BƏYLƏR ƏYYUBOVUN BİZNESİ TƏHLÜKƏDƏ
Tarix: 31-10-2011, 20:38 | Çap et
KİMLƏR AVTOMOBİL BAZARINA TAMAH SALIB?
DİA.AZ: - Ötən günlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun paytaxtdakı biznesinin çökdürülməsi haqda məlumat vermişdik. Həmin yazıda eyni zamanda göstərmişdik ki, bir çox nazirliklər və komitə rəhbərlərinə qarşı tabesizlik göstərən, onların Muxtar Respublikada ölkə qanunvericiliyinə əsasən müəyyənləşmiş hüquqlarını tanımayan Naxçıvan xanına qarşı hökumət daxilində ciddi kolalisiya formalaşıb.
Talıbova mənfi münasibətdəki ortaqlıqdan başqa heç bir siyasi mahiyyət kəsb etməyən bu koalisiyada İbrahimov qardaşlarının, Kəmaləddin Heydərov, Cahangir Hacıyev, Ziya Məmmədov və digərlərinin adı çəkilir. Bu sırada daha çox diqqət çəkən isə Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. Belə ki, Talıbovu öz komandasının üzvü kimi yetişdirən Əyyubov bu gün Naxçıvan xanının onun təsir dairəsindən çıxmasını və ümumiyyətlə, generalı qəbul etməməsini heç cür həzm edə bilmir. Buna görə də Talıbova qarşı ən aktiv şəxs məhz Əyyubov sayılır. Son baş verənlər isə Talıbovun da sakit durmadığı və imkan tapdıqca rəqiblərinə zərbə vurduğunu göstərir. Muxtar Respublikadan gələn son xəbərlər də bunu təsdiqləyir.
Bir müddət öncə istehsal tarixi 2004-cü ilə qədər olan avtomobillərin xarici dövlətlərdən və paytaxt Bakıdan Naxçıvan Muxtar Respublikasına gətirilməsi qadağan edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həmin avtomobillər gömrükdən geri qaytarılır və ya Muxtar Respublika Dövlət Yol Polisi (DYP) tərəfindən onlara dövlət nömrə nişanı verilmir. Bu səbəbdən vətəndaşlar bir ay müddətində aldıqları avtomobili Muxtar Respublikadan çıxarmaq məcburiyyətində qalıblar. Naxçıvandakı mənbəmizin sözlərinə görə, Bakıdan, Türkiyədən və İrandan Naxçıvana gətirilən avtomobillərin Muxtar Respublika qeydiyyatına salınmasına problemlər yaradılır. DYP istehsal tarixi 2004-cü ilə qədər olan avtomobilləri qeydiyyata almaqdan imtina edir və bunun yuxarıdan, yəni Talıbov tərəfindən verilən göstəriş olduğunu bildirir.
Maraqlıdır ki, bu məlumatları Naxçıvan MR DYP-si də təsdiqləyib. Məsələ ilə bağlı açıqlama verən DYP bildirib: "Köhnə avtomobillərin Muxtar Respublikada qeydiyyata alınmamasına səbəb həmin avtomobillərin ekologiyaya ziyan vurmasıdır. Naxçıvanın havası təmizdir. Bu cür avtomobillər havanı korlayır. Yuxarıdan tapşırıq var. Yaxşı olar ki, vətəndaşlar təzə avtomobil alsınlar".
Kifayət qədər müəmmalı və izaholunmaz açıqlamadır. Çünki Naxçıvan MR Azərbaycan Respublikasının tərkib hissəsidir və burda əlahiddə qərarlar, qadağalar qəbul oluna bilməz. Azərbaycan qanunvericiliyinin heç bir maddəsində isə istehsal tarixi 2004-cü ilə qədər olan avtomobillərin sürülməsinə qadağa qoyulmayıb. Respublika ərazisində yalnız "Avro-2" standartlarının tətbiqi ilə bağlı müəyyən qaydalar qoyulub.
"Avro-2" standartının tətbiqinə görə, Avropa İttifaqına daxil olan dövlətlərdən yalnız 1997-ci ildən, Amerikadan 1996, Yaponiyadan 1998, Çindən 2004, Koreyadan 2001, Rusiyadan 2006, İrandan isə 2009-cu il və ondan sonrakı illərdə istehsal olunan avtomobillərin Azərbaycana idxalına icazə verilir. Bu tarix həmin ölkələrin "Avro" standarta keçid ili ilə əlaqədardır. Onu da bildirək ki, Azərbaycana avtomobillər əsasən, 6 ölkədən idxal olunur. Bura Almaniya, Rusiya, Belarusiya, Yaponiya, Ukrayna və Koreya daxildir. Əgər beş il bundan əvvələ qədər bu bazarda Rusiya liderlik edirdisə, indi bu göstərici ildən-ilə aşağı düşür. Avtomobil həvəskarları daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verməyə başlayıb. Ölkəmizə Belarusiyadan yük maşınları, Koreyadan isə ictimai nəqliyyat vasitələri daha çox gətirilir. Lakin ötən il iyun ayına qədər idxal olunan avtomobillərin ili 1995-ci illərə qədər təşkil edirdisə, artıq son altı ayda 1998-ci ildən bəri istehsal olunan maşınlar onları əvəzləməyə başlayıb. Ekspertlərin fikrincə, Azərbaycana gətirilən avtomobillərin sayındakı azalmanın əsas səbəbi də, məhz ötən il ölkədə "Avro-2" standartlarının tətbiqi ilə bağlıdır.
Amma yuxarıda da göstərildiyi kimi sözügedən standartlar Naxçıvandakı qadağalarla eyniyyat təşkil etmir. Diqqətlə, araşdırsaq görərik ki, Talıbovun qadağası daha çox Rusiya istehsalı olan maşınlara aiddir. Bu isə məhz Rusiya istehsalı olan avtomobillərin satışı ilə bağlı olan B.Əyyubovun biznesinə zərbə vuracaq. Çünki, Rusiyanın ən populyar avtomobil şirkətlərindən biri olan VAZ-ın Azərbaycandakı nümayəndəliyi məhz B.Əyyubovun nəzarəti altındadır. VAZ-ın ölkəmizdəki təmsilçisi olan "Xəzər-LADA" ASC-nin rəsmi rəhbəri prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olsa da, bütün maliyyə məsələlərini B.Əyyubovun yaxın adamı olan Haday adlı şəxs həyata keçirir. Generalla xanın münasibətlərinin isti vaxtlarında Naxçıvan Rusiya istehsallı avtomobillərin satışında əsas yerlərdən birini tuturdu. İndi isə Talıbovun qoyduğu qadağalar daha çox Rusiya istehsalı olan avtomobillərə şamil edildiyindən bunun Əyyubovun avtomobil biznesinə ciddi zərbə vuracağı şübhəsizdir. Eyni zamanda, təbii ki, bu avtomobillər üçün tələb olunan ehtiyyat hissələrinin də satışını xeyli sayda azaldacaq ki, bu sahə də generalın əlindədir.
Bütün bunlar isə "Naxçıvan xanı" ilə B.Əyyubovun arasındakı gərginliyin pik nöqtəyə çatdığından xəbər verir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|