“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Tarix: 28-09-2024, 10:52 | Çap et
Oğuzun Kərimli kənd sakini Elnur Əliyev 2024-cü ilin iyulun 9-da üç obyektinin yandığını deyir.
O, Meydan TV-yə bildirib ki, hadisə nəticəsində külli miqdarda ziyana düşüb.
Elnur Əliyevin sözlərinə görə, o, 25 ildən çoxdur ki, sahibkar fəaliyyəti ilə məşğul olur.
“Dəyən ziyanın bir hissəsi belə ödənilmir”
Sahibkar qeyd edib ki, 2007-ci ildən 2023-cü ilə qədər eyni məkanda yerləşən 3 obyektinin – dükan və iki aptekinin icbari sığortasını ödəyib. Ancaq ötən il “Azsığorta” ASC-dən gələn əməkdaş ona illik ödənişi 30 manat olan icbari əmlak sığortası deyil, 350-500 manatlıq daşınan əmlaka dair könüllü sığorta növü təklif edib. O da razılaşmadığından ASC əməkdaşı onun sığorta müqaviləsini yeniləməyib.
Nəticədə bu il baş verən yanğından dəyən ziyan da sığorta müqaviləsi olmadığından ödənilməyib:
“Aptekin biri insan üçün, digəri baytarlıq üçün idi. Sonuncunu 2019-ci ildə açmışdım. Dükan da geyim və məişət avadanlıqları satılırdı. Yanğın səhər saatlarında elektrik xəttində qısa qapanmadan baş vermişdi. Yanğından xəbər tutanda gec idi, artıq yanıb kül olmuşdu. Aptek tamamilə yandı, heç nə çıxara bilmədim. Dükandan isə bir az geyim və qab çıxara bildik. Hətta kompüter, kamera və digər texniki avadanlıqlarım da yandı. Ümumilikdə 100 kvadratmetr ərazidə olan üç obyektimə yüz min manatdan çox ziyan dəyib. 2007-ci ildən sığortalayırdım. Ödənişlər illik olaraq 30-40 manat arasında dəyişirdi”.
“Ötən il isə şirkətin əməkdaşı FHN əməkdaşı ilə gəlib fərqli sığorta növü təklif edərək illik ödəniş məbləğinin 500 manat olacağını qeyd etdi. Son məbləğ kimi isə 350 manat dedi. Baha olduğunu bildirib sığorta müqaviləsini ləğv etdim, daha yeniləmədim. Obyektin yananda FHN əməkdaşları bildirdi ki, ödəniş 30 manatdır və icbari sığorta məcburidir. Digər qonşu obyekt sahibi bildirdi ki, o da o məbləğdə illərdir sığorta edir və sığorta əməkdaşının cibinə 100 manat qoyub. Anladım ki, sığorta əməkdaşı mənə yüksək məbləği rüşvətə görə deyib. Nəticədə sığortanı ləğv etdim, indi də dəyən ziyanın bir hissəsi belə ödənilmir”, – deyə o qeyd edib.
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?”
Sahibkar deyir ki, hadisə baş verən ili müqavilə imzalayıb icbari sığorta ödənişi ödəməsə də, əvvəlki illərin ödənişi obyekt sahibi kimi ona geri qaytarılmalıdır:
“İllərlə o ödənişi etmişəm. Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə? Alınsaydı, qismən ziyanımı ödəyirdi. Məbləği çox təklif etməsəydilər, yenə ödəyərdim ki, indi belə çətinliklə üz-üzə qalmazdım. Yanğından sonra maddi imkanım yoxdur ki, onu qismən də olsa bərpa edim. Necə yanıb, elə də qalıb. Nisyə mal verənlərə yalvarıram ki, dirçəlməyimə kömək etsinlər. Onlar da nisyə mal vermir ki, satım əlimdə pul olsun. Əvvəlki halına qayıtması üçün yüz min manatdan çox pul lazımdır. Sadəlövlükdən sığorta əməkdaşına inandım, ləğv etdim. Kaş ki sığorta bazarını araşdırıb digərləri ilə əlaqə saxlayardım, maraqlanardım. Məlumatım da çox deyil, maarifləndirmə də getmir. İllik min manat da olsa, sığorta ödəyərdim ki, belə ziyanla çarəsiz qalmazdım”.
“Sığorta yoxdursa, bunu nə sığorta sistemi qəbul edir, nə də qanunvericilik icazə verir”
“Azsığorta” ASC əməkdaşı Şəfayəddin Xudiyev Meydan TV-yə bildirib ki, “Daşınmaz əmlakın icbari sığortası haqqında” Qanun 2011-ci ilin 24 iyulunda qəbul olunub və məcburidir.
Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə 30 manat məbləğində cərimə tətbiq edilməlidir.
Sığorta müqaviləsi birillik olur. İllik ödəniş məbləği isə yaşayış evləri üçün Bakı üçün 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan üçün 40, digər regionlar üçün 30 manat məbləğində nəzərdə tutulur.
Sahibkar üçün isə obyektin təyinatı və dəyərinə görə fərqli ödənişlər də olur.
Vətəndaş Elnur Əliyevin şikayətinə gəlincə, ASC əməkdaşı deyib ki, o, sahibkar kimi obyektini icbari sığortadan yayındırdığına görə cərimə olunmalıdır.
O həmçinin sığorta müqaviləsi olmadığından dəyən ziyanın da ödənilməyəcəyini deyir.
Onun sözlərinə görə, əvvəlki illərin sığorta müqavilələrinə görə isə ödənişlər ödənilmir:
“Qeyri-yaşayış obyektlərinin real dəyərinə və təyinatına uyğun olaraq sığorta ödənişləri hesablanır ki, bu da qanunun müddəalarında nəzərdə tutulub. Bu şəxsin şikayəti barədə məlumat daxil olmayıb, yəni bizə şikayət etməyib. Sığorta o demək deyil ki, 20-30 il obyekt sığortalanıbsa və ödəniş alacaq. Ola bilsin sahibkar illərlə ödəyib və hadisə baş vermir və ödənişlər ona qayıtmır. Sığorta müqaviləsi bağlamayıbsa və hadisə o il baş veribsə, əvvəlki illərin ödənişi buna görə ödənilmir. Hadisə baş verəndə sığorta müqaviləsinin tələbi vacibdir. Vətəndaş Elnur Əliyev də həmin il müqavilə olmadığından bu imkandan məhrum olub“.
ASC əməkdaşı rüşvət iddiasını qəbul etmir:
“Əməkdaşımız ondan rüşvət deyil, çox güman ki, ticarət köşkündəki daşınan mallara görə sığorta növü təklif edib və bu da, könüllüdür. Sahibkarlar üçün daşınmaz əmlakın icbari sığortası əsaslandırılmış şəkildə qiymətləndirmə əsasında aparılır və Mərkəzi Bank nəzarət edir. Vətəndaş ərizə ilə müraciət etsə, məsələsinə kollegial şəkildə baxıla bilər. Sənədlərin informasiya bazasında beş il sistemdə saxlanma qaydası var və ondan öncəki illər ləğv olunur. Birmənalı hadisə baş verən il sığorta yoxdursa, bunu nə sığorta sistemi qəbul edir, nə də qanunvericilik icazə verir”.
“Problemli məsələlərdə və sığorta mövzusundakı incəliklərə əlçatımlılıq aşağıdır”
Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Meydan TV-yə deyir ki, sığortaya nəzarəti Mərkəzi Bankın tərtib etdiyi qaydalar üzrə icra edir.
O da sığorta bazarında boşluqları düzgün maarifləndirmənin aparılmaması, sahibkar məsuliyyətsizliyi və mütəxəssis azlığı ilə əlaqələndirir:
“Vətəndaşların maarifləndirilməsi sual doğurur. Son dövrlər sığorta ilə bağlı festivallar keçirilsə belə, formal xarakter daşıyır. Mətbuatda, əhali arasında əsaslı maarifləndirmə işi getmir. Problemli məsələlərdə və sığorta mövzusundakı incəliklərə əlçatımlılıq aşağıdır. Burada mütəxəssis qıtlığı da rol oynayır. Peşəkar mütəxəssis işi güclü olmalıdır. Odur ki, maarifləndirmə sıfır səviyyəsindədir. Adətən, şahidi olduğum hadisələrdə sahibkarlar özləri də sığortaya maraqlı olmur, artıq xərc bilir, buna etinasız yanaşır. Hətta ölkə Prezidentinin 2015-ci ildən etibarən sahibkarların qanunsuz yoxlanışları ilə bağlı qərarından sonra sahibkarlarda arxayınlıq yarandı. Gələn ilin yanvarına qədər qüvvədədir. Bu da sığorta bazarına təsir etdi. Birmənalıdır ki, qaydalar da müqavilə ilə nizamlanır. Daşınan və daşınmayan əmlakla sığorta müqaviləsi, vergi sənədi yoxdursa, sığorta ödənişi də yoxdur”.
“Sahibkarlar mədaxil və məxaric gəlirlərini vergidən gizlədirlər”
Ekspert deyir ki, sahibkarlar sığorta növündən asılı olmayaraq az ödəniş olmasını istəyir, bunun isə öz qaydası var. Amma az ödəniş az da kompensasiya deməkdir:
“Sığortanın ödəniş məbləği dəyər və təyinatla yanaşı, əmlakın yerləşdiyi yer üzrə də müəyyən olunur. FHN idarələrinə uzaq-yaxın məsafədə yerləşmə riski nəzərə alınır. Vətəndaş əmlakın 0,3-2 faizə qədər məbləğini sığorta haqqı verə bilər. Əlavə də sığorta kompensasiyası buna uyğun olur. Ancaq çox vaxt sahibkarlar icbari sığorta müqaviləsi bağlanarkən aşağı məbləğlə müqavilə bağlanmasını tələb edirlər. Hadisə baş verəndə isə sığorta ödənişi az olanda sahibkar qarşı tərəfə şikayət edir ki, məbləğ azdır, çoxaldın. Bu sığorta agentlərinin deyil, artıq sahibkarların günahı olur. Sədərək, Binə kimi yerlərdə baş verən yanğın sübut etdi ki, sahibkarlar özləri də məsuliyyətsiz yanaşırlar. Sığorta agentləri ilə sövdələşmə aparırlar. Mədaxil və məxaric gəlirlərini vergidən gizlədirlər”.
“Nəzərə almaq lazımdır ki, sahibkarın obyektinin dəyəri illik artır. Sığorta agenti isə real gəliri yazmalıdır, gizlədilmə faktı olur deyə sonunda problem yaşanır. Sahibkar milyon manat məbləğində ziyan dəydiyini desə də gizlədilmiş mədaxil, qaima fakturalarını, orderlərini bunun əksini deyəcək. Nəticədə də sığorta şirkəti az ödəniş edəcək”, – deyə ekspert vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
|