![Azərbaycanlı bəstəkarın mahnısı Türkiyə filmində Azərbaycanlı bəstəkarın mahnısı Türkiyə filmində](/uploads/posts/2017-10/thumbs/1507967617_0001.jpg)
DİA.AZ: - Türkiyədə fəaliyyət göstərən azərbaycanlı bəstəkar Ruhin İsmayılov Türkiyənin böyük film şirkəti olan "Avşar" filmin çəkilişi əsasında "Rüzgar" filminə başladı.
DİA.AZ-ın məlumatına görə, əsas rollarda Halil Sezai, Belcim Bilgin, Ataberk Mutlu, Cezmi Baskın və "İçerde" serialının məşhur aktyoru Nebil Sayin iştirak edir. Filmin çəkilişləri bitmişdir, hal - hazırda musiqi üzərində çalışılır. Filmin musiqi haqqında danışan Ruhin çox zövqlü və fərqli bir işin ortaya çıxacağına inanmağını bildirir:
"İnanıram ki, çox zövqlü və fərqli bir iş ortaya çıxacaq. Həmçinin "Avşar" film şirkətinin rəhbəri Şükrü Avşara və baş prodüser Murat Cicek bəyə xüsusi təşəkkürümü bildirirəm".
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında kino salonlarına təqdim olunacaq film Azərbaycan kino mərkəzlərində də nümayiş olunacaq.