"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                 

Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Tarix: Bu gün, 00:35 | Çap et
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir?
Moskva, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı əldə olunan irəliləyişi alqışlayır və bu prosesə lazımi dəstəyi göstərməyə hazırdır. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli işçi qrupunun işini şərh edərkən bildirib.

“Biz hər zaman bu cür təmasları və birgə işi dəstəkləmişik. Çünki bu, regionda sabitliyə töhfə verəcək. Biz öz tərəfimizdən həmişə təklif etmişik ki, bu prosesə dəstək verək. Rusiyanın müvafiq kartoqrafik materialları var və onları tərəflərin sorğusu əsasında təqdim edə bilərik”, - deyə o bildirib.

Overçuk əlavə edib ki, Rusiya qonşuları, o cümlədən Azərbaycanla bu sahədə böyük təcrübəsi olduğundan məsləhət formasında yardım da göstərə bilər.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədi ilə bağlı “çox konstruktiv” iş aparılır.

Overçuk xatırladıb ki, sərhəd məsələləri ilə də məşğul olan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Azərbaycanın baş nazir müavini Şahin Mustafayev məhz üçtərəfli komissiyanın işi sayəsində tanış olublar. “Mən bilirəm ki, onlar arasında yaxşı işgüzar əlaqə yaranıb və bu, çox böyük nəticədir. Xüsusilə də nəzərə alsaq ki, iki ölkə arasında hələ diplomatik münasibətlər yoxdur və sülh müqaviləsi imzalanmayıb”, - deyə Rusiya baş nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər ki, bu da regionda sabitliyə töhfə verir.

Overçuk vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli işçi qrupun fəaliyyəti formal olaraq dayandırılmasa da, hazırda əməkdaşlıq ikitərəfli formatda davam edir. “Biz bu mövzuda vaxtaşırı ünsiyyət qururuq, lakin artıq üçtərəfli formatda yox, birbaşa təkbətək danışıqlar aparılır. Mənim həmkarlarım sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya çərçivəsində müntəzəm olaraq görüşürlər. Orada çox böyük və yaxşı irəliləyiş əldə olunub”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya komissiyası vasitəsilə fəal işləyirlər, artıq sərhədin bir hissəsində işləri uğurla yekunlaşdırıblar və prosesi Gürcüstanla sərhəddən başlayaraq şimaldan cənuba doğru davam etdirmək barədə razılığa gəliblər.

Əlbəttə, Overçukun bu cür xoş qiymətləndirməsi və arzuları üçün ona təşəkkür düşür. Amma deyəsən, bu bəyanatlar Rusiyanın prosesə yenidən daxil olmağa çalışması məqsədilə verilir? Bəli, bundan əvvəl üçtərəfli format olub, lakin son vaxtlar Bakı və İrəvan bütün məsələləri birbaşa müzakirə etməyi üstün tuturlar. Moskvanın Cənubi Qafqaz üzərində nəzarəti itirmək istəmədiyi açıq-aşkardır və bu, onu qane etmir.

İstisna deyil ki, Overçuk Azərbaycan və Ermənistana Rusiyanı yenidən sərhəd danışıqlarına cəlb etməyin vacibliyini aşılamaq üçün Kremldən xüsusi göstəriş alıb. Amma Moskva bunu indiki şəraitdə bacara bilərmi? Rusiyanın məqsədinə nail olmaq üçün adları çəkilən ölkələrə təzyiq göstərmək imkanları hələ qalırmı?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Ekspert bildirir ki, Rusiya Cənubi Qafqazda öz təsir gücünü xeyli itirib. “Gürcüstanla münasibətlərin müəyyən qədər istiləşməsinə baxmayaraq, hələ də iki ölkə arasında diplomatik əlaqələr qurulmayıb. Antiterror əməliyyatından sonra Rusiyanın hərbi kontingenti Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Son təyyarə qəzasından sonra Rusiya tərəfinin sərgilədiyi qeyri-adekvat reaksiya isə Bakı ilə Moskva arasındakı münasibətləri daha da gərginləşdirdi. Ermənistan isə açıq şəkildə Qərbyönlü siyasət yürüdərək Kremlə meydan oxuyur və Rusiyanı bütün sahələrdə zəiflədərək onun təsir dairəsini daraldır. Rusiya sərhədçilərinin Ermənistanın dövlət sərhədlərindən çıxarılması, İrəvanın KTMT çərçivəsində fəaliyyətini dondurması, ABŞ ilə strateji tərəfdaşlıq xartiyasının imzalanması, Avropa İttifaqına qoşulmaq üçün referendumun hazırlanması və baş nazir Nikol Paşinyanın son ABŞ səfəri Moskvanın bölgədəki təsirinin azalmasının açıq göstəriciləridir”, - deyə ekspert vurğulayır.

Onun sözlərinə görə, Kreml mövcud vəziyyəti anlayır, lakin təzyiq göstərmək imkanı xeyli zəiflədiyindən prosesə təsir etmək imkanları olduqca məhduddur. “Bu səbəbdən də, Overçuk sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiyanın artıq yalnız məsləhətçi qismində “kartoqrafik dəstək” göstərə biləcəyini bildirir. Moskva etiraf edir ki, Azərbaycan və Ermənistan müstəqil şəkildə ikitərəfli görüşlər keçirməyə üstünlük verir. Rusiya bu məsələdə son güllələrini atır, lakin onların hədəfə dəyəcəyinə şübhəsi var.

Ukrayna müharibəsinin həlledici mərhələsində Rusiyanın Cənubi Qafqazdakı real təsiri son dərəcə zəifləyib. Sanksiyalar altında boğulan Rusiya üçün Cənubi Qafqaz bir növ nəfəsalma mənbəyidir. Mövcud şəraitdə bu regionun itirilməsi Rusiya üçün fəlakətə bərabərdir. Məhz buna görə də, Rusiya baş nazirinin müavini ehtiyatlı və diplomatik dillə ölkəsinin xidmətlərini təklif edir. Lakin nə Azərbaycana, nə də Ermənistana sərhəd məsələsini Rusiyanın “kartoqrafiyası” ilə həll etmək lazımdır”, - deyə ekspert vurğulayır.

Eyni zamanda, o qeyd edir ki, Rusiyanın təsir və təzyiq imkanlarının tamamilə tükəndiyini söyləmək də düzgün olmazdı. “Moskvanın Ermənistana qarşı iqtisadi, hərbi və siyasi təzyiq rıçaqları hələ də qalmaqdadır. İqtisadi baxımdan Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması və Lars nəqliyyat dəhlizinin bağlanması ölkə üçün ciddi problemlər yarada bilər. Rusiyanın Ermənistana qaz və digər enerji resurslarının tədarükündəki üstün mövqeyi, həmçinin dəmir yolları və strateji obyektlər üzərində nəzarəti hələ də onun əlində güclü rıçaqlar kimi qalır. Bundan əlavə, Rusiya ilə hava əlaqəsinin dayandırılması Ermənistanda daxili gərginliyi artıraraq, Paşinyan hökumətinin devrilməsinə gətirib çıxara bilər.

Bununla belə, Ermənistanın siyasi səhnəsində Paşinyanın yerinə keçə biləcək, Rusiyayönlü və eyni zamanda güclü ictimai dəstəyə malik siyasi fiqur görünmür. Ona görə də, hazırkı şəraitdə Rusiyanın Cənubi Qafqazda ciddi dəyişikliklər etmək imkanları son dərəcə məhduddur”, - deyə İlham İsmayıl fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru