AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
“Biz hazırda Rusiyanın Amur vilayətində nəhəng qaz emalı zavodu tikirik. İşçilərin əksəriyyəti azərbaycanlılardır. Tovuz, Şəmkir bölgəsindən daha çoxdur, sayları yüzlərlədir. Hava çox soyuqdur, bəzən 40 dərəcə şaxtada işləməyə məcburuq, amma geyim, qida, təminat, təhlükəsizlik yaxşı səviyyədədir. Azərbayandakı əməkhaqqı ilə müqayisədə yaxşı maaş alırıq. Hər ayın ortasında maaşlarımız verilir, dollarla hesablanır, rublun gündəlik kursuna uyğun kartlarımıza köçürülür”.
Bunu “AzPolitika”-nın əməkdaşı ilə söhbətində Rusiyanın adıçəkilən şəhərində çalışan Şəmkir sakini Rəşad Dadaşov deyib.
Xatırladaq ki, Azərbayan mediasında vətəndaşların Rusiyanın hərbi sənaye kompleksində ağır, insan sağlamlığı üçün zərərli işlərə cəlb edilməsi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bir qrup həmyerlimiz Tatarıstanda fəaliyyət göstərən dron zavodunda ağır əməyə cəlb edilib. Onları aldadıb gətirirlər, daha sonra aşağı əməkhaqqı və təhlükəli şəraitdə çalışmağa məcbur edirlər.
“Heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir”
Həmsöhbətimiz Rusiyanın başqa şəhərlərində də azərbayanlıların kütləvi şəkildə çalışdığını təsdiqləyir: “Tümendə, Çelyabinskdə, Moskva ətrafındakı kiçik şəhərlərdə və başqa yerlərdə çalışanlar haqda məlumatım var. Onu bilirəm ki, heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir. Azərbaycanda iş yoxdur, xüsusən rayonlarda gənclərin məşğuliyyət tapması çətindir. Əvvəl əkin, mal-qara saxlamaqla dolanmaq olurdu, neçə ildir o da camaatın əlindən çıxıb. Çıxış yolu Rusiyada belə işlər tapıb çalışmaqdır”.
R.Dadaşov deyir ki, onunla bərabər işləyənlərin bir çoxu Rusiya bazarlarında alverlə məşğul olub, amma indi bazarda pul qazanmaq çətin məsələdir: “Yəqin xəbəriniz var, miqrasiya qaydalarını sərtləşdiriblər, patentin (işləmək icazəsi) aylıq bizim pulla 200 manata çıxır. Rubl dəyərdən düşüb, Rusiyada yaşamaq, kirayə qalmaq bahalaşıb, daha əvvəlki kimi ruslarda da pul yoxdur. Ancaq ərzaq satılır. Ona görə ticarətlə məşğul olmaq sərf eləmir, məcbur qalıb belə işlərdə çalışırıq”.
Həmyerlimiz vurğulayır ki, azərbaycanlıların nisbətən yaxşı gəlirli işlərə cəlb olunması təsadüfi deyil: “Rusiyada işçi qıtlığı var, bir çox sahələrdə çalışanları yaxşı maaşla hərbi zavodlara aparıblar, bir çoxu da ordu ilə müqavilə imzalayıb Ukraynaya döyüşməyə gedir. Ona görə, 1000-1500 dollarlıq qazancı olan işlər onlar üçün sərfəli deyil. Amma bu məbləğ bizim üçün yaxşı puldur, yemək, yatmaq, patent pulu, bilet – hamısı şirkət tərəfindən qarşılanır”.
“Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki...”
Rusiyanın Sverdlovsk, Çita şəhərlərində meyvə ticarəti ilə məşğul olan Elxan Məmmədov isə deyir ki, rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbayanlılar üçün böyük problem yaradıb: “Kimin obyekti, yaxşı qurduğu işi var, onlar problemlərə hələ ki, davam gətirə bilirlər. Dövriyyə azalsa da qazanc var, birtəhər ayaq üstə dura bilirik. Amma “sezona” gələn üçün vəziyyət çox pisdir. Qaydaları sərtləşdiriblər, nəzarəti artırıblar, əvvəlki kimi polisə, məmura “hörmət edib” işləmək çətindir. Kimin iş icazəsi yoxdur, dərhal deport edirlər”.
Həmyerlimiz deyir ki, tanıdığı xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qism də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur: “Özünüz fikirləşin, hazırda 1000 rubl 15-16 manatdır. Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki, həm patent ödəsin, həm kirayə versin, həm burada yaşasın, sonra evə də pul göndərsin... Manatla heç olmasa aylıq 2 min manat təmiz gəlir olmasa, evə 300-400 manat göndərmək mümkün deyil. Bizim çalışdığımız şəhərdə bu məbləği hər adam qazana bilmir, çünki alver “ölüb”, hər şey bahalaşıb”.
“Rusiyada ciddi işçi qıtlığı var...”
Moskvada ticarət mərkəzi olan Maarif Əsgərov isə 10 ildən artıqdır Rusiya vətəndaşı olduğunu, işlərinin pis getmədiyini deyir: “Bizim iş ərzaq, içki və s. gündəlik tələbat malları satmaqdır. Doğrudur, 2 il əvvəllə müqayisə etsək, ticarət dövriyyəsi 30 faiz azalıb, ona görə də başqa işləri dayandırmağa məcbur olduq. Fikrimiz vardı daha bir ticarət mərkəzi açaq, yeni işçilər götürək, amma gedişat bu qədər sərmayə qoyuluşu üçün böyük risqlər yaradır”.
Həmyerlimiz vurğulayır ki, Rusiyada ciddi işçi qıtlığı var, onun özü də bu problemdən əziyyət çəkir: “Müharibə, miqrantlara qarşı təzyiqlər, sərt qaydalar çoxlu sayda əmək qabiliyyətli adamların ölkədən getməsinə səbəb olub. Bir tərəfdən də hərbi sənaye çox cəlbedicidir, yüksək maaşlar verilir, gənclər ora axın edir. Miqrantları işə cəlb etməyə maraq yoxdur, kimin vətəndaşlığı var, orduya aparmağa çalışırlar. Yaxasını ələ verənin evi yıxıldı, hələ Ukraynadan sağ qayıdan görməmişəm”.
M.Əsgərov deyir ki, manatla 1200-1500 manat əməkhaqqı ilə işçi tapa bilmir: “Bu gedişlə Rusiyanın axırı yoxdur, iqtisadi vəziyyət də günü-gündən çətinləşir, şübhə eləmirəm ki, çox uzaq olmayan vaxtda biz də hər şeyimizi satıb Azərbaycana qayıdacağıq, amma orada da bizi xoş günlər gözləmir. Nə isə, Allah bilən məsləhətdir”.
“Yaşlı kişini yerə yıxıb döyüblər ki, müharibəyə niyə getmirsən”
Moskvada 20 ilə yaxındır meyvə ticarəti ilə məşğul olan İsmayıl Həmidov isə yaxın aylarda Azərbaycana dönməyi planlaşdırır. Deyir ki, Yeni ildə ötən bayramdan 70 faiz az satış edə bilib: “Camaatda pul yoxdur, hamı ərazaq alır, kimdir meyvəyə pul verən? Bir tərəfdən də “qara milləti” sıxışdırırlar, ələ keçəni müharibəyə aparırlar. Ötən həftə bizim uzaq qohumun evinə basqın etmişdilər. Təsəvvür edin, binanın işığını söndürüb evə hücum çəkiblər, 55 yaşında kişini yerə yıxıb döyüb-təhqir ediblər ki, niyə hərbi çağırışdan yayınırsan...”
Rusiyada ancaq onlar qala bilər...
Rusiyada çalışan azərbaycanlılar arasında apardığımız sorğudan ortaya çıxan mənzərəni belə təsnif etmək olar:
Rusiyada işləməyə yeni gedənlərin böyük əksəriyyəti sənaye müəssisələrinin tikintisinə cəlb olunanlardır. Əməkhaqqı və iş şəraiti onları qane edir, müvəqqəti də olsa, bu, onlar üçün sabit gəlir mənbəyidir.
Mövsümi olaraq bazarlarda çalışıb gündəlik qazanca ümid edənlərin əksəriyyəti üçün isə vəziyyət çox çətindir. Həm qaydalar sərtləşib, həm də ölkədə iqtisadi aktivlik aşağı düşdüyündən, yaşam şərtləri ağırlaşdığından Rusiyada qalmaq sərfəli deyil.
Qonşu ölkədə yalnız ticarət obyektləri, yaxşı əlaqələri olan azərbaycanlılar qalıb işləyə bilirlər. Onların gəlirləri azalsa da, alternativlərdən ən yaxşı durum elə Rusiyada ticarəti davam etdirməkdir. Hələ ki...
Rayonlarda vəziyyət acınacaqlıdır
Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Onlar öz vətənlərinə, ailələrinin yanına qayıdıb yaşamlarını sürdürməyə ümid edirlər. Amma sərhəd maneəsini keçsələr belə, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı?
Nəzərə alaq ki, Rusiyada çalışanların böyük əksəriyyəti rayon sakinləridir. Azərbaycan rayonlarından isə əhali sürətlə paytaxta axışır, çünki son 10 ildə aqrar sektorun əksər sahələri gəlirsizdir, əhali torpaqlarını imkanlı şəxslərə, şirkətlərə satmaq məcburiyyətində qalıb. Bir qism üçün isə kənd təsərrüfatı ilə məşğul olmaq - əkin əkmək, mal-qara saxlamaqla dolanışığı təmin etmək mümkün deyil. Bunun çoxlu obyektiv və subyektiv səbəbələri var. Hazırda büdcədən maaş alanlar, pensiya, müavinət, ünvanlı yardım əldə edə bilnlər pis-yaxşı dolana bilir, kəndlərdə yaşayan qalan sakinlər üçün isə ən yaxşı halda günəmuzdla məmurların, iş adamlarının təsərrüfatlarındakı mövsümi işlərdə çalışmaq qalır.
Nəzərə alsaq ki, həmin təsərrüfatlarda istehsal olunan məhsullar da Rusiya bazarlarına hesablanıb, o zaman aydın olur ki, qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi onların biznesini də ciddi risqlərlə üz-üzə qoyur.
Hökumət bölgələri dirçəltməlidir
Azərbaycan hökumətinin qarşısında duran prioritet məsələ regionların dirçəldilməsini, şəhərlərə axışan əhalinin geridönüşünü təmin etməkdir. Bu məqsədlə dövlət proqramı, yüz milyonlarla investisiya lazımdır. Amma bir şərtlə: 2005-2024-cü illərdə icra olunmuş, 100 milyard manat vəsaitin xərcləndiyi, ancaq heç bir ciddi nəticəsini görmədiyimiz 3 dövlət proqramı kimi deyil, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, real islahatları əhatə edəcək tədbirlər görülməlidir. O zaman Rusiyadan qayıdan yüz minlərlə əmək qabiliyyətli vətəndaş da regionların iqtisadi inkişafına böyük fayda verə bilər.
“AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
• Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır - FAKT BUDUR!
Bu gün, 12:59 |
|
|
|
• İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb - SVT
Bu gün, 12:57 |
|
|
|
• Səbzəliyev qardaşları ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - VİDEO
Bu gün, 12:47 |
|
|
|
• Metroda gedişhaqqı azaldılır? – Tarif Şurasının qərarı ilə…
Bu gün, 12:41 |
|
|
|
• Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38 |
|
|
|
• “Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36 |
|
|
|
• “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
|