`Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                 

GÖYGÖLDƏ ÖLÜM İŞİNİ KİMLƏR ÖRT-BASDIR EDİR?
Tarix: 16-09-2012, 11:55 | Çap et
GÖYGÖLDƏ ÖLÜM İŞİNİ KİMLƏR ÖRT-BASDIR EDİR?

OĞLUNU İTİRƏN BİÇARƏ ANA SON ÜMİD KİMİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ETDİ

"Oğlum bədbəxt hadisə nəticəsində ölməyib, onu qətlə yetiriblər"

DİA.AZ: - Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan, hazırda Göygöl rayonunun Quşçu kəndində yaşayan Eyyubova Zeynəb İsmayıl qızı redaksiyamıza ünvanladığı müraciətində 5 ay bundan öncə faciəli şəkildə dünyasını dəyişmiş oğlu Toğrul Eyyubovun döyülərək öldürüldüyündən söhbət açır: "Oğlum Toğrul Gəncə Texniki Kollecində oxuyurdu. 29 aprel 2012-ci ildə axşam evdə olan zaman telefonuna mesaj gəldi. Oğlum mesajı oxuyub dedi ki, ana, Vəfadardı, (Vəfadar Orucov Z.Eyyubovanın ögey nəvəsidir - red) deyir Tiflisdən gəlmişəm, gəl görüşək.

Ertəsi gün səhər tezdən Toğrulu dərsə yola saldım. Ondan sonra bir daha oğlumun üzünü görmədim. Vəfadar yolda Toğrulla rastlaşıb. Onu dərsə getməyə qoymayıb, Gəncə çayının sahilinə aparıb. Orada "Çaybağı" adlanan ərizədə oğlumun bir neçə şəklini çəkib.

Vəfadar tək olmayıb. Vəfadarın yanındakılar Toğrulu ölüncəyə qədər döyüblər, sonra da Gəncə çayı üzərində quraşdırılmış platinaya atıblar.

"Nəvəm oğlumun qatillərini tanıyır"

Hadisədən bir müddət əvvəl Vəfadarın bacısı Vəfa oğluma zəng vurub, bir nəfər oğlanın onun dalınca düşdüyünü, əl çəkmədiyini, onu izlədiyini deyib. Toğruldan xahiş edib ki, dayı, gəl buna de, bir də dalımca gəlməsin, məni narahat etməsin. Toğrul da gedib həmin oğlanı tapıb, onunla mübahisə edib. Vəfanın arxasınca gələn oğlan kimdirsə, Toğrulun onunla mübahisəsi olub. Bir neçə gündən sonra isə bu hadisə baş verib. Vəfadar da, bacısı da hər şeyi bilirlər, amma demirlər. Çünki Vəfadar oğlumu bu məsələyə son qoymaq üçün çağırmışdı. Vəfadar oğlumu vurub çaya atanları yaxşı tanıyır, ancaq qorxusundan bu məsələni heç kimə açıb demir".

Məhkəmə qərarı

Eyyubovlar ailəsində yaşanan bu ağır faciə ilə bağlı Göygöl rayon prokurorluğunda müvafiq araşdırma aparılıb. Meyitin daxili və xarici müayinəsi keçirilib. Tibbi ekspertin rəyindən belə məlum olub ki, Toğrul Eyyubovun ölümünə səbəb mexaniki asfiksiya - suda batma olub. Zeynəb Eyyubova oğlunun ölümündə təqsirli hesab etdiyi Vəfadar Orucovun və başqalarının təqsiri sübuta yetirilməyib.

Göygöl rayon prokurorluğunda Toğrul Eyyubovun ölümünün cinayət hadisəsi olmadığı əsas gətirilərək cinayət işinin başlanması rədd edilib. Mərhumun anası həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət edib.

O, Göygöl rayon Məhkəməsində şikayətini müdafiə edərək göstərib ki, oğlu Toğrulun mexaniki asfiksiya, suda batma nəticəsində ölməsi ilə razılaşmır. Vəfadar Orucovun oğlunu aprel ayında çayın kənarına aparması, Toğrulun soyuq havada paltarını soyunub suya girməsi, Vəfadarın dediyi kimi əgər suda batmışsa, valideynlərinə vaxtında xəbər verməməsi, habelə oğlunun meyitinin üzərində xəsarətlərin olması onda Toğrulun öldürülməsi şübhəsini yaradır.

Şikayətçi ana məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə əlavə istintaq aparılması üçün materialın ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarmasını xahiş edib.

Amma Göygöl rayon Məhkəməsində Zeynəb Eyyubovanın şikayəti təmin edilməyib.

"Müstəntiq ölüm işini ört-basdır etmək istəyir"

Mərhumun anasının sözlərinə görə, müstəntiq ölüm işini ört-basdır etmək üçün xüsusi qərar çıxarıb: "Prokurorluğun müstəntiqi Rövşən Əhmədov heç SMS məsələsini də araşdırmadı. Müstəntiq müvafiq mobil operatoruna heç bir sorğu göndərmədi, Vəfanın izahatını almadı. Vəfadarın izahatı alınarkən isə bu məsələ ilə bağlı ona heç bir sual verilmədi. Rayon sakinləri oğlumun Vəfadarla və bir neçə nəfər həmyaşıdları ilə həmin gün mübahisə etdiyini görüblər. Oğlumla Vəfadarı digər şəxslərlə həmin yerdə görənlərdən izahat alınmadı. Şahidlərin izahatı alınmadan qeyri-obyektiv araşdırma aparılıb. Bununla sübut olunur ki, müstəntiq işin həqiqi və faktiki hallarına hüquqi qiymət vermədən, dolayısı ilə ölüm işini ört-basdır etmək niyyəti ilə belə bir qərar çıxarıb.

"Ekspert rəyi ilə razı deyiləm"

Mən məhkəmə tibbi ekspertin rəyi ilə də razı deyiləm. Məhkəmə tibbi ekspert mərhum oğlumda yaranan xəsarətlərin oğlumun çaya yıxılmamışdan qabaq yaranıb-yaranmamasına, həmin zədə və xəsarətlərin hansı yolla yaranmasına, daxili orqanların zədələnib-zədələnməməsinə öz rəyində hüquqi qiymət verməyib. Həmçinin müstəntiq tərəfindən tibbi ekspert qarşısına həmin məsələlərə tibbi qiymət verilməsi üçün suallar qoyulmayıb. Göstərdiklərim bir daha təsdiq edir ki, müstəntiq qeyri-obyektiv olmaqla kobud prosessual pozuntulara yol verərək qanunsuz qərar qəbul edib.

Müstəntiq R.Əhmədov qərarda cinayət hadisəsinin olmamasını heç nə ilə izah edə bilməyib. Qanuna müvafiq araşdırma aparmayaraq cinayət işinin başlanmasını rədd edib. Həmin qərardan narazı olduğuma görə Göygöl rayon Məhkəməsinə şikayət etmişdim və müstəntiqin qərarının ləğv edilərək həmin qərarın qanuniliyinin yoxlanılması və əlavə istintaqın aparılmasını məhkəmədən xahiş etmişdim. Lakin Göygöl rayon Məhkəməsi 7 avqust 2012-ci il tarixli qərarı ilə əsassız olaraq şikayətimi təmin etməyib. Müstəntiq araşdırma apararkən şikayət ərizəmdə göstərdiyim faktlar və dəlillər əsasında deyil, öz şəxsi mülahizələrinə əsaslanıb araşdırma aparmamaqla, hadisəyə səthi yanaşmaqla heç bir qanuni əsas olmadan cinayət hadisəsinin olmaması qənaətinə gəlib. İstintaqın hərtərəfli aparılmaması ilə razılaşa bilmirəm. Ona görə də iş üzrə əlavə istintaq aparılmasını xahiş edirəm.

Baş vermiş hadisə ciddi və ağır cinayət hadisəsidir və həmin cinayət hadisəsinin baş verdiyini əsaslandıran kifayət qədər sübutlar var. Mənim şikayətim üzrə araşdırma zamanı bir sıra prosessual normalara riayət edilməyib. Cinayətin açılması, işin hərtərəfli tam obyektiv araşdırılması üçün zəruri tədbirlər görməyib.

Göygöl rayon Məhkəməsi öz üzərinə düşən vəzifələri qərəzli şəkildə yerinə yetirməyərək qeyri-obyektiv şəkildə araşdırma aparıb.

"Oğlumun ölümünü bilərəkdən gizlədirlər"

Oğlumun meyiti yuyularkən başında küt alət zədəsi, çiyinlərində beli uzunu təpik izləri vardı. Düz bağırsağı 10-12 sm çölə çıxmış vəziyyətdə idi. Bu şəkillərdən də açıq-aydın görsənir. Mənim oğlumu dava-dalaş zəminində döyüb öldürüblər.

Oğlumun ölümünü bilərəkdən gizlədirlər. Bu cinayətin ört-basdır edilməsinə dözə bilmirəm. Oğlumun qatilinin tapılıb qanun qarşısında cavab verilməsini tələb edirəm.

Yeganə oğul övladım əgər suya düşüb boğulubsa, niyə vaxtında polisə məlumat verməyiblər? Hadisə 17:00 radələrində olubsa, niyə gecə saat 2-də məlumat verilib? Məqsəd işin üstünü ört-basdır etmək olub".

Prezidentə müraciət

Məlumat üçün onu da bildirək ki, 5 aydan bəri prokurorluq və məhkəmə qapılarında qalan Zeynəb Eyyubova Göygöl rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə Göygöl rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Əli hər yandan üzülən biçarə ana ümidini ölkə başçısına bağlayıb. O, işin təkmili istintaqa qaytarılmasını, meyitin eksqumasiya olunmasını və oğlunun qatilinin tez bir zamanda istintaqa cəlb edilməsini xahiş edir: "Cənab Prezident! Bir ana kimi üzümü Sizə tutub yalvarıram. Oğlumun qanını yerdə qalmağa qoymayın!"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru