Culfa rayon Dizə kənd sakini Əli Tağıyev bir aydan artıqdır ki, yaşadıqları ərazidə içməli su problemi ilə üz-üzə qaldıqlarını, lakin buna baxmayaraq əlaqədar qurum və şəxslərin heç bir tədbir görmədiklərini iddia edərək gileylənir.
"DİA-AZ" xəbər verir ki, narazı vətəndaş bununla bağlı yazır: "Kəndimizin içməli su problemi var. Əvvəllər kəndin yuxarı hissəsindən - "kaptaj" deyilən yerdən su gəlirdi.
İndi o da tam olaraq kəsilib. Kənddə olan artezian quyularının nasosları yanıb. Bir aydır gəlb düzəldən yoxdur.
Xahiş edirik biz sakinlərə kömək edin..."
Qeyd edək ki, vətəndaş şikayəti ilə əlaqədar fotoları da təqdim edib: