Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Suriya və Ermənistan arasında razılaşma .....                     “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub .....                     Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? .....                     "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" .....                     Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib .....                     Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... .....                     "Faizə pul vermişəm" .....                     Həmin sürücü maşının şüşələrini özü qırıb .....                     “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb .....                     Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib .....                     Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib .....                 

Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Tarix: 23-12-2022, 08:55 | Çap et
Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazırlar: "Cari tədris ilinin başlanması günlərində cənab Prezident yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bir çoxu dərk etmir, ya da dərk etmək istəmir.
Keçən yazılarımızın birində biz Azərbaycan Texniki Universitetində (AzTU) son 3 ildə, yəni Vilayət Vəliyevin rektorluğu dövründə baş verənləri böyük Mirzə Fətəli Axundovun məşhur komediyalarındakı sərgüzəştlərə bənzətmişdik. Ancaq indi görürük ki, AzTU-da son vaxtlar baş verənlərin Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları hekayəsində vaqe olanlara daha çox bənzəri vardır. Əlbəttə, belə əhvalatlar 19-cu əsrdə Azərbaycanın ucqar bir kəndində yaşayan savadsız insanlar arasında baş verdikdə, buna təəccüblənməmək də olardı. Ancaq bu səviyyəli əhvalatlar 21-ci əsrdə, həm də ölkəmizin Texniki Universitetində və universitetə rəhbərlik edən “elmlər doktorunun”, “əməkdar elm xadiminin” səriştəsiz və hətta qərəzli fəaliyyəti nəticəsində meydana gəldikdə, buna təəccüblənməmək olmur.
Əvvəlcə son dövrdə magistraturada baş verən əhvalatlardan danışaq. 2022-ci ilin yanvar və iyun aylarında dərc olunmuş məlumatlarımızda yazmışdıq ki, bu ilin əvvəllərində birdən, gözlənilmədən universitet üzrə elan edildi ki, rektor Vilayət Vəliyev yanvar ayında kafedra müdiri və dekanları toplayaraq “təklif edib” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 4-5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bunun səbəbi nədir, heç kim bilmədi. Biz iyun ayında bu haqda məlumatla mətbuatda çıxış edəndə hələ çox şey naməlum idi, yəni dissertasiyalar necə olacaq, qrup halında necə müdafiə ediləcək, verilən qiymət 4-5 nəfər arasında necə bölüşdürüləcək və s.
Bu yeni mövzuların tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi. Təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 ilə yaxın vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkildi və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verildi. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, onlar rəhbərlikdən kənarlaşdırılaraq, 4-5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edildi. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərar idi! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir.
Bunlar baş verəndə hələ biz bilmirdik ki, bəs dissertasiya müdafiələri necə olacaq. Adətən, magistr dissertasiyalarının müdafiələri bütün iyun ayı müddətində və iyulun 7-nə qədər keçirilərdi. Bu şəraitdə isə iyun ayında müdafiələr təbiidir ki, baş tutmadı və yalnız iyulun 1-ci həftəsi ərzində hamısı tələsik keçirildi və tam formal xarakter aldı. Müdafiələr göstərdi ki, bəzi fakültələrdə 4-5 tələbənin hazırladığı dissertasiyanın yalnız biri, ən gözəgəlimlisi 5 nəfər üçün ümumi bir dissertasiya kimi seçildi və 110-120 səhifəlik bir dissertasiyanın titul vərəqində 4-5 tələbənin adı müəllif kimi yazıldı (???), halbuki, yalnız bir tələbənin dissertasiyası bu həcmdə olmalıdır. Müdafiədə isə tələbələr ardıcıl olaraq çıxış edərək, dissertasiyanın məzmununu hissə-hissə (???) məruzə etdilər. Çox gülünc bir mənzərə. Bəs qiymətlər tələbələr arasında necə bölüşdürüldü? Bəzən ata malı kimi hamıya eyni pay bölündü, bəzən də müxtəlif qiymətlər verildi.
Bəzi fakültələrdə isə 4-5 nəfərin dissertasiyası ard-arda bir birinin dalınca bir yerə toplandı və ümumi həcmi 400-500 səhifəyə çatdı. Nə əsasla, hansı təlimatın əsasında? Sual olunur, bunlar hamısı nəyə lazım idi? Heç kim bilmir, yəqin ki, Vilayət Vəliyev bilər, o da ki, bunu “sirr” kimi saxlayır və heç kimə demir. Yəqin ki, şou yaratmaq, özünü orijinal göstərmək uçun.
Maraqlıdır ki, bəs bu il magistr dissertasiyaları ilə əlaqədar vəziyyət necədir. V.Vəliyevlə 3 illik tanışlığımız onu göstərir ki, hər dəfə bir sürpriz çıxarmasaydı, Vilayət Vilayət olmazdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07
Tanınmış rejissora ağır itki
Bu gün, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35
Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24
Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18
Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15
Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12
Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58
FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05
Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru