Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                 

Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir... - TALAN VAR...
Tarix: 7-08-2015, 10:12 | Çap et
Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir...
Bakıda, eləcə də ölkənin digər regionlarında təmirə ehtiyacı olan yollar barədə dəfələrlə ətraflı məlumat vermiş, bununla bağlı geniş reportajlar hazırlamışıq. Lakin buna baxmayaraq, hələ də paytaxtın bir neçə küçə və prospekti, həmçinin magistral yollar bərbad vəziyyətdədir.

Belə ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumları, əsasən də "Azəryolservis" ASC tərəfindən qismən də olsa yamanan yollar qısa müddətdən sonra həm piyadaların, həm də avtomobillərin hərəkəti üçün yararsız hala düşür, dağılır. Bunun məsuliyyəti isə nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, "Azəryolservis" ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədovun üzərinə düşür. Çünki məhz onlar ölkədə yolların çəkilməsi prosesini həyata keçirirlər. Lakin görünən odur ki, bu proses zamanı dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə ayrılan külli miqdarda vəsait əbəs yerə xərclənir, yəni batır. Mövzu ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkənin ümumi istifadədə olan yol infrastrukturunda təmir və yenidənqurma işləri aparılsa da, aidiyyəti qurumların diqqətindən kənarda qalan magistral yolların sayı kifayət qədərdir. Ən qəribəsi odur ki, diqqətdən kənarda qalan yolların bir çoxu respublika əhəmiyyətli magistraldır. Məhz bu, onu deməyə əsas verir ki, bu gün Azərbaycan yolları komadadır. Bu sözü əbəs yerə demədik. Diqqət yetirsəniz görərsiniz ki, hazırda paytaxtın əksər küçə və prospektlərində avtomobil yolları ya yenidən qurulur, ya da həmin yollarda cari və əsaslı təmir işləri aparılır. Bu isə öz növbəsində, uzun müddətli tıxacların yaranmasına, insanların əsəb gərginliyi keçirməsinə səbəb olur. Elə bu səbəbdən də Bakıda yaşayan, avtomobili olan və ya olmayan hər kəsin bir ortaq problemi var ki, bu da tıxacdır. Maraqlı fakt ondan ibarətdir ki, paytaxtın əsas küçə və prospektlərində tıxaclar yalnız mərkəzdə və pik saatlada deyil, şəhərin istənilən yerində, istənilən saatlarda müşahidə olunur. Odur ki, tıxac problemi insanları vəziyyətdən çıxmaq üçün yeni üsullara əl atmağa vadar edir. Məsələn, kimisi şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyə, kimisi də metrodan istifadəyə üstünlük verir. Amma təbii ki, bu problemin həlli deyil. Tıxacların yaranma səbəblərini araşdırdıqda məlum olur ki, bu işdə də Nəqliyyat Nazirliyi ilə yanaşı, "Azəryolservis" ASC-nin üzərinə böyük məsuliyyət düşür. Çünki Ziya Məmmədov və Saleh Məmmədov vəzifələrini lazımi səviyyədə icra etmədiklərindən hər salınan yeni yol qısa müddətdən sonra yararsız hala düşür və nəticədə həmin yol yenidən təmirə bağlanır. Bakıda yolun təmirə bağlanması isə saatlarla çəkən tıxacın yaranması ilə nəticələnir. Halbuki yollar bağlanarkən dislokasiya qorunmalı, alternativ yollar öncədən hesablanmalı və bu barədə vətəndaşlara ətraflı məlumat verilməlidir. Əslində müvafiq qanunvericilikdə bu, öz əksini tapıb. Məsələn, ötən ilin sonlarında Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nı təsdiq edib. Həmin qaydalarda qeyd olunur ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir: yenidən qurulma və təmir; dövlət tədbirlər keçirilərkən və qəzalar baş verərkən. Gördüyünüz kimi, qanunvericiliyə görə, Nəqliyyat Nazirliyi bağlı yollarla bağlı vətəndaşları dərhal məlumatlandırmalıdır. Lakin hələ də bu tələbə əməl olunmur. Elə buna görə də insanlar qızmar yay aylarında saatlarla tıxacda qalmağa məcbur olurlar. Bu isə Ziya Məmmədovun piyada və sürücüləri infarkt həddinə çatdırması anlamına gəlir. Bəlkə səhv deyirik?..

Bu arada, ekspertlər də qeyd edirlər ki, əlaqəsiz olaraq dövlət qurumlarının yolları qazması və təmir-tikinti işləri aparması tıxacın yaranmasına səbəb olur. Ən böyük problem də elə budur. Çünki həm dövlət vəsaiti talanır, həm də insanların əsəb sistemi pozulur. Sözügedən problemin həlli üçün mütləq yollar genişləndirilməlidir. Nəqliyyat yolları bağlanarkən sürücülərin normal hərəkəti üçün alternativ yollar açmaq lazımdır. Nəqliyyat Nazirliyi isə bunu etmir. Ziya Məmmədov sadəcə yolları bağlatdırır və bununla da işini bitmiş hesab edir. Yolların yararsız vəziyyətə düşməsinə gəlincə, mütəxəssislərin fikrincə, paytaxtın mərkəzi küçələrində yollar ona görə tez-tez yararsız vəziyyətə düşür ki, həmin yollarda asfalt-beton örtüyü keyfiyyətsiz salınır. Bundan başqa, hər hansı küçədə və ya prospektdə avtomobil yolu salınarkən və ya təmir edilərkən aidiyyətı qurumlarla məsləhətləşmələr aparılmır. Yəni Nəqliyyat Nazirliyi, eləcə də "Azəryolservis" avtomobil yolu salınmazdan əvvəl kommunikasiya xətlərinin çəkilməsi üçün müvafiq orqanlarla birlikdə işləməlidir. Ziya Məmmədov və Saleh Məmmədov isə bu cür önəmli məsələyə laqeyd yanaşdıqları üçün sonda ziyan yenə də sadə vətəndaşlara dəyir. Təxminən, bu mövqedən çıxış edən ekspertlər hesab edirlər ki, Bakının, eləcə də ölkənin digər şəhər və rayonlarının avtomobil yollarının keyfiyyətsiz olması yolların standartlara uyğun, keyfiyyətli şəkildə çəkilməməsi, yolların salınması zamanı texniki qaydalara düzgün əməl olunmaması ilə bağlıdır.

Bundan başqa, əksər mütəxəssislər bu qənaətdədirlər ki, yolların çəkilişinə əsasən payız və qış aylarında başlanılması büdcədən ayrılmış vəsaitləri tez-tələsik ilin sonuna kimi işlətmək naminə edilir. Qeyd edək ki, bu həm də yolun keyfiyyətsiz çəkilişinə səbəb olur. Çünki payız və qış aylarında yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Araşdırmalar da göstərir ki, əsas problem asfaltın qruntun üzərinə soyuq tökülməsi ilə bağlıdır. Keyfiyyətli yol əldə etmək üçün asfalt yola 120-130 dərəcə altında tökülməli və həmin temperatur altında preslənməlidir. Bunun üçün isə asfalt zavoddan 160 dərəcə altında çıxmalıdır. Bu, yolun gələcəkdə həm yüksək yüklənməyə, həm də yüksək şaxtalara dözümünü təmin edir. Hazırda bəzi ölkələrdə 180 dərəcə altında tökülən asfalt texnologiyası tətbiq edilir ki, bunun şaxtaya və ağırlığa dözümü daha artıqdır. Belə yol 10 dərəcə şaxtaya dözür və istismar müddəti 30 ilə qədərdir. Bizdə isə bahalı olduğundan bu texnologiyadan yollarda tətbiq edilmir. Hələ bu, harasıdır. Bakıda şəhərdaxili yollar çəkilərkən ucuz asfaltdan istifadə olunması hallarına da rast gəlmək mümkündür. Ekspertlər iddia edirlər ki, bu cür asfaltda parafinin səviyyəsi yüksək olur. Sovet illərində tərkibində parafin yüksək olan bitum asfalt üçün yararsız sayılırdı və Bakının Balaxanı kəndinin yaxınlığında çalaya tökülürdü. Çünki təbii bitumu parafindən təmizləmək xüsusi texnologiya tələb edən bir prosesdir və bitumun qiymətini artırır. SSRİ-də belə texnologiya yox idi və asfalt parafinsiz bitumdan hazırlanırdı. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra məsələyə fikir verən olmadı və Balaxanı yaxınlığındakı çökəklikdən tullantı bitum daşınaraq asfalt düzəldildi. Nəticədə, bu ucuz asfaltla çəkilən yollar şaxtaya, qızmar günəşə dözmür və qısa müddətdə dağılır.

Bir qədər öncə də qeyd etdiyimiz kimi, artıq Bakının mərkəzi küçələrində hərəkətin təmirlə bağlı dayandırılması adi hala çevrilib. Avtomobillərin intensiv hərəkət etdiyi yolların bağlanması isə müəyyən problemlər yaradır, narazılıqlara səbəb olur. Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən yollara hər il asfalt döşəndiyi halda, şəhərkənarı yollar, xüsusilə də qəsəbə yolları bərbat vəziyyətdədir. Bu yolların çala-çuxur olmasına baxmayaraq, onların nə vaxt təmir olunacağı məlum deyil. Bu barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yolların tez-tez təkrar təmiri dövlətin pulunu sağa-sola səpələməkdir: "Bu sərvət xalqındır və düzgün xərcləyə bilmirsinizsə, başqa işlə məşğul olun. Sovet dövründə dövlət əmlakını külli miqdarda mənimsəyənləri məhkəmənin qərarı ilə güllələyirdilər. Bunu real olaraq bərpa etmək lazımdır. Mənimsəmək deyəndə söhbət təkcə pulu saxta sənədlərlə özünküləşdirməkdən getmir. Dövlət büdcəsinin pulu səmərəli xərclənməlidir. Yol tikinti materiallarının öz standartı var, onlara riayət etmək lazımdır. Məsələn, yol çəkilərkən ən çox işlədilən asfalt-beton qarışığı yüksək keyfiyyətdə olmalıdır. Dünyadakı müasir texnologiyalardan istifadə edilməklə hazırlanmalıdır ki, nəzərdə tutulmuş müddətdə dözsün. Onu tətbiq etməyin də standartı var. İşin standartı isə mürəkkəb deyil. Yəni özündən nə isə kəşf etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, işin hansı qaydada görülməsini bilmək lazımdır. Əgər yolun dözümlülüyü standartlara uyğun olarsa, niyə dağılsın ki? Kimsə yolu dağıtmır. Yol maşın təkərləri altında dağılır. Bu necə yoldur? Demək ki, yol hazırlanarkən bütün standartlar nəzərə alınmır və ona görə də tez sıradan çıxır. Yol elədir ki, bir hissəsində nə isə problem olursa, təbəqə-təbəqə dağılma gedir. Ona görə də yolu çəkməyə məsul şəxslər və ya şirkətlər məsuliyyət daşımalı, keyfiyətsiz işə görə cavab verməlidirlər". Ekspertin sözlərinə görə, yolun təmirində şəhərin mərkəzi və kənar hissəsi arasında fərq qoyulmamalıdır: "Yolların hamısı normal vəziyyətdə olmalıdır və bunun üçün yaxşı vəsait də ayrılır. Vəsaitlər müxtəlif istiqamətdə ayrılır. Əsaslı tikintidirsə, dövlət büdcəsindən ayrıca maddələrlə pul ayrılır. Azərbaycanda avtomobil yolları üçün büdcənin tərkibində ayrıca fond da var. Hər il onun tərkibində 200 milyon manata yaxın vəsait toplanır. Həmin o pullar cari təmir üçündür. Məsələn, yolun hansısa hissəsində problem yaranıbsa, aradan qaldırılmalıdır. Pullardan səmərəli istifadə olunsa, şəhərdaxili və şəhər kənarında olan yollar normal vəziyyətdə saxlanıla bilər. Şəhərin hər bir yerində yol normal olmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru