sorğuya cavab vermədi.
Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin 2020-ci ilə kimi həyata keçirilməli olan planlarında qeyd olunurdu ki, dövlət sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər həyata keçiriləcək. Onkoloji xəstələrə müvafiq dərmanların pulsuz təqdim edilməsilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da var. DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02 |
|
|
|
|