“Açıq deyirlər ki, arxamızda Ağstafanın deputatı Nizami Cəfərov dayanır, əliniz hara çatır, gedin” - NARAZILIQ!
Tarix: 27-03-2021, 09:55 | Çap et
“Deyirlər, burda bizik, Bağdadda kor xəlifə… Adamların torpaqlarına girirlər, istədikləri yerləri zəbt edirlər, traktor salırlar, əkirlər, biçirlər, etiraz edənə də deyirlər, səni bir gecədə yox eləyərik”.
Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov Meydan TV-yə danışır ki, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə – Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib.
Şikayətçi deyir ki, bununla kifayətlənməyən Hacıyevlər onun da torpağına keçərək bir hisəsində taxıl əkməklə torpağı zəbt ediblər. Bu da yetməz kimi, Hacıyevlər öz icarələrində olan torpağa gedən yolu da zəbt edərək taxıl əkiblər. Əvəzində isə Hüseyn Hüseynovun yonca sahəsindən öz torpaqlarına yeni yol açıblar. Bu isə kəndlinin öz torpağından istifadə etməsinə əngəl yaradıb.
“4 il torpağımı əkib, məhsul topladılar”
“Torpaqlarımız yanaşıdır, 4 il idi ki, sahəmizin bir hissəsini də öz sahələrinə qatıb taxıl əkirdilər, məhsul götürüb, pul qazanırdılar. Bizə sanki gözdağı verirdilər. Nəhayət, ötən il əkdikləri taxılı özüm biçdim, daha doğrusu, məhsulu yarıya kimi toplamışdılar, dirəndim, sona qədər toplamağa imkan vermədim, özüm biçdim. Böyük mübahisələrdən sonra torpağımın həmin hissəsindən əl çəkdilər. Əvəzində isə öz torpaqlarına gedən yolu da ələ keçirib taxıl əkdilər. Sonra isə traktoru mənim sahəmdən saldılar, öz torpaqlarına yol düzəltdilər. Açıq -aşkar deyirlər ki, arxamızda Ağstafanın deputatı Nizami Cəfərov dayanır, əliniz hara çatır, gedin… Qalmışıq rayonun 3-5 keçmiş və indiki məmurlarının əlində… İcra hakimiyyətinə şikayət edirik, qarşı tərəfi haqlı çıxarırlar”, – Hüseynov danışır.
“Polisə deyirəm, ölümlə hədələnirəm, soruşur ki, sübutun var?..”
Hüseyn Hüseynov deyir, pay torpağına gedərkən qarşı tərəflə rastlaşanda hədələnir:
“Hədələr barədə DİN 102 Xidmətinə dəfələrlə məlumat vermişəm. Polis gəlir, guya araşdırır, deyirəm:
“Məni hədələyirlər, deyirlər, gecəylə yox edərik səni”. Polis deyir: “Sübutun var?” Deyirəm, mən öz pay torpağıma gedəndə yanımda əlavə adamlar gəzdirməliyəm ki, onlar mənə bunu deyəndə şahidlik eləsinlər?”
“Saxta kadastr sənədi alıb”
“Heydər Əliyev o torpaqları kəndlilərə payladı ki, acından ölməsinlər, ancaq keçmiş, indiki məmurlar imkan vermirlər ki, yoncamızı əkib, başımızı saxlayaq. Kasıb oğlanam, atam, anam keçmiş müəllimlərdir, hazırda pensiyaçıdılar. Azyaşlı övladım var, işsizlikdir, valideynlərimin pensiyasıyla dolanmağa məcburam. Olan-qalanımız pay torpağıdır, orda da halallıqla əkib, məhsul götürməyə imkan vermirlər. Bu gün yolu zəbt edib, taxıl əkib, mənim torpağımdan yol açan adamın qarşısını almasam, sabah yavaş-yavaş torpağımın qalan hissəsini də zəbt edəcək. Ən pisi də odur ki, bunlar zəbt etdikcə, həmin zəbtləri sənədləşdirirlər. Mən şikayətlərə başlayanda, qaçıb gedib Əmlak Komitəsi Reyestr Xidmətinin Tovuz Regional Şöbəsindən bir kadastr sənədi alıb gətirdilər, həmin sənəddə təzə yol mənim torpağımın içindən keçir, tamamilə saxta bir sənəddir. Bizə o vaxt pay torpağına dair Dövlət Aktının içində verilmiş kadastr sənədini göstərib deyirəm, burada yol göstərilib. Deyirlər, o, köhnədir, qüvvəsini itirib. Hər yerdə adamları var, istədikləri saxtakarlığı edə bilirlər”.
Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməsə də, Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, bir müddət əvvəl icra hakimiyyətinin nümayəndələri ərazidə olub. Tərəflər arasında mübahisə var, ancaq məlum olub ki, bu mübahisəni həll etmək icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil.
“Hüseyn Hüseynov pay torpağına dair Dövlət Aktını və digər müvafiq sənədlərini toplayıb məhkəməyə müraciət edə bilər”, – qurumdan deyilib.
Elə hüquqşünas Namizəd Səfərov da məsələnin məhkəmədə mübahisələndirilməsini təklif edir.
Meydan TV Nizami Cəfərovla da əlaqə saxlaya bilməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
|