Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Tarix: 8-01-2025, 10:09 | Çap et
Azərbaycanda hərbi xidmətə çağırış yaşının endirilməsi haqda qərar qəbul edildiyi və bu sahədə bir sıra islahatların həyata keçirildiyi zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi "ayı xidməti" yerinə yetirməkdədir. Bu xidmət ondan ibarətdir ki, Suraxanı hərbi komissarlığı "qəbiristanlıq qanunları" ilə idarə olunur. Görünür ki, Xidmət rəisi Mürsəl İbrahimov bu idarədə baş verənlərdən ya bixəbərdir, ya da göz yummaq niyyətindədir. Çünki indi təfsilatını açıqlayacağımız məsələ barədə hələ ötən ilin sonunda Xidmətin rəsmi elektron poçtuna müraciət ünvanlanıb, cənab Mürsəl İbrahimova problem haqda ətraflı məlumat verilib və həlli xahiş olunub. Lakin hələ də səs-səmir yoxdur, elektron məktubla edilən müraciətə reaksiya verilməyib. Ona görə də Suraxanı hərbi komissarlığında nə baş verdiyini publik şəkildə açıqlamağa ehtiyac var. Belə ki, ötən il Anaxeber.info-nun baş redaktoru Talıbov Azər Məmməd oğlu övladı ilə bağlı cənab Mürsəl İbrahimova müraciət edib. Bildirir ki, oğlu Talıbov Turan 2003 təvəllüddür, Suraxanı rayon hərbi komissarlığı onu əsgərliyə getməyə çağırıb. Onun sözlərinə görə, oğlu Turan Talıbova "14 B" diaqnozu qoyulub və hərbi xidmətə yararlı deyil. Ancaq sən saydığını say, Suraxanı hərbi komissarlığı gör nə sayır. Hər şey elə bundan sonra başlayır və biabırçılıqlar, absurd məsələlər, "ölü qaydaları" ilə işləmək üzə çıxır ki, heç yerdə bu hal görünməyib. Belə ki, çağırış əsasında Turan Talıbov yerli komissiyadan keçib və Sabunçu rayon xəstəxanasında müayinə olunub. Sonra sənədlər Suraxanı səfərbərlik xidmətinə təqdim olunub. Amma tragikomik tərəfi budur ki, həmin nəticələr qəbul edilməyib və təkrar müayinə tələb olunub. Deyilib ki, Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul deyil. Bu qədər banal, absurd, gülünc bir rəy. Bildirilib ki, Turan Talıbov təkrar müayinə olunmalıdır. Atası Azər Talıbov sual edir ki, idarənin vəzifəli şəxsinin vəfat etməsinin müayinənin nəticələrinə nə aidiyyatı və yaxud təsiri var? Belə çıxır ki, idarənin hər dəfə yası düşəndə, yaxud komissarlığın nümayəndəsi dünyasını dəyişəndə, komissiyanın rəyi legitim olmayacaq, təkrar müayinə tələb olunacaq. Göründüyü kimi, açıq-aşkar öz xidmət idarəsinə inamsızlıq, etimadsızlıq, vəfat etmiş hərbi komissarlıq işçisinə güvənsizlik var. Ümumiyyətlə, müayinənin nəticələrinə şübhə edilməsi göstərir ki, bütövlükdə Suraxanı hərbi komissarlığı yerində deyil. Şikayətçi olan Azər Talıbovun sözlərinə görə, bütün bunlardan sonra oğlu Turan Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar. Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də sənədə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım", - deyə Azər Talıbov bildirir. O, əlavə edir ki, oğlunun ürəyində də problem var: "Suraxanı hərbi komissarlığı mənə deyir ki, onda ürəkdə problemi göstərək və hərbi xidmətə getsin. Yəni bu dərəcədə səhlənkarlıq, laqeydlik var. Bu, tamamilə özbaşınalıqdır. Suraxanı hərbi komissarlığı göz görə-görə psixiatr tərəfindən baxılan, ürəyində də problem olan adamı əsgərliyə göndərmək istəyir. Budur şəffaflıq? Budur islahatlar? Nəyə görə müayinənin nəticələri qəbul edilməməlidir? O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri hazırdır, təkrar müayinə tələbi qanunsuzdur". Vətəndaş oğlu Turan Talıbovla bağlı Xidmət rəisi Mürsəl İbrahimova bir daha üz tutub: "Cənab İbrahimov, təkrar etmək məcburiyyətindəyəm ki, oğlum Turan Talıbova “14 B” diaqnozu qoyulub. Bu diaqnoz qoyulan şəxslər hərbi xidmətə birmənalı olaraq yararsız sayılır. Ona görə də ürək problemi adı ilə oğlumu əsgərliyə göndərmək istəyirlər. Ancaq mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün. İdarə işçisi Namiq Orucov dünyasını dəyişib deyə yenidən komissiyadan keçmək tələbi düzgün deyil. Ona görə də müraciətimə müsbət cavab veriləcəyini gözləyirəm".
Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
|