!["Şou-biznes aləmində dostluq yoxdur" "Şou-biznes aləmində dostluq yoxdur"](/uploads/posts/2019-04/thumbs/1555995699_0001.jpg)
DİA.AZ: - “Testene Art Baku” birincimiz, müğənni Cəmil şou əhlindən narazılığını ......AZ-a müsahibəsində dilə gətirib.
DİA.AZ xəbər verir ki, ifaçı şou-biznes aləmində dostu olmadığını söyləyib: "Bu gün burada üzünə gülüb, sabah başqa yerdə arxanca danışırlar. İnanmıram bu aləmdə kimsə bir-biri ilə dostluq edə, olsa da, az olar, barmaqla ancaq sayıla. Mənim yoxdur, ola da bilməz. Hamı boğazdan yuxarı yaxşı olur, ürəkdən yox. Kimdə mənə necədirsə, mən ona o münasibəti bəsləyirəm. Yalan gülməkdən üzümdə qırışlar əmələ gəlib".
Bu yaxınlarda yeni mahnısını təqdim edən ifaçı yayda istirahət etməyəcəyini deyib: "Ritmik mahnıları sevirəm, tənbəlliyi atacam, yeni ifalar olacaq".