![Türkiyənin məşhur simasının klipində Nicat Fərəcov yer alacaq Türkiyənin məşhur simasının klipində Nicat Fərəcov yer alacaq](/uploads/posts/2019-06/thumbs/1560923954_0001.jpg)
DİA.AZ: - Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov Türkiyə ilə bağlı layihələrinin gecikməsinə aydınlıq gətirib.
DİA.AZ-ın məlumatına görə, idmançı ötən həftə orada klipə çəkilməsinə başlayacağını demişdi. Amma çəkilişlər təxirə salınıb. Hazırda Moskvada olan N.Fərəcov sabah Türkiəyə qayıdacağını bildirib:
“İşlərimlə bağlı Moskvaya gəlmişdim. Sabah Türkiyəyə qayıdıram. Çəkilişlərə gələn həftə start veriləcək. Türkiyədən məşhur bir simanın klipində çəkiləcəm. Hazırda onunla danışıqlar aparılır. Buna görə də işimiz yubanır”.