Havar Məmmədov rəsmən oliqarx imiş... - İDDİA
Tarix: 20-06-2016, 08:55 | Çap et
Bir neçə gün əvvəl Azərbaycan Texniki Universitetində (AzTU) baş verənlərlə bağlı geniş məlumat vermişdik. Həmin yazıda Havar Məmmədovun tələbələrdən imtahanlar üçün pul yığılmasına göstəriş verdiyindən, keçid balı üçün tələbələrdən 200 manat alındığı, rektorun böyük biznesə girişdiyini, ləğv olunmuş MTN-in keçmiş generalları ilə əlaqələri, prorektor Namiq Məmmədovun MTN-lə əlaqələndirici funksiyası, habelə Çovdarovun əlinə keçməsi və 3 milyon dollar ödəmək məcburiyyətində qalmasından bəhs etmişdik. JAM.AZ bu dəfə Havar Məmmədovun başqa məziyyətlərini ortalığa çıxarıb.
Quyunu qazan başqası, adı çıxan rektor…
Qeyd edək ki, AzTU-nun rektoru Havar Məmmədovun maddi imkanları həddindən artıq genişdir. Onun böyük resurslara məhz universitet sayəsində sahibləndiyi də sirr deyil. JAM.AZ xəbər verir ki, dekanlar və prorektorların əliylə gördüyü işlərdən dolayı ortaya çıxan mənzərə isə daha fərqlidir. Bildirək ki, Havar Məmmədov bir zamanlar İmişlidən Milli Məclisə deputat seçilib. Həmin dönəmlərdə «kasıb» vaxtları olduğundan rayon üçün tutarlı heç bir iş görməyib. Əslində, hər hansı bir iş görmək istəyi də olmayıb. Çünki AzTU-nun rektoru boş yerə pul xərcləməyi sevmir. Onunku pul qoyub, pul götürməkdir. Biznesdəki kimi… JAM.AZ xəbər verir ki, İmişlidə günlərin birində xəbər yayılır ki, Havar Məmmədov bəzi susuzluqdan əziyyət çəkən kəndlərin sakinləri üçün quyu qazdırır. Artezian quyularını qazan maşınlar da həmin kəndlərə gəlir və işlərini görüb gedirlər. Bir xeyli müddət camaatda o təsəvvür olur ki, Havar Məmmədov bu quyuları öz imkanları hesabına qazdırıb. Lakin bir qədər sonra aydınlaşır ki, məsələdə Havar Məmmədovun yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Quyuları qazan isə Nazirlər Kabinetinin qərarıyla Su və Meliorasiya QSC olub. Bildirək ki, Havar Məmmədovun məsələdə adının hallanması təsadüfi olmayıb. Bunu keçmiş deputatın, indiki rektorun ətrafındakı adamlar ediblər. Onlar hamam suyu ilə dost tutmağa çalışsalar da, alınmayıb. Yəni, quyular dövlət hesabına qazılıb, deputatın adamları isə onu Məmmədovun adına çıxarmaqla reklam etmək istəyiblər. O da alınmayıb…
Xocahəsəndə dəmir zavodunun «sirri»
JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, Havar Məmmədovun böyük biznes şəbəkəsi var. Həmin şəbəkənin işlədilməsi isə universitetin inzibati təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəyevə tapşırılıb. Ona görə ki, Mirzəyev həm biznes sahəsində bacarıqlıdır, həm də rektorun qohumudur. Qeyd edək ki, araşdırmalar zamanı Havar Məmmədovun zavodlarından biri aşkarlanıb. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir. JAM.AZ xəbər verir ki, həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir. Belə ki, bu yaxınlarda bir neçə fəhlə məhz təhlükəsizlik qaydalarına riyayət etmədiləri üçün xəsarət almalı olublar.
4 milyonluq villa
Ötən yazılaramızda AzTU-nun rektoru Havar Məmmədovun villalara sahib olması barədə məlumat vermişdik. Bildirmişdik ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. JAM.AZ-ın araşdırmaları və axtarışları nəticəsində Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər Əliyev Məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villasını fotolentə ala bilmişik. Ərazidə yaşayan şəxslərdən, habelə tikintidən xəbəri olan şəxslərdən öyrəndiklərimizdən belə məlum olub ki, həmin villanın inşasına ən azı 4-5 milyon manat vəsait xərclənib. Hər halda Havar Məmmədovun bu qədər pulu hardan qazandığı sualını verməyə gərək yoxdur.
P.S. AzTU-nun rektorunun oğlunun Ədliyyə Nazirliyinin Hospitalına necə gedib çıxması, kürəkəninin hansı işlərlə məşğul olduğu, habelə rektorun dekanlara son günlər hansı təlimatları verdiyi barədə də yaxın günlərdə araşdırmamızı oxuyacaqsınız. Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|