Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..
Tarix: 1-11-2024, 08:34 | Çap et
Goranboy sakini, rayonda sahibkarlıq fəaliyyətilə məşğul olan 68 yaşlı Məhəmməd Böyükkişiyev 8 aydır ki, həbsdədir. 10 gün əvvəl Goranboy Rayon Məhkəməsinin hakimi Taleh Mustafayev ona 2 il həbs cəzası kəsilməsi barədə hökm çıxarıb.
Lakin sahibkarın özü də, yaxınları da bildirir ki, bu hökm əsassızdır. Məhəmməd Böyukkişiyev deyir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə həbs olunub. Onun sözlərinə görə, səbəb Goranboyun Qızılhacılı qəsəbəsindəki şadlıq evində keçirilən vətəndaş qəbulunda icra başçısına iradlar bildirməsi olub.
“Onlara dedim ki, qoçusunuz?”
“O görüşdə başqa rayonların da rəhbər şəxsləri iştirak edirdi. 1000 nəfərə yaxın adam vardı. Orada dedim ki, Prezident hərənizə 3000 manatdan yuxarı maaş verir ki, xalqa xidmət edəsiniz, siz isə xalqı saymırsınız. Hətta həmin vaxt Qızılhacılı qəsəbəsi üzrə icra nümayəndəsi Elnur və icra başçısının müavini, işçiləri mənimlə qəbul keçirənlər arasında sədd çəkdilər. Buna etiraz elədim. Onlara dedim ki, “qoçusunuz?” Orada Qızılhacılı bələdiyyəsinin sədrinin əməllərindən, mənim başıma açdığı oyunlardan, torpağı əlimdən alıb, pula görə başqasına verməsindən danışdım”, – Məhəmməd Böyükkişiyev Goranboyda öz məhkəməsində bunları danışıb.
Yaxınları Meydan TV-yə danışır ki, Məhəmməd Böyükkişiyev icra başçısının bu qəbulundan bir gün sonra – martın 13-də saxlanılıb. İddia olunub ki, 68 yaşlı sahibkar torpaqla bağlı mübahisəyə görə Qızılhacılı bələdiyyəsinin binasında bələdiyyə sədri Səbinə Həsənovanı təhqir edib, stulu qoluna vurub, masanın üstündəki kitab-dəftəri, əşyaları dağıdıb.
Ona qarşı Cinayət Məcəlləsinin 188.3 (kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Məhəmməd Böyükkişiyev isə bildirir ki, bu ittihamlar əsassızdır. Yaxınlarının dediyinə görə, o, uzun müddət torpaq problemilə əlaqədar şikayət edib, lakin tədbir görülməyib. Bu üzdən martın 12-də icra başçısının vətəndaşlarla görüşündə ona kəskin şəkildə iradını bildirib, bələdiyyə sədri haqqında həqiqətləri çatdırıb. Ertəsi gün də prokurorluğa şikayətə gedəndə elə oradan polislər tutub aparıblar:
“Bələdiyyənin sədrinin qanunsuz hərəkətlərindən şikayət eləmək üçün Goranboy Rayon Prokurorluğuna gedib, prokurorla görüşmək istəyib. Bir az sonra prokurorluğun binasına polislər gəlib, onu tutub, şöbəyə aparıblar”.
“Dəfələrlə bələdiyyəyə müraciət etdi”
Torpaq probleminin konkret nədən ibarət olmasına gəlincə, ailə üzvləri deyir ki, Məhəmməd Böyükkişiyev 2018-ci ildə hərrac yolu ilə Qızılhacılı bələdiyyəsinə məxsus 2,8 hektar torpaq sahəsini alsa da, indiyədək ondan istifadə edə bilmir. Bununla əlaqədar keçmiş bələdiyyə sədrinə çoxsaylı müraciətləri nəticəsiz qalmışdı. Yeni sədr Səbinə Həsənovaya müraciətlər də nəticə verməyib. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı yerli ərazi idarəsinə üz tutub. Bu idarəyə müraciətindən sonra həmin idarənin əməkdaşları gəlib torpaq sahəsini ölçüblər. Məlum olub ki, “Qarağaclıq” zolağına düşdüyü üçün ona başqa yerdən torpaq sahəsi verilməlidir.
“Bununla əlaqədar dəfələrlə Qızılhacılı bələdiyyəsinin sədrinə müraciət elədi. Yenə də cavab verilmədi. Yəni yeni torpaq sahəsi verilməsi məsələsindən xəbər çıxmadı. Bir daha Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə üz tutdu, yenə oradan əməkdaşlar gəldi. Qızılhacılı bələdiyyəsinin mülkiyətinə aid 1,20 hektar torpaq sahəsinin ona verilməsi ilə bağlı dönmə nöqtələrini müəyyənləşdirdilər, akt tərtib elədilər. Bundan sonra, məlum oldu ki, həmin torpaq sahəsini başqa şəxs istifadə edir. Yenə də dəfələrlə bələdiyyəyə müraciət etdi…”, – ailə üzvləri deyib.
Bələdiyyə sədri Səbinə Həsənova isə məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən deyib ki, Məhəmməd Böyükkişiyevlə ədavəti, düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, sahibkar müxtəlif dövlət orqanlarına daim haqsız şikayətlər göndərirdi.
Bələdiyyə sədri iddia edib ki, Məhəmməd Böyükkişiyev martın 12-də icra başçısının vətəndaşlarla görüşü zamanı davranışı ilə orada iştirak edən şəxslərə qarşı hörmətsizlik edib.
O vurğulayıb ki, təqsirləndirilən sahibkar gəlib bələdiyyə binasındakı otağında masanın üstündəkiləri dağıdıb, özünə də xəsarət yetirib, nalayiq ifadələr işlədib. Buna baxmayaraq, ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir.
Hökumət də sahibkarın hüquqlarının pozulduğunu etiraf edib
Məhəmməd Böyükkişiyevin vəkili Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, müvəkkilinin 2 il azadlıqdan məhrum edilməsi barədə Goranboy Rayon Məhkəməsinin hökmünü ədalətsiz və əsassız hesab edir. Hökmdən apelyasiya şikayəti verəcək:
“Cinayət işinin materiallarında Məhəmməd Böyükkişiyevin təqsirsizliyini təsdiqləyən kifayət qədər faktlar var. Təkcə elə telefon zənglərini təhlil eləmək kifayət idi”.
Məhəmməd Böyükkişiyevə məxsus ikimərtəbəli ticarət obyektinin məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən sökülməsilə əlaqədar da bir neçə ildir ki, onunla icra hakimiyyəti arasında çəkişmə gedib. O, mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Həbsdə olduğu dövrdə – sentyabrda məlum olub ki, Azərbaycan hökuməti ərizəçiyə münasibətdə ədalətli araşdırma hüququnun pozuntusunu tanıyıb və işə yenidən baxılması barədə üzərinə öhdəlik götürüb. Həmçinin mənəvi zərərə görə 3600 avro, hüquqi yardıma görə 500 avro kompensasiya təklif edib.
“Pozuntu açıq-aşkar olanda üzv dövlət onu məhkəmədə mübahisələndirmir, yenidən baxılması barədə öhdəlik götürür. Sevindirici haldır ki, Azərbaycan höküməti də şikayətlərə baxılmasında bu metoda keçir. Ümid edək ki, işə təkrar baxılması formal olmayacaq”, – sahibkarın Avropa Məhkəməsində vəkili olmuş Əsabəli Mustafayev bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
|