Sahibsiz qalan Lənkəran... - AXI NİYƏ?..
Tarix: 29-12-2024, 14:50 | Çap et
Lənkəranda son vaxtlar insanları ən çox narahat edən, gediş-gəliş üçün yararsız hala düşən yollardır. Asfaltı dağılmış, bərbad hala düşmüş, üstü çuxurlu, palçığı dizə qalxan yollar illərdir ki, rayonda aidiyyəti qurumları heç də düşündürmür. Əsasən bu problemin müşkülə düşməsi yerli məmurların verdiyi yalan vədlər, əhaliyə göstərdikləri biganəlikdir.
Rəsmilər Lənkəranda bütün yolların rahatlığını deyirlər. Qaldı ki, görən dağa nə bələdçilik. Rayonda çox kənd yollarında artıq hərəkət etmək təhlükəlidir. Kərgəlan kəndin yolu daha acınacaqlı vəziyyətədir. Bir balaca yağış yağanda mövcud olan gölməçələr dolur, yol keçilməz olur. Payızın palçığı, yayın toz-torpağı isə yola çıxanları pis günə qoyur. Çala- çuxurlarda nəqliyyat vasitələri tez sıradan çıxır. Ümumiyyətlə, yol heç cür günün tələblərinə cavab vermir, onun təmirinə ciddi ehtiyac vardır. Kənddə yaranmış problemdən əlaqədar təşkilatların da yaxşı xəbərləri vardır. Di gəl ki, iş görülmür.
Lənkəranda yol sıradan bəxti gətirməyən bir kənddə Xanbulandır. Kənddə işlək yolda sürüşmə hadisəsi baş verib, hazırda yol yarasız hala düşüb. Qəzaların burada baş verməsi hər an labüddür. Daha dəqiq desək, yağışlı havada avtomobillərin idarəetməni itirməsi və arzuolunmaz qəzaların baş vermə ehtimalı çoxdur. Amma yolu qaydaya salmaq aidiyyəti qurumları heç narahat etmir. Rayonda Şilavar kənd camaatı da yoldan narazıdır. Deyirlər ki, “18-ci məhəllə” adlanan ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Buna səbəb məhəllədən keçən yolu kəndin əsas yoluna birləşdirən hissədə bərənin olmasıdır. Yağıntılı günlərdə bu ərazidə piyadaların hərəkəti üçün də çətinlik yaranır. Dəfələrə bərəyə yıxılma halları da olub.
Lənkəran şəhərin özündə olan bərbad küçələr artıq sayını itirib. Şəhidlər Xiyabanı 46/18 ünvanında yerləşən küçə yollarında son vaxtlar yaranan çuxurlara yağış suları dolur, nəticədə nəqliyyat və piyadaların hərəkəti çətinləşir. Heydər Əliyev küçəsi, Kiçik Bazar məscidinin yanındakı dördmərtəbəli binanın yerləşdiyi yollar dağılıb, amma təmir olunmur. Sayı bilinməyən çuxurlar istər yağışlı, istərsə isti günlərdə həmişə gediş-gəliş üçün problemdir. Şəhərdə dağılıb yararsız hala düşən küçələrdən biri Məmməd Səid Ordubadinin adınadır.
Yerli sakinlər söz düşəndə bildirirlər ki, bizim Prezidentimiz olduqca müdrik, öz xalqını sevən, gecə-gündüz onların xoş güzəranı naminə çalışan bir rəhbərdir. Amma yerli məmurlar xalqı tamam unudub, özündən başqa heç kimi düşünmür. Nəticədə rayonda həlli vacib olan sosial məsələlər get-gedən qalaqlanır. Bunlardan ən əsası isə illərlə yolların təmirsiz qalmasıdır...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü hurriyyet.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
|