!["Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1738959782_289511_d9ll7pusok.jpg)
"İnsan hər şeyə nail ola bilər. Əgər niyyətin varsa, pilləkəndəki ən yüksək zirvədə dayanmaq istəyirsənsə, orda duracaqsan".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "7 Tamam" verilişində deyib. O, gəncləri sənət yolunda dözümlü olmağa səsləyib:
"Amma bir şey var ki, getdiyin o çətin yolda buna dözəsən. Bu bir az gec olur. Mən neçə ildir yol gəlirəm, sonradan maşın aldım. Hələ indi konsertlər üçün dərzilərə normal paltarlar tikdirirəm. Gücüm çatanı geyinirdim. Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur. Bunu çox deyiblər. İnsanlara mənim oxumağım lazımdır. Məni istəyənlər əynimdə ev xalatı da olsa, qulaq asacaq. Ona görə də bir balaca o çətinliyə dözmək lazımdır. O, çətinliyi keçdinsə, rahat yaşayacaqsan".