Deputatlar nə fikirləşir, hara baxırlar? .....                     “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...” .....                     “Xumar Qədimova klipimi yutubdan sildirdi” .....                     Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... .....                     MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib .....                     Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək .....                     Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. .....                     Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                 

24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Tarix: 18-12-2024, 09:42 | Çap et
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”...
“Təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilməsi ilə bağlı yeni yaş məhdudiyyətləri təhsilin dayanıqlığı və insan kapitalının inkişafı baxımından geniş müzakirə tələb edən bir məsələdir. Təklif olunan dəyişikliklərə əsasən, bakalavr təhsilində möhlət hüququ 24 yaşadək, magistratura üçün isə 26 yaşadək məhdudlaşdırılır. Əvvəllər bu sahədə yaş həddi qoyulmadığından tələbələrə təhsillərini tamamlamaq üçün daha geniş imkanlar verilirdi.

Yeni tənzimləmə isə bir çox gəncin təhsilini yarımçıq qoyması təhlükəsini yarada bilər. Bu dəyişikliklərin təsirləri, xüsusən də xaricdə təhsil alan tələbələr və ölkə daxilində müəyyən çətinliklərlə üzləşən gənclər üçün ciddi şəkildə təhlil olunmalıdır”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Kamran Əsədov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi təklifindən danışarkən deyib. O bildirib ki, bu məhdudiyyətlər formal olaraq təhsildə gecikmələrin qarşısını almaq və gənclərin hərbi xidmətə vaxtında cəlb olunmasını təmin etmək məqsədi daşıyır:

“Mövcud qanunvericiliyə əsasən, hərbi xidmətə çağırış üçün təhsilini davam etdirən tələbələrə möhlət hüququ verilirdi və bu hüququn tətbiqində yaş məhdudiyyəti yox idi. Yeni dəyişikliklərdə yaş məhdudiyyətinin tətbiqi əsasən bu şəkildə müəyyən edilib:

Orta ixtisas təhsili (kollec) alanlara 21 yaşadək möhlət hüququ;
Bakalavr təhsili alanlara 24 yaşadək möhlət hüququ;

Magistratura təhsili alanlara 26 yaşadək möhlət hüququ.

Lakin bu addım praktik olaraq bir sıra problemlər yarada bilər.

Təhsil prosesinin xüsusiyyətləri, tələbələrin akademik çətinlikləri və xarici amillər nəzərə alınmadan yaş həddinin sərtləşdirilməsi tələbələrin gələcək inkişafını risk altına qoyur”.

O bildirib ki, təhsil yalnız standart bir vaxt çərçivəsinə sığdırılan proses deyil:

“Gənclərin bakalavr və magistratura təhsilini müxtəlif səbəblərdən gecikdirməsi qaçılmazdır. Bu səbəblər arasında akademik çətinliklər, iqtisadi problemlər, ailə vəziyyəti və fərdi səbəblər xüsusi yer tutur. Məsələn, Azərbaycanda təhsil alan tələbələrin bir qismi təhsil haqqını ödəmək üçün işləməyə məcbur olur. Bu, onların təhsil prosesinin uzanmasına və akademik performanslarının zəifləməsinə səbəb olur. Xaricdə təhsil alan tələbələr üçün bu problem daha da qabarıq görünür. Türkiyə təcrübəsinə nəzər yetirsək, orada bakalavr təhsili üçün tələbələrə 7 il müddət verilir. Türkiyənin ali təhsil sistemi kifayət qədər mürəkkəbdir və təhsil alan gənclər müxtəlif səbəblərdən təhsillərini standart 4 ildə tamamlaya bilmirlər.

Tələbələrə əlavə müddətin verilməsi təhsilin yarımçıq qalmasının qarşısını alır və daha savadlı kadrların yetişməsinə şərait yaradır. Azərbaycandan 15 mindən çox tələbə Türkiyə universitetlərində təhsil alır və onların bir çoxu təhsil müddətini uzadır. Yeni qanunvericiliyə görə, 24 yaş məhdudiyyəti tətbiq edildikdə bu tələbələrin əksəriyyəti yarımçıq təhsil ilə ölkəyə qayıtmağa məcbur ola bilər. Bu isə həm fərdi itkilərə, həm də ölkə üçün strateji əhəmiyyət kəsb edən insan kapitalının zəifləməsinə gətirib çıxarar”.

Kamran Əsədov qeyd edib ki, təhsil sisteminə yaş məhdudiyyətinin sərtləşdirilməsi ilk növbədə təhsili bir formal prosesə çevirir:

“Təhsil yalnız müəyyən yaş həddində başa çatdırılmalı olan bir proses deyil. Bu, hər bir fərdin potensialına və sosial şəraitinə uyğun olaraq çevik yanaşma tələb edən uzunmüddətli bir investisiyadır. Möhlət hüququnun 24 və 26 yaşla məhdudlaşdırılması təhsil prosesində müxtəlif çətinliklər yaşayan tələbələrin inkişafını məhdudlaşdırır. Bu məhdudiyyətlərin əsas problemləri biri budur ki, tələbələrin akademik və iqtisadi vəziyyəti nəzərə alınmır.

Bir çox tələbə eyni zamanda işləmək məcburiyyətindədir və bu, təhsilin uzanmasına səbəb olur. Bundan başqa, xaricdə təhsil alan tələbələr üçün ciddi maneələr yaranır. Türkiyə və digər ölkələrdə təhsil sisteminin çətinliyi və əlavə müddətlərin tətbiqi nəzərə alınmadan sərt yaş həddi qoyulur. Həmçinin, təhsil yarımçıq qalarsa, gənclərin uzun müddət ərzində sərf etdiyi zaman və resurslar boşa çıxır. Bu, həm fərdi, həm də milli miqyasda böyük itkidir”.

Təhsil eksperti vurğulayıb ki, inkişaf etmiş ölkələrdə təhsil müddətləri və hərbi xidmətə möhlət hüququ tələbələrin fərdi vəziyyətləri nəzərə alınaraq tətbiq olunur:

“Buna misal olaraq, Türkiyədə tələbələrə bakalavr təhsili üçün 7 il, magistratura üçün isə əlavə 3-4 il müddət verilir. Bu, tələbələrin təhsilini tamamlamaq üçün əlavə zaman və resurs qazanmasına kömək edir. Almaniya nümunəsində ali təhsil sistemi tələbələrə çevik yanaşır. Tələbələrə təhsili uzatmaq üçün geniş imkanlar verilir və bu müddətdə hərbi xidmət möhləti tətbiq olunur.

Finlandiyada isə təhsilin fasiləsizliyi təmin edilir və hərbi xidmət üçün güzəştlər tələbələrin akademik göstəriciləri nəzərə alınaraq fərdi şəkildə tənzimlənir. Azərbaycanın da bu ölkələrdən nümunə götürərək möhlət hüququ ilə bağlı daha çevik və humanist yanaşma tətbiq etməsi vacibdir. Yaş məhdudiyyətinin sərtləşdirilməsi əvəzinə, tələbələrin akademik fəaliyyətinə əsaslanan fərdi yanaşma mexanizmi yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, bu məsələnin həlli üçün bir neçə addım atıla bilər:

“Yaş məhdudiyyəti sərtləşdirilmək əvəzinə, bakalavr üçün 26 yaş, magistratura üçün isə 28 yaş həddi tətbiq olunmalıdır.

Xaricdə təhsil alan tələbələr üçün xüsusi qaydalar hazırlanmalı və təhsil müddətlərinə uyğun olaraq fərdi möhlət hüququ verilməlidir.

Tələbələrin akademik göstəriciləri və çətinlikləri nəzərə alınaraq möhlət hüququ mərhələli şəkildə tətbiq olunmalıdır. Təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə təhsili tamamladıqdan sonra hərbi xidmətə çağırılmaq üçün əlavə şans tanınmalıdır. Təklif olunan yaş məhdudiyyətlərinin tətbiqi təhsil sisteminin reallıqlarını və tələbələrin fərdi vəziyyətlərini nəzərə almadan hazırlanmış qərar kimi görünür.

Təhsil ölkənin strateji inkişafı üçün ən vacib sahədir və hərbi xidmətlə bağlı möhlət hüququnun sərtləşdirilməsi bu sahəyə zərər vura bilər. Dünya təcrübəsi göstərir ki, tələbələrə daha geniş zaman çərçivəsi təqdim edilməli və onların akademik inkişafı prioritet kimi qəbul olunmalıdır.

Azərbaycan üçün də daha çevik, ədalətli və təhsilin dayanıqlığını təmin edən mexanizmlər tətbiq edilməlidir. Əks halda, insan kapitalının inkişafı zəifləyəcək və ölkə ciddi kadr itkisi ilə üzləşəcəkdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55
“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru