![Elton Hacıyev doğum gününə hazırlaşır Elton Hacıyev doğum gününə hazırlaşır](/uploads/posts/2018-02/thumbs/1518582904_0001.jpg)
DİA.AZ: - “İlk dəfədir ki, doğum günüm haqda ən sonda düşünürəm. Başım layihələrimə qarışıb. Artıq başlamışıq və işlər gedir”.
Bu sözləri DİA.AZ-a 28 fevral tarixində doğum günü qeyd etməyə hazırlaşan maqazin jurnalisti və PR meneceri Elton Hacıyev deyib.
Elton işlərinin çoxluğuna baxmayaraq özünə ad günü keçirəcəyini bildirib:
“Əlbəttə ki, dostlarım və ailəmlə qeyd edəcəyəm. Hər zaman olduğu kimi, şənlənib deyib-güləcəyik”.