![Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1738759877_0001.jpg)
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına normadan çox zəhərli tüstü buraxılmasına görə cərimələnib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tərəfindən "Embawood" MMC-yə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.
İşə 14.02.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "Embawood" mebel firmasının deputat Məşhur Məmmədov məxsus olduğu deyilir. O, VI çağırış Milli Məclisin deputatı olub.