Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                 

Alimpaşa Məmmədovun ardından KİM HƏBSƏ GEDİR? - İDDİA
Tarix: 28-04-2021, 08:56 | Çap et
Alimpaşa Məmmədovun ardından KİM HƏBSƏ GEDİR?
Azərbaycanda daha bir icra başçısı qandallanıb. Bu dəfə Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, başçının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıblar. Qolları qandallanan Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib. Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb. Prezident Alimpaşa Adil oğlu Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam da imzalayıb.

Alimpaşa Məmmədov son 2 il ərzində həbsə alınan 8-ci icra başçısıdır. O, 2014-cü ilədək vergi sistemində yüksək vəzifələrdə çalışıb. Bir sıra rayonlarda vergi idarəsinin, daha sonra 2 saylı Ərazi Vergilər İdarəsinin (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəisi vəzifəsində çalışıb. Ardınca isə Fazil Məmmədov onu sadiq və qeyri-rəsmi pultoplama işlərində bacarıqlı kadr kimi Vergilər Nazirliyi Bakı Şəhər Vergilər departamentinin rəisi vəzifəsinə yüksəltmişdi. Vergi sistemində çalışarkən onun adı “sahibkarlara divan tutanlar” sırasında hallanırdı. Nəhayət, A.Məmmədov 2014-cü ildə Fazil Məmmədovun dəstəyi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. Həmin dönəmlərdə icra başçısı təyinatında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev söz sahibi idi. Alimpaşa Məmmədov Fazil Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra da müxtəlif manevrlərlə icra başçısı postunu qoruyub saxlaya bilirdi.

Alimpaşa Məmmədov vəzifə pilləsinə ayaq basana qədər toylarda tamadalıq etməsi ilə də ad çıxarıb. Bu haqda “Yeni Müsavat”ın 21.06.2018-ci il tarixli sayında “Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” - şok iddia" sərlövhəli yazı dərc etmişdik. Həmin yazıdan sitat: “Bu həmin Alimpaşa Məmmədovdur ki, cavanlığında tamadalıqla gün keçirib, toydan-toya, məclisdən məclisə 5-10 manat sahibi olub. Həmin günlərin birində də onun bəxt ulduzu parlayıb. O dövrlər yeni nazir təyin olunan Fazil Məmmədov kefinin saz vaxtında məclisdə dil-dil ötən tamadanın yanına çağırılmasını sifariş edib. Tamada gəlib və məclisdə seçilən qonağın şəninə mədhiyyələr söyləyib. Kənd tamadası olan Alimpaşa Məmmədovu bir neçə gün sonra Vergilər Nazirliyinə çağırıblar. Nazirliyə tamada kimi gedən Alimpaşa Məmmədov oradan qayıdanda artıq vergi əməkdaşına çevrilib. İllərlə vergilər sistemində çalışandan sonra Fazil Məmmədov özünün qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir rayonuna Alimpaşa Məmmədovu başçı göndərə bilib. Alimpaşa Məmmədov daha tamadalıq eləmir. Amma tamadalıq peşəsinin vərdişlərini də unuda bilmir. Şəmkirdə idarə, müəssisə və təşkilatların rəhbərləri onun iclasbazlığından beziblər. İcra başçısı, demək olar ki, hər gün iclas keçirir, saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Başçı iclas keçirdiyi saatlarda isə vətəndaşlar saatlarla rəhbər işçilərin qapısı ağzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Rəhbər işçilər isə iclaslardan sonra iş yerlərinə çatınca görüləcək işləri birə-beş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.

Alimpaşa Məmmədovun və həbs edilən bəzi icra başçılarının pula belə həvəsli olmasının əsas səbəbi də keçmişləri ilə əlaqəlidir. Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil” restoranında ofisiant işləyib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev uzun illər “Qara bazar”da dollar alverçisi kimi tanınıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılarkən evindən milyonlar çıxan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib. Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib. Həbs olunan Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib. Qeyd edək ki, Kürdəmirin və Cəlilabadın sabiq icra başçıları da həbsdədir.

Son olaraq Alimpaşa Məmmədovun həbsinin ən yaxın adamı və qohumu sabiq nazir Fazil Məmmədovun Avropada yeni biznesləri və əmlakları ilə bağlı xəbərlər fonunda baş verməsi maraq doğurur. Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə böyük biznes şəbəkəsi var. 1990-cı il təvəllüdlü Əbdül Əliyev Birləşmiş Krallıqda nə az-nə çox, 8 şirkət qeydiyyatdan keçirib və onlardan 6-sı hazırda fəaliyyətdədir. Əbdül Əliyev 5 il əvvəl Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə ailə qurub, faktiki olaraq bu evlilik ərəfəsində sabiq nazirin yeznəsi Avropada bir-birinin ardınca şirkətlərə sahib olmağa başlayıb. Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini vəzifəsində çalışıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb. Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov da tezliklə Alimpaşa Məmmədovun yanına göndəriləcək. Qeyd edək ki, dünən Fazil Məmmədovun kiçik qardaşı Fərhad Məmmədov 52 yaşında vəfat edib. Fərhad Məmmədov qaraciyər sirrozundan əziyyət çəkirmiş.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru