Ziya Məmmədovdan Abbas Abbasova müəmmalı telefon zəngi - Ramazan Kadırov-Ziya Məmmədov-Elton Məmmədov üçbucağının şok detalları
Tarix: 25-07-2014, 10:02 | Çap et
Ötən ilki prezident seçkiləri ərəfəsində nəqliyyat naziri Ziya Məmmədovla Rusiyada yaşayan Azərbaycanın keçmiş baş nazir müavini Abbas Abbasov arasında sıx təmas mövcud olub. Hətta nəqliyyat naziri Abbasovla bir neçə dəfə telefon əlaqəsi də saxlayıb. Bu barədə "Unikal"a məlumatlı mənbədən bildirilib.
Qeyd edək ki, Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsi ilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi. Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarıçlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır. Bildirildiyinə görə, artıq nəqliyyat nazirinin sabiq baş nazir müavini ilə həmin təmasları deşifrə edilib və elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır. Burada daha bir maraqlı məqam isə Məmmədovla Abbasovun ayrı-ayrı vaxtlarda verdikləri açıqlamalarda üst-üstə düşən bir məqamdır. Belə ki, ötən ilin yayında Abbas Abbasov müsahibələrində onunla hakimiyyət arasında münasibətləri pozmağa çalışan qüvvələrin varlığından bəhs edirdi. Ziya Məmmədov isə bu yaxınlarda "Unikal" olaraq qəzetimizə açıqlamasında özü və yaxınları barədə mətbuata sızan kompromatlarda bəzi adamların maraqlı olduğunu demiş və heç bir konkret ünvan göstərməmişdi. Bu iki açıqlamadan belə başa düşmək olar ki, sabiq baş nazir müavini ilə nəqliyyat naziri özlərinin hədəfə gəlməsində iqtidardakı müəyyən çevrələrdən şübhələnirlər və o ehtimal da istisna deyil ki, əslində hər iki şəxsin gileyləndiyi çevrələr eyni dairələrdir. Hələ aylar əvvəl KİV-də belə iddialar dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri "AST" şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var. Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib. Bu arada daha bir ilginc iddia ondan ibarətdir ki, nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov Çeçenistanda biznes qurub. Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlöhvlük olardı. Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir. Ramzan Kadırovun isə Rusiya prezidenti Vladimir Putinlə hədsiz dərəcədə yaxınlığını bilməyən yoxdur. Kadırov Kremlin sahibinə hədsiz sədaqəti ilə bilinir və qeyd olunur ki, bu səbəbdən Putin ona yüksək etimad göstərir. Məmmədovların Çeçenistana sərmayə yatırmaları isə onların Kadırov vasitəsilə Putinlə yaxınlaşmaq cəhdlərinin təzahürü kimi dəyərləndirilir. Yeri gəlmişkən, maraqlıdır ki, məhz RATİ ilə bağlı proseslərin gücləndiyi vaxtda - ötən ilin mayında Çeçenistan Respublikasının Nəqliyyat və rabitə nazirliyi Bakı şəhəri ilə Qroznı arasına beynəlxalq avtobus reyslərinin açılması üzrə işlər apardığı barədə məlumat yaydı. Həmin vaxt ölkənin nəqliyyat və rabitə naziri Ramzan Çerxiqova bildirmişdi ki, əsas diqqət Çeçenistan Respublikasının nəqliyyat vasitələrinin keyfiyyətinin artırılmasına, xidmətin keyfiyyətinə və sərnişinlərin təhlükəsizliyinə yönəldilib. Bununla əlaqədar yeni "For Tranzit", "MAN" və "PAZ" markalı avtobuslar alınıb. Prosesin digər tərəfində bizim Nəqliyyat Nazirliyinin dayandığını söyləmək yəqin artıq olardı. Sonradan bu istiqamətdə hər hansı yenilik baş vermədi, belə güman etmək olar ki, bu, Məmmədovların "Çeçenistan açılımı"nın iflası ilə bağlıdır. Beləliklə, bütün bu iddialardan görünən budur ki, nəqliyyat nazirinin Kremllə və ona yaxın olan Abbas Abbasovla sıcaq ilişgilər qurmaq üçün kifayət qədər cəhdləri və səyləri olub. İstisna deyil ki, Məmmədovların özləri və biznesləri ətrafında son aylarda cərəyan edənlər də məhz belə səylərin və cəhdlərin deşifrə edilməsi ilə birbaşa bağlıdır. Onların ciddi şəkildə tənqid hədəfinə gətirilməsini yuxarıda diqqətinizə çatdırdığımız məqamlara görə cəzalandırma kimi də başa düşmək olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
|