Yarıcan Ağdamın üzü niyə gülmür? - TALAN VAR...
Tarix: 1-04-2016, 09:37 | Çap et
Ermənistanın işğalçılıq siyasəti nəticəsində 60 faizdən yuxarı ərazisini itirən Ağdam rayonu hal- hazırda ən çətin dövrlərini yaşayır. Dövlətin hər il ayırdığı milyonlarla vəsait rayon rəhbərliyi tərəfindən talan edilir. Ağdam rayonunda yerli məmurların rüşvətxorluqları və özbaşınalıqları sözün əsl mənasında ərşə dirənibdir. Rayonda işsizlik və oğurluq halları hər gün daha da çoxalır. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan vətəndaşların aldırları maaşların 30-40 faizi müəyyən adlar altında rayonun icra başçısı tərəfindən geri alınır. 2014-cü ildə dövlət rəhbərinin sərəncamı ilə Ağdama icra başçısı təyin olunan Raqub Məmmədov yerli əhalinin ona olan inamını yarıtmaz fəaliyyəti ilə sarsıtdı. Qlobal.az-ın redaksiyasına daxil olan məlumata görə, Ağdam rayonunun icra başçısı Raqub Məmmədov etdiyi maxinasiyalara rayonun bütün idarə müdirlərini cəlb edib. Deyilənə görə, falçılara Prezident Administrasiyasında çalışan müxtəlif vəzifə sahiblərinin "dilini-ağzını bağlatdıran” Raqub Məmmədov başlatdığı "büdcətalama” prosesində xüsusi canfəşanlıq edən rayon maliyyə idarəsinin rəisi Rəşad Məhərrəmovu isə özünə "şərik” edibdir. Raqub Məmmədovun heç bir sözündən çıxa bilməyən idarə rəisi onun "xeyir duası” ilə dövlət vəsaitlərini "əritməklə” məşğuldur. Məlumatda iddia olunur ki, Ağdam rayon Maliyyə şöbəsinin rəisi Rəşad Məhərrəmov Raqub Məmmədovla birlikdə ötən il 1 milyon manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Yoxsulluğun və səfalətin tüğyan etdiyi Ağdamda deyilənə görə, gecələr kafe və çayxanaların əksəriyyəti qumarxanalar kimi fəaliyyət göstərir. Rayon rəhbərliyinin bu qumarxanalardan xəbəri olsa da heç bir tədbir görülmür. Qlobal.az-a daxil olan məlumata görə, keçmiş MT naziri Eldar Mahmudovun adamı olan Raqub Məmmədov 2015-ci ildə rayonda açılan iş yerlərinin sayını şişirtmişdir. Rayonun yaşıllaşdırma idarəsində faktiki olaraq 10 nəfər adam çalışır. Rəsmi olaraq isə idarənin yüz nəfərdən artıq işçisi var. Quzanlı qəsəbəsinin mərkəzini iki hissəyə ayıran Heydər Əliyev prospektində yerləşən ticarət obyektlərinin sahiblərindən ildə iki dəfə (yaz və payıqda) abadlaşdırma adı altında pul toplanır. Raqub Məmmədov yolları necə "kəsib-doğrayır?" Ağdamda magistral, qəsəbədaxili və kəndarası yollarda aparılan təmir işləri rəsmi sənədlərdə real işdən çox göstərilmişdir. Belə ki, rəsmi sənədlərində göstərılən yolun uzunluqları reallığı əks etdirmir. (çəkilən yolun enindən ümumiyyətlə söz açılmır) Məlumatda deyilir ki, hal-hazırda Ağdam rayonunun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsinin Ağcabədi rayonu istiqamətindən giriş hissəsinə təxminən 1 kilometrə yaxın asfalt örtüyü döşənmişdir.
Deyilənə görə, başçı bu işi də özxoşuna etməyib. Belə ki, Ölkənin generalitet korpusunun cəbhəyə etdikləri mütəmadi səfərlərin birində bərbad yollara görə, Raqub Məmmədovu danlayandan sonra tez bir zamanda başçı yola "əl gəzdirib”. Məlumatda daha sonra qeyd olunur ki, rayonda baş verən maxinasiyalardan biri də tikinti sahəsindədir. Rayon ərazisində aparılan tikinti işlərində zillət içərisində yaşayan yerli sakinlərdən heç biri işləyə bilmir. Raqub Məmmədovun qaranlıq tenderləri nəticəsində rayonda tikinti işlərini aparan şirkətlər bütün işçilərini kənardan gətirir. Rayon ərazisində tikilən qəsəbələrdə ağdamlı köçkünlər yalnız günəmuzd olaraq 8-10 manata fəhlə kimi çalışmışdır.
Məlumatda daha sonra deyilir ki, rayonda inşası davam etdirilən tikinti işləri Raqub Məmmədov tərəfindən yeyinti məqsədi ilə qəsdən uzadılır. Ağdamda ən acınacaqlı mənzərə isə maddi durumlarının ağırlığından hər gün məktəbli uşaqların və qadınların maşınların kuzovlarında qonşu Ağcabədi, Bərdə, Tərtər rayonlarının əkin sahələrinə 6-10 manat müqabilində işləməyə getmələridir. Başçı, yoxsa "makler”? Daha sonra qeyd edilir ki, Çəmənli və Evoğlu kəndlərində yeni tikilib istifadəyə verilmiş uşaq bağçalarının tikintisində, Üçoğlan və Xındırıstan kəndlərinin məktəblərinin təmirində yüzminlərlə dövlət vəsaiti Raqub Məmmədov tərəfindən talan edilmişdir. Ağdam rayonu ərazisində dövlət tərəfindən məcburi köçkünlər üçün inşa edilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan evlərin qeyri- qanuni satışından da Raqub Məmmədova "haqq” çatır. Satışı dövlət tərəfdən qadağan olunan bu evlərin qiymətləri ərazilərinə görə dəyişir. Ən çox ev alveri Quzanlı, Bənövşələr və "Dördyol” adlanan ərazılərdəki qəsəbələrdədir. Burada qiymət otaqların sayından və kvadratmetrlərindən asılı olaraq 8 – 25 min manat arasında dəyişir. Hər bir evin qeyri-qanuni alqı-satqısından Raqub Məmmədova çatacaq rəqəm isə 1500-4000 manat arasında olduğu deyilir. Alınan pulları isə icra başçısına icra hakimiyyətinin yerlərdəki nümayəndələri çatdırırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|