Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
ABŞ-ın yeni administrasiyası maliyyə auditini davam etdirir, xərcləri azaldır, dövlət strukturlarında ixtisarlar aparır, üstəgəl əlavə gəlirlər əldə etmək məqsədilə rüsumları artırır. Bu dəfə Prezident Donald Trampın göstərişi ilə ABŞ-ın poçt xidməti ölkəyə daxil olan bağlamaların qəbulunu ciddi nəzarət altına alıb. Bu qərara qədər ABŞ-a 800 dollar dəyərində göndərilən bağlamalar gömrük rüsumlarından azad idi. Bu bağlamalar nəzarət altına alınmır, maneəsiz ABŞ-a daxil olurdu. Bundan sonra ABŞ gömrükçüləri və sərhədçiləri bütün bağlamaları açmaq və yoxlamaq səlahiyyətlərinə malik olacaqlar. “CNN” televiziya kanalının məlumatına görə, yoxlamalar bağlamaların ünvana çatdırılmasını ləngidəcək. Bu qadağalar Çinin elektron kommersiyası ilə məşğul olan şirkıətlərin fəaliyyətinə mənfi təsir edəcək. Buna qədər həmin şirkətlər milyonlarla bağlamaların ABŞ-a çatdırılmasından böyük gəlirlər əldə edirdilər. Donald Trampın ABŞ-da suveren sərvət fondlarının yaradılmasına yol açan fərman imzalaması da diqqət mərkəzindədir. Bu fərmana görə, ABŞ Maliyyə Nazirliyi və Ticarət Departamentinə fondun təsis edilməsi üçün lazımi addımları atmağa imkan verir. Tramp, ABŞ-nin böyük potensiala sahib olduğunu və belə bir fonda ehtiyacı olduğunu vurğulayıb. Tramp “TikTok” platformasının satın alınmasında da bu fondun rol oynaya biləcəyini qeyd edib. ABŞ-da formalaşacaq sərvət fondlar Çinin dövlət investisiya vasitələrinə güclü rəqibinə çevirəcək. Şanxaydakı Fudan Universitetinin Amerika Araşdırmaları Mərkəzinin professoru Xin Qiangın fikrincə, təklif olunan fond formalaşarsa, bu, Çinin suveren investisiya platformasını hədəfə çevirə bilər. Bu arada, ABŞ-ın günəş enerjisi və akkumulyator sistemləri təchizatçısı olan “Enphase Energy” şirkəti Çindəki fəaliyyətini dayandırmaq qərarını verib. Donald Trampın Çinə qarşı başlatdığı ticarət müharibəsi adı çəkilən şirkəti çalışdığı ölkəni tərkinə məcbur edib. Çünki şirkət rəhbərliyinin qənaətinə görə, ABŞ-ın Çinə tətbiq edəcəyi yüksək tariflər şirkətin Çindəki akkumulyator istehsakına da mənfi təsir edəcək. Bu səbəbdən şirkət Çindəki istehsalını qonşu ölkələrdən birinə körürmək barədə qərar verib. Şirkət rəhbərliyi istehsalı konkret hansı ölkəyə köçürəcəklərini açıqlamasalar da, bu elə bir ölkə olmalıdır ki, ABŞ-ın yüksək tariflərinə məruz qalmasın.
Elxan Şahinoğlu - "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
|