Formal məmur qəbulları kimin nəyinə lazımdır? - Qəbula düşmək də təyinatladır...
Tarix: 8-02-2016, 10:30 | Çap et
Ölkə başçısı İlham Əliyev dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə hər zaman diqqətə çatdırıb ki, məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməməli, xalqa xidmət etməlidirlər. Ölkə başçısı bu tələblərə riayət etməyən vəzifə sahiblərinin cəzalandırılacağını diqqətə çatdırıb.
Prezidentin tapşırığından sonra yüksək vəzifəli dövlət məmurları son günlər bölgələrdə insanlarla görüşlər keçirərək, onların problemlərini, şikayətlərini dinləyirlər. Bu görüşlərdə vətəndaşlara dövlətin hər zaman xalqın yanında olduğu mesajı verilir, insanların problemlərinin həll ediləcəyinə dair fikirlər səsləndirilir. “Məmurların vətəndaşlarla görüşlər keçirməsi əhəmiyyətli məsələdir. Bu görüşlərdə vətəndaşlar öz problemlərini deyə bilirlər”. Bunu isə Milli Məclisin deputatı Vahid Əhmədov nazir və komitə sədrlərinin vətəndaşlarla görüşlərini şərh edərkən deyib: “Ölkə başçısının apardığı siyasəti, iqtisadi islahatları əhaliyə çatdırmaq lazımdır. Bu görüşlərdə yüksək vəzifədə çalışan şəxslər iştirak edəndə onlar insanlara müəyyən tələb və xahişlərini deyə bilirlər. Bundan əlavə məmularla görüşlərdə vətəndaşları narahat edən suallar cavablandırılır. Hesab edirəm ki, görüşlərin sayını artırmaq lazımdır. İqtisadi vəziyyətin ağır olduğu bu dövrdə məmurların xalqla görüşü mütləq şəkildə baş tutmalıdır”. Deputatın fikrincə, məmurların əhali ilə görüşündə əsas məqsəd insanları narahat edən, düşündürən məsələlərlə bağlı dövlətin, hakimiyyətin mövqeyini onlara çatdırmaqdır. Millət vəkili hesab edir ki, yüksək vəzifə sahibləri rayonlarda insanlarla görüşüb, onların problemlərini dinləməlidir.: “Ölkə başçısının dediyi kimi, hər bir məmur, vəzifə sahibi xalqın xidmətçisidir. Onlar yerlərdə əhali ilə görüşüb, dövlətin vətəndaşların yanında olduğunu əyani şəkildə göstərməlidirlər. Hazırda insanları bir çox problemlər narahat edir. Onları dinləmək, şikayətlərə yerindəcə baxmaq, lazımı addımlar atmaq lazımdır. Hesab edirəm ki, prezdentin bu istiqamətdə məmurlara verdiyi tapşırıq öz nəticəsini göstərəcək”. Adının çəkilməsini istəməyən ekspert isə hesab edir ki, məmurların vətəndaşlarla görüşü daha çox formal xarakter daşıyır. Əvvəla, bu cür görüşlərdə olduqca məhdud çevrə iştirak edir. İkincisi, həmin görüşlərdə iştirak edənlərin əksəriyyəti əvvəlcədən müəyyənləşdirilmiş şəxslər olurlar. Bu isə belə görüşlərin effektivliyini aşağı salır. Üçüncüsü, bir çox hallarda bu cür görüşlərə qatılmaq istəyənlərə qarşı kobudluq edilir, onların öz problemlərini məmurlara çatdırılmasına süni əngəllər yaradılır. Belədə isə məmurlarla görüşlərə böyük ümidlərlə gələnlər nəinki əliboş, hətta küskün qayıdırlar. Bütün bunları nəzərə aldıqda məmurların vətəndaşlarla görüşlərinin istənilən effekti yaratdığını söyləmək çətindir. Ümumiyyətlə, unutmaq olmaz ki, ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Amma bəzi hallarda müxtəlif dövlət idarə və orqanlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir. KİV-ə nəzər saldıqda görürük ki, əhalinin şikayətlərinin sayı sürətlə artır. Bu cür şikayətlər əsasən işıq, su, qaz, yol, təhsil, kanalizasiya və digər məişət problemləri ilə bağlıdır. Elə məsələlər var ki, bunu yerində həll etmək mümkündür, amma səhlənkarlıq, başdansovduluq, məsuliyyətsizlik ucbatından baxılmır və bu, nəticədə sakinlərdə müəyyən narazılıq yaradır. Ona görə də məmurların vətəndaşlarla görüşləri ilk baxışda təqdirəlayiq təsir bağışlayır. Amma təəssüf ki, bu zahirən belədir, əslində isə sözügedən qəbullar daha çox görüntü xarakteri daşıyır. Ötən il mətbuata açıqlamasında hüquqşünas Müzəffər Baxışov da mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin rayonlarda qəbul keçirməsinin formal hal aldığını demişdi: “Orada insanlar dərdlərini deyirlər. Sonra mətbuata eyni məzmunlu məlumat yayırlar ki, bütün şikayət dinlənildi, müraciətlərə baxıldı, yaxud aidiyyəti üzrə göndərildi. Əslində, Azərbaycanda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 10 iyun 1997-ci il tarixli qanun var. Həmin qanunun tələblərinə görə, müraciətlərə dəqiq, dürüst baxılmalıdır. Müraciətlərə baxılması qaydalarından biri də vətəndaşların qəbuludur. Qəbul zamanı qaldırılan problem əgər həmin vəzifəli şəxsin səlahiyyətindədirsə, dərhal yerində həll olunmalıdır. Yox, səlahiyyətində deyilsə, həmin müraciət 5 gün müddətində aidiyyəti üzrə digər orqanlara göndərilməlidir. Həmin orqan müraciətin icrasını təmin etməlidir. Amma ölkəmizdə bütün bunlar formal xarakter daşıyır”. Təəsssüf ki, aradan bir il keçsə də, bu istiqamətdə dəyişən heç nə yoxdur: məmurların vətəndaşlarla görüşlərinin formal xarakter daşımasına görədir ki, ölkədə narazı insanların, şikayətçilərin sayı da sürətlə artmaqdadır. Halbuki həmin görüşlər formal xarakter daşımasa, əhalinin şikayətlərində, narazılıqlarında ciddi azalma müşaiyət olunardı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
|