Bu gömrük idarəsində özbaşınalıqdır... - Şəhid ailəsini incidirlər
Tarix: 31-08-2016, 08:27 | Çap et
Ölkə mətbuatının səhifələrində Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” gömrük keçid məntəqəsində, eləcə də bu məntəqənin tabeliyində fəaliyyət göstərdiyi Tovuz Gömrük İdarəsində yaşanan müxtəlif problemlərdən, yer almış rüşvət və korrupsiya hallarından bəhs edən bir neçə tənqidi materiallara kifayət qədər tez-tez rast gəlmək olur. Təqdim etdiyimiz yazılarda biz də dəfələrlə xüsusi olaraq belə bir məqamı vurğulamışıq ki, bəzi hallarda “Qırmızı körpü” gömrük keçid məntəqəsində cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycan dövləti tərəfindən həyata keçirilən daxili siyasətə xələl gətirmək niyyətini büruzə verir. Məlum olduğu kimi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda bu idarənin də fəaliyyətində bəzi müvəqqəti dəyişikliklər həyata keçirildi. Təəssüflər olsun ki, bu dəyişikliklərin yeganə məqsədi rüşvətin tamamilə yığışdırıldığı barədə görüntü yaratmaq idi və buna qismən nail olundu. Lakin bu “mütərəqqi islahatlar” sadəcə az bir müddət davam etdi. Qısa bir vaxtdan sonra isə, gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları, eləcə də sadə vətəndaşları soyub-talamaq əməliyyatları yenidən bərpa olundu. Bu gün də redaksiyamıza daxil olan məlumatlarda Tovuz Gömrük İdarəsinin tabeliyində olan gömrük keçid məntəqələrində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. Həmçinin aldığımız açıqlamaların bir çoxunda vətəndaşlar hazırda Tovuz Gömrük İdarəsinin bərbad fəaliyyətini şərtləndirən əsas amillərdən ən başlıcası kimi, məhz Mehman Sadıqovun yarıtmaz idarəçilik üsullarını qeyd edirlər.
Həmçinin Ağstafa rayonu, Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış şikayət teleqramının dünən redaksiyamıza təqdim olunmuş mətn surətində də, yuxarıda göstərdiyimiz məqamlar bir daha öz təsdiqini tapır. Öz şikayətində Vahid Eyyubov bir daha “Qırmızı körpü” gömrük keçid məntəqəsinin fəaliyyətində qabarıq formada müşahidə olunan ciddi nöqsanlardan bəhs edir. Dövlət başçısına ünvanladığı teleqramda Vahid Eyyubov göstərir ki, o, öz ailəsinin dolanışığını özünə məxsus olan 05 BC 388 nömrə nişanlı QAZ 53 markalı avtomobilin istismarı ilə təmin edir. Daha sonra şikayətçi “Qırmızı körpü” gömrük keçid məntəqəsində rastlaşdığı özbaşınalığın təfərrüatlarını belə təsvir edir: “Mən 24 avqust 2016-cı il tarixdə təmənnasız olaraq, şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızının Gürcüstan Respublikasının Lilo bazarından qızı üçün aldığı cehizlik ev əşyalarını, həmçinin Məhərrəm və Nurlan adlı şəxslərin şəxsi istifadə üçün aldıqları məişət əşyalarını sənədləri ilə birlikdə öz maşınımla Qazax rayonunun ərazisində yerləşən “Sınıq körpü” (“Qırmızı körpü” – red.) kömrük məntəqəsinə gətirdim. Maşınımda hər bir vətəndaşın adına məxsusi sənədlərlə birlikdə bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd tozsoran vardı. Rəis Mehman Sadıqovun göstərişi əsasında mənə məxsus olan avtomobili “Sınıq körpü” məntəqəsində möhürləyib saxlayıblar. Halbuki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaşın xarici ölkədən şəxsi istifadə üçün 1500 (min beş yüz) dollar dəyərində əşya alıb gətirə bilər. Mehman Sadıqov özü bilərəkdən 305 saylı qərarın əksinə gedərək bizi incidir...” Göründüyü kimi, gömrük məmurlarının bu dəfəki özbaşınalıqlarından sadəcə bir nəfər deyil, eyni vaxtda bir neçə vətəndaşın hüquqları pozulmuşdur ki, bunların da arasında şəhid ailəsinin olması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Bundan sonra, Vahid Eyyubov tamamilə haqlı olaraq, Mehman Sadıqovu ölkənin gömrük qanunlarını özünün və yaxınlarının maraqları tələb etdikdə, çox rahatlıqla pozduğu halları da diqqət mərkəzinə çəkir. Bu xüsusda teleqramda deyilir: “Rəis Mehman Sadıqov bir neçə ay bundan öncə kürəkəni, növbə rəisi Kamil müəllimə havadarlıq edərək, Gürcüstan Respublikası ilə sərhəddən bir avtobus pampersi sənədsiz olaraq Azərbaycana buraxdırmış və pulunu alıb cibinə qoymuşdur. Bəs Mehman Sadıqov niyə həmin avtobusu da möhürləyərək saxlamayıb? Onun kürəkəni Kamil müəllim işdən azad olunsa da, hələ də məsuliyyətə cəlb olunmayıb. Mehman Sadıqov şəhid ailəsi və digər vətəndaşları cehiz və şəxsi istifadə üçün gətirdikləri məişət əşyalarını sərhəddə saxlamaqla ağlatmağı, süründürməyi, incitməyi özünə hünər bilir...”
Eyni zamanda da redaksiyamıza Vahid Eyyubovun şikayət teleqramında adlarını çəkdiyi vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətlərin surətləri də təqdim olunmuşdur. Belə ki, Ağstafa rayonu, M.Allahverdiyev küçəsi, ev 64 ünvanında yaşayan şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızı, eləcə də Ağstafa rayonu, Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm Abdulla oğlu və Əsgərli Nurlan Nəsimi oğlu tərəfindən imzalanmış şikayət ərizəsində də Vahid Eyyubovun təqdim etdiyi faktlar tamamilə təsdiq olunur. Şikayətdə deyilir: “Mən, şəhid ailəsi Qurbanova Ofelya və Ağstafa rayonu Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm, Əsgərli Nurlan, yol xərcimiz az olsun deyə, birləşərək Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlundan xahiş etdik ki, ona məxsus olan 05 BC 388 nömrə nişanı olan QAZ-53 markalı maşınla bizə kömək etsin. O da sözümüzü eşitdi və təmənnasız olaraq 24.08.2016-cı il tarixdə bizi məişət əşyaları almaq üçün Gürcüstan Respublikasının LİLO bazarına apardı. Biz aldığımız əşyaların adlarını və qiymətlərini ərizəmizə əlavə edirik:
Qurbanova Ofelyanın aldığı əşyalar:
1.Soyuducu RT 32 FAJBDW/WW.SAMSUNQ (1 ədəd)-395 dollar,
2.Paltaryuyan LGF-10 BBQDT 25 (1 ədəd)-365 dollar,
3.Televizor LG 43 LH 604 V (1 ədəd)-550 dollar,
4.Tozsoran LGVK 70363 N (1 ədəd)-72 dollar,
Cəmisi: 1382 dollar.
Əsgərli Nurlanın aldığı əşyalar:
1. Soyuducu RT 32 FAJBDSA /WT.SAMSUNQ (1 ədəd)-415 dollar,
2.Paltaryuyan LGF-10 BBQDT 25 (1 ədəd)-365 dollar,
3.Televizor LG 43 LH 570 V (1 ədəd)-485 dollar,
4.Tozsoran LGVK 70363 N (1 ədəd)-72 dollar,
Cəmisi: 1337 dollar.
Rzayev Məhərrəmin aldığı əşyalar:
1. Soyuducu RT 46 H5340 Sİ /WT.SAMSUNQ (1 ədəd)-700 dollar,
2.Paltaryuyan SHARP (1 ədəd)-375 dollar,
4.Tozsoran VCC 4760 H 33/XEV (1 ədəd)-88 dollar,
Cəmisi: 1163 dollar.
Biz, 24.08.2016-cı il tarixdə Gürcüstandan qayıdan zaman Qazax Rayon “Sınıq Körpü” gömrük məntəqəsində növbə rəisi Səid müəllimə aldığımız malların sənədlərini təqdim etdik. O, bizim təqdim etdiyimiz sənədlərin saxta olduğunu bildirərək onları qəbul etmədi. O, bizdən soruşdu ki, nə üçün bütün əşyaları bir maşınla eyni vaxtda gətirirsiniz, bir-bir ayrı-ayrı maşınlarla gətirmirsiniz? Biz ona dedik ki, xərcimiz az olsun deyə birləşib bir maşın tutmuşuq. Doğrudanmı o, başa düşmür ki, bu yolla gətirilən əşyanın yol pulu onun özündən çox olar? Cavabında o, bizi incidərək 5-6 saat kömrük məntəqəsində saxladı, sənədlərimizi üstümüzə ataraq maşınımızı möhürlədi və bildirdi ki, kimə istəyirsiniz şikayət edin, mən bu maşını və malları buraxmayacağam. Biz də məcburiyyət qarşısında sizə müraciət etdik. Xahiş edirik ki, bizə kömək edəsiniz”.
Göründüyü kimi, Tovuz Gömrük İdarəsində baş verən çeşidli neqativ hallara dair bizimdovr.az-a daxil olan məlumatların ardı-arası kəsilmir. Mehman Sadıqov isə, rəhbərlik etdiyi idarədə həyata keçirilən müxtəlif “əməliyyatlardan” əldə etdiyi gəlirləri hesabına hələ də öz şəxsi sərvətini artırmaqda davam edir.
Qarşı tərəfin də münasibətini öyrənə bilərik.DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|