Yasamal MKTB-nin rəisi Akif Hacıyevla bağlı şok iddialar
Tarix: 13-02-2016, 09:30 | Çap et
Yasamal MKTB-nin rəisi Akif Hacıyevin dövlətə 1.2 milyonluq borcunun olması faktı üzə çıxıb Akif Hacıyev öz yaxın adamlarını MİS-lərə müdir təyin etdirib, qohumlarına MKTB-də lazımlı vəzifələr verib
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun gözlənilmədən vəzifədən uzaqlaşdırılması onun yaxın ətrafının da taleyini sual altında qoyub. Bəziləri öncə baş verənləri parlament seçkisi öncəsi hakimiyyətin bir gedişi kimi dəyərləndirsə də, seçkilərdən sonra daha bir nazirin öz kürsüsünü itirməsi, ümumilikdə isə 100-ə yaxın məmurun ya saxlanılması, ya da istintaqa cəlb olunması göstərdi ki, bu proses təxmin edildiyindən daha dərin və genişmiqyaslıdır. Proses davam etdikcə bu günə qədər qorxudan susan müəyyən qüvvələr də hərəkətə gəlməyə və danışmağa başlayıblar. Bir çoxları isə aparıcı media orqanlarına məlumatları, faktları sızdırır, prosesin daha da dərinləşməsinə çalışırlar. "Eldar Mahmudov çetesi" ilə bağlı yeni-yeni adlar, faktlar daxil olmaqdadır. Artıq bunların bir çoxu araşdırılıb dəqiqləşdirildikdən sonra ictimaiyyətə təqdim edilib.
Belə mlumatlardan biri də Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) və onun sədri Akif Hacıyev haqqındadır. Vaxtilə Yasamal “JEK”ində çalışan Akif Hacıyev hər gün onun ərazisində yaşayan Eldar Mahmudovun işə gedib-gəlmə qrafikini əzbərləmişdi. Akif Hacıyevin məqsədi səhər-axşam Eldar Mahmudova qulluq etmək, onun çantasını daşımaq idi. Hətta qonşular Akif Hacıyevin bu hərəkətlərindən xeyli “lətifə” yaratmışdılar. Bir gün Eldar Mahmudov bu adamın Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin olunması üçün tapşırıq verdi. Və bir neçə gündən sonra Akif Hacıyev Yasamal MKTB-nin rəisi oldu. O gündən Akif Hacıyev Eldar Mahmudovun tapşırığı ilə bütün”JEK” müdirlərinə göstəriş verdi ki, ərazilərindəki “jirni” adamların siyahısını hazırlasınlar. “JEK “müdirləri MTN əməkdaşlarının sorğularından bezmişdi. Akif Hacıyev işçiləri hədələyirdi ki, sorğulara cavab verməsəniz sizi işdən qovacam. Bir sözlə “JEK”-lər MTN-nin “filial”larına çevrilmişdi". Məlumata görə, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Akif Hacıyev Eldar Mahmudovla kifayət qədər yaxın olub, rayon ərazisindəki imkanlı şəxslərin mənzillərinin yeri, biznes fəaliyyətləri barədə müfəssəl məlumatlar əldə edib, Yasamal rayonu ərazisində fəaliyyət göstərən mənzil alqı-satqı biznesini nəzarətdə saxlayıb. Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasına qədər “88”lə başlayan şəxsi avtomobillər idarə edən, heç bir polisi saymayan Akif Hacıyev və onun adamları indi izi itirmək üçün 414 nömrə nişanı maşınlarla gəzir. Onlar bu yolla eks MTN şefi ilə əlaqələrinin olmadığını ortaya qoymaga çalışırlar. Daha bir ilginc məlumata görə, Akif Hacıyevin əmisi oglu, əvvəllər polis orqanlarında işləyən, hazırda təqaüddə olan Simnar Hacıyevin də (Hazırda MKTB-də anbardar) Eldar Mahmudovla daha yaxın münasibətlərinin olması deyilir. Həmçinin Eldar Mahmudov Akif Hacıyevin yeganə oglu Məcid Hacıyevi də işsiz qoymayıb və ona MTN-də məsul vəzifə verib. Hazırda Məcid Hacıyevin MTN-də çalışdığı bildirilir. Yasamal MKTB-nin rəhbəri Akif Hacıyevin əməllərinin bununla bitmədiyi qeyd olunur. Belə ki, illərdi bu vəzifədə çalışan Akif Hacıyev öz yaxın adamlarını MİS-lərə müdir təyin etdirib, qohumlarına MKTB-də lazımlı vəzifələr verib. Eldar Mahmudovun varlığından istifadə edərək Yasamal rayon icra başçısını saymayan, onun tapşırıqlarını qulaqardına vuran Akif Hacıyevə "gözün üstə qaşın var" deyən olmayıb. Mahmudov faktoruna görə ehtiyat edən rayon rəhbərliyi də ona bir söz deməyib. Çünki dəfələrlə yaranan mübahisələrə Eldar Mahmudov səviyyəsində müdaxilələr olunub, rayon rəhbərliyi haqsız çıxarılıb. Hətta Bakı meri Hacıbala Abutalıbovu da saymayan Akif Hacıyev bəzən iclaslara belə getmirmiş... Lakin Mahmudovun qəfil vurulması digərləri kimi Akif Hacıyevin də planlarını alt-üst edib və onun da istintaqa çağırılması reallaşıb. Hətta onun vəzifədən uzaqlaşdırlması məsələsi müzakirə olunub. Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevin bu postdan necə yararlanması barədə əlimizdə olan qalaq-qalaq məlumatların xırda məqamlarını təqdim edirik. Məsələn, 100-lərlə "ölü canlar", təsərrüfat mallarını ürəyi istədiyi qiymətə sənədləşdirməsi, əlavə tikililərə verilən qanunsuz icazələr, iaşə obyektlərinə, kafe, restoranlara qoyulan haqq və diğər faktlar barədə də yaxın günlərdə sənədlər təqdim edəcəyik.
Daxil olan məlumatlar arasında ən diqqət çəkən məqamlardan biri Akif Hacıyevin "MTN şefi"nin adından istifadə edərək külli miqdarda vergidən yayınması haqqındadır. İddia olunur ki, Yasamal MKTB-nin uzun müddət boyunca yığılıb qalan 1,2 milyonluq vergi borcu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra təkrar gündəmə gəlib. Hətta buna görə Akif Hacıyevin saxlanıldığı bildirilir. Belə ki, 2 gün harada saxlandığı bilinməyən A.Hacıyev sonradan vergini ödəyəcəyi ilə bağlı öhdəlik götürdükdən sonra sərbəst buraxılıb. Onun sərbəst buraxılmasında Vergilər Nazirliyində çalışan məsul şəxsin əməyi keçib. Belə ki, A.Haciyevlə qonşu olan və hələlik adını çəkmədiyimiz vergi məmuru onun buraxılması üçün xahiş edib. Bu vergi məmurun da adı bizə açıqlansa da, bu istiqamətdə hələ dəiqləşdirmələrimiz davam edir. Belə ki, 1.2 milyon manat vergini qısa müddətdə ödəyəcəyini söz verən A.Hacıyev indi əl-ayaga düşüb. Daxil olan məlumatlarda qeyd olunur ki, A.Hacıyev vergini ödəmək üçün işçilərin əmək haqqlarına göz dikib. Açıq formada bildirilib ki, bir neçə ay əmək haqqları verilməyəcək və pul vergiyə ödənəcək. Maraqlıdır, illər boyu vergi ödəməyən, DSMF-nin hesabatlarından yayınaraq milyonları cibinə qoyan A.Hacıyev indi bu pulu niyə kasıb, gününü küçələri süpürməklə keçirən insanlardan tutur? Ayda 190 manat əmək haqqı alan süpürgəçinin pulunu əlindən almağın adını nə qoyaq? Akif Hacıyevlə bağlı daxil olan məlumatlarda onun məmur olduğu təqdirdə 20 yanvar metrosu yaxınlığında bir çox obyekt və cay evinə sahib olması haqqındadır. Hazırda bu və digər faktlarla bağlı araşdırmalar davam edir. Ümumiyyətlə, son proseslər bir daha göstərdi ki, korrupsiya ölkədə təxmin edildiyindən daha dərin kök salıb. Böhranın aydın hiss olunduğu bu günlərdə bir tərəfdən sadə insanlar gündəlik çörək dərdi ilə baş-başa qalmışkən, digər tərəfdən bir sıra məmurlar milyonları çox rahat şəkildə talayır, heç bir qorxu-hürkü his etmədən yaşamaqda davam edir, məsuliyyətdən yayınırlar. Ölkə başçısı cənab İlham Əliyevin də dönə-dönə qeyd etdiyi kimi korrupsiya ilə mübarizədə ictimai nəzarəti təmin etmək üçün medianın da üzərinə böyük məsuliyyət düşür. Hər zaman olduğu kimi, bizim də vəzifəmiz məhz bu kimi problemləri ictimailəşdirmək və harınlamış məmurları ifşa etməkdir. (confilct.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
|