““Siyəzənneft”dən 30-a yaxın qadın ixtisar olunub” - İDDİA
Tarix: 24-03-2021, 09:27 | Çap et
“10 ilə yaxındır “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində işləyirəm. Fevralda tutduğum vəzifənin ixtisara düşdüyünə dair bildiriş aldım və işdən çıxdım. Dedilər ki, iş olan kimi xəbər verəcəklər, hələ də gözləyirəm. Evdə yalnız mən işləyirdim, bunu da nəzərə almadılar”.
Bunu “Siyəzənneft” NQÇİ-nin adının açıqlanmasını istəməyən qadın əməkdaşı bildirib. O deyib ki, proqrama qoşulub və şikayət edəcəyi təqdirdə gələcəkdə neft sahəsində iş tapa biləcəyinə əmin deyil. Çünki şikayət edənlərin müxtəlif bəhanələrlə incidildiyinin dəfələrlə şahidi olub.
“NQÇİ-də mənimlə yanaşı 30-a yaxın qadın ixtisar olunub. Onların aralarında uzun illərdir neft sahəsində çalışanlar, tək övlad böyüdənlər də var. Bizi işdən çıxmaq üçün ərizə yazmağa məcbur etdilər, çünki əks halda əməkhaqqının 50 faizini də ala bilməyəcəkdik”.
İşçi deyib ki, dövlət neft şirkətində çalışanlar arasında öz hüquqlarını bilənlər çoxdur, amma şirkətin yazılmamış qanunları, bir də iş tapmaq problemi var. Bu da onların əl-qolunu bağlayır. “Bakıdan fərqli olaraq rayonlarda iş tapmaq çətindir. Uşaqlara baxmaq üçün mağazada satıcı işi üçün müraciət etdim, cəmi 180 manat maaş təklif etdi. Dövlət Neft Şirkəti heç olmasa tək anaları, yaşı 45-dən yuxarı olanlara güzəşt etməlidir”.
“Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində ümumilikdə, 300-dən çox əməkdaşın ixtisar olunduğu bildirilir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, işçilərin bəziləri üzərində tarix qeyd edilməmiş sənədə imza atıb:
“Dövlət Neft Şirkətində ümumilikdə 5 min işçi ixtisar edilir. İxtisarlar zamanı qanun pozuntuları ilə bağlı hər gün təşkilata şikayətlər daxil olur. “Siyəzənneft” NQÇİ- də ixtisarlar zamanı ədalətsizliyə yol verilir. Ancaq tək bu NQÇİ-də deyil, digər şirkətlərdə də qadınlar, təqaüd yaşına az qalmış yaşlı işçilər işdən çıxarılır, hansı ki onların digər sahələrdə iş tapması çətindir”.
Mirvari Qəhrəmanlının sözlərinə görə, ixtisarlarla bağlı narazılıq çox olduğundan başqa bir vasitəyə əl atıblar. Belə ki, müəssisələrdə hüquqi şəxs dəyişib, yəni ixtisara salınmayan işçilərlə NQÇİ-lər deyil, “Azneft” İstehsalat Birliyi 1 illik əmək müqaviləsi bağlayır. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, daimi iş yerləri üçün müvəqqəti əmək müqaviləsi bağlana bilməz: “Bir ildən sonra həmin şəxslər müqavilə müddətinin bitməsi adı ilə rahatlıqla işdən uzaqlaşdırılacaqlar. Biz neftçiləri də xəbərdar etmişik, müddətli əmək müqaviləsi müvəqqəti işlər üçün bağlanır. ARDNŞ dövlət müəssisədir. “Azneft” İstehsalat Birliyi strukturuna daxil olan idarə və müəssisələrdə işəgötürənin (yəni hüquqi şəxsin Azneft İB olması ) dəyişilməsi ilə əlaqadar işçilərin əvvəlki işəgötürənlə (NQÇİ rəisi) bağladıqları əmək müqaviləsinə olunmuş “Əlavədə” müqavilə müddəti 1 il göstərilir. İşçilər bu müqaviləyə qol çəkməyə məcbur edilirlər. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 43.1. 4., 45.1.3.4., 46.6. 47 maddələri pozulur. Bu da bir ildən sonra hər hansı bir işçinin rahatlıqla işdən çıxarılması üçün səbəb ola bilər. Neft sahəsində çalışanlar müqaviləni imzalamadan düşünməlidirlər. Əks halda gələcəkdə işdən çıxarılarkən hüquqları müdafiə etmək çətin olacaq”.
Dövlət Neft Şirkətindən isə Meydan TV-yə bildiriblər ki, şirkətin idarə və müəssisələrində kütləvi ixtisarlar aparılmır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
|