Qəbələ rayonu Ağdaş icra başçısının girovluğunda? - İDDİA
Tarix: 3-05-2016, 08:46 | Çap et
Cumhuriyyət. az olaraq Qəbələ rayonundan şikayətçilərin elektron poçtumuza göndərdikləri şikayət dolu məktubları dəfələrlə dərc etməyimizə baxmayaraq, burada məmur qudurğanlığı hər ötən gün artmaqdadır. Əslində insanların istədikləri hər bir kəsə gün kimi aydındır. Qəbələ insanı vəzifə davası etmir. Qəbələ insanı iş istəyir, ailə-uşağına davamlı çörək istəyir. Qəbələ insanı məmurlardan tələb edir ki, onun haqqına girməsinlər. Qəbələ insanı ailəsinin çörəyini əlindən alaraq haram yolla varlanıb, hər gün onu əzən, harın həyat sürən, kasıbların bədbəxtliyi üzərində öz xoşbəxtliyini quran məmurlara qarşı sivil qaydada öz etirazını bildirir. Bəs əvəzində nə ilə qarşılaşır? Burada insanlar istənilən an şərlənərək həbs oluna və külli miqdarda cərimələnə bilərlər. Çünki mövcud ölkə qanunları Qəbələ rayonunda işlək vəziyyətdə deyil. Burada məmurların iradəsi qanunlardan yüksəkdə dayanır. Rayon isə bütünlüklə bir sıra məmurların girovluğundadır. Rayonun kuratoru sayılan nazır Kəmaləddin Heydərovun yaxın qohum-əqrabası rayondakı ən gözəl yerlərə sahibdirlər. Daha dəqiq desək Qəbələ rayonu yalnız hörmətli nazirimizin yaxınları üçün mövcuddur. Qəbələ rayonundan cumhuriyyət. az olaraq elektron poçtumuza gələn növbəti informasiyanı dəyərli izləyicilərimizin diqqətinə təqdim edirik. Adının məxfiliyini qorumaq şərti ilə redaksiyamıza informasiya göndərən kiçik məmur, bunları yazır: “Bakı-Şəki avtomobil magistralının Qəbələ rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına dövlət parkında, yeddi ədəd çayxana və restoran kimi fəaliyyət göstərən obyektlər Gilan holdinqə məxsus imiş. Bu obyektlər Qəbələ rayonunun sabiq icra başçısı, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun qohumu, hazırda Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovundur. Tofiq İbrahimov Qəbələ rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində çalışdığı müddətdə bu obyektləri icarəyə verib. Sabiq başçı bu obyektləri ən yaxın qohumlarına icarəyə verib. Hazırda həmin obyektləri istifadə etməyən, sabiq başçının qohumları, buraları başqalarına icarəyə veriblər. Hər bir obyekt min manata (1000) manata icarədarlara icarəyə verilib. Hazırda həmin məbləğin dörd yüz manatı (400) gilan holdinqə, yerdə qalan altı yüz (600) manatı isə sabiq başçının özünə yaxud yaxın qohumlarının cibinə getdiyi bildirilir. Biz Qəbələ əhalisini bir sual düşündürür. Niyə dövlət parkının ərazisindəki obyektlərdən əldə edilən maliyyə vəsaitləri dövlət büdcəsinə deyil, şəxsi adamların korporativ maraqlarına xidmət etməlidir? Məgər Qəbələdə həllini gözləyən problemlər yoxdumu? Olmazmı ki, bu vəsaitlər hesabına rayonda hansısa problem həll olunsun? Məgər Qəbələ Tofiq İbrahimov və onun yaxınlarının girovluğuna verilib? Tofiq İbrahimov Qəbələni talan etdi, sonra Lənkərana getdi. Oranı da talan edib, indi Ağdaşa keçib. Hazırda Ağdaş rayonu onun əlindən cana yığılıb. Niyə heç kəs sadə, imkansız Qəbələ insanını düşünmür? Qəbələnin hazırki icra başçısı Səbuhi Abdullayev bir neçə dəfə yaxın ətrafının yanında deyib ki, Tofiq İbrahimovun nə özü ilə, nə də ki, qohumları ilə bacara bilmir. Həmin obyektlər hazırda şəhərin işıqlandırılması adı ilə, rəsmiləşdirilərək aylıq işıq pulu rayon büdcəsindən tutulur. Baxın Qəbələdə dövlət büdcəsinin talan edilməsinə dair daha bir sübut”. Redaksiyadan: Yazıda adları keçən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazır olduğumuzu bildiririk.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|