Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                 

Dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyan unudulmaz sənətkar... - ANIM
Tarix: 7-11-2020, 11:12 | Çap et
Dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyan unudulmaz sənətkar...
Azərbaycanın Xalq artisti, teatr və kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış ELDƏNİZ ZEYNALOVun xatirə günüdür.
Bu gün onun vəfatından 19 il keçir
Hörmətlə xatırlayaq.

Onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Səməd Vurğun onlara qonşu olan dostu Abdulla Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni il qabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram.
O məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun aktyor olmasında dayısının da təsiri vardı.

Eldəniz Zeynalov 1937-ci il, yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).
Tələbəlik illərində Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib.

Bakıda ziyalı ailəsində anadan olan Eldəniz Zeynalovun sənətə gəlməsi bəlkə də təsadüfi deyildi. Çünki hələ orta məktəbdə oxuyarkən dayısı tanınmış sənətkar Həsənağa Salayev bacısı oğlunda teatra, kinoya maraq yaranmasına səbəb olub. Orta məktəbdə oxuyanda dayısı Həsənağa Salayevin tövsiyəsi ilə dram teatrında uşaq rollarında çıxış edib. Daha sonra marağını peşəkar səviyyədə inkişaf etdirmək üçün İncəsənət İnstitutunda aktyorluq təhsili alıb. Tələbə ikən Eldar Quliyev onu özünün çəkdiyi “Bir cənub şəhərin”də filminə baş rola dəvət edir. Bu filmlə də aktyorun sənət yolu başlayıb.İnstitutu bitirib Akademik Milli Dram Teatrına təyinat alır. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb.
Akademik Dram Teatrında işə başlayan gənc aktyora burada müxtəlif səpkili rollar həvalə edirdilər. Bu teatrda qoyulan “Ah Paris, Paris”, “Dəlilər və ağıllılar”, “Köhnə ev” və başqa onlarca tamaşadakı rolları ilə səhnədən də sözünü deməyi bacardı.
Eldəniz Zeynalov yaradıcılığını iki istiqamətdə davam etdirib.
O, həm də “Azərbaycanfilm” kinostudiyasında paralel fəaliyyət göstərib.
Tez-tez filmlərdə çəkilirdi. Eldəniz Zeynalov “Yeddi oğul istərəm”, “Rəqiblər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Hər şey yaxşılığa doğru” “Babamızın babasının babası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Mən mahnı qoşuram”, “”Yerlə göy arasında” və digər filmlərdə, “Qonşu qonşu olsa” teletamaşasında maraqlı, yaddaqalan obrazlar canlandırıb. Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (“Mosfilm”), “Təyyarələr enmədi” (“Özbəkfilm”) filmlərində də çəkilib.
“Mozalan” satirik kinojurnalının neçə-neçə süjetində onun maraqlı, ifşa və islahedici rolları var. Bu kiçik rolları ilə o, dövrün bəzi qaranlıq məqamlarına aydınlıq gətirirdi.

Eldəniz Zeynalov bir müddət teatrdan ayrılsa da, səhnənin cazibəsi yenidən onu Milli Dram Teatrına qaytarır. Xalq artisti ömrünün sonunadək burada çalışıb. "777 nömrəli iş", "Babamızın babasının babası", "Bağ mövsümü", "Dörd bazar günü", "Əhməd haradadır?", "Qızıl uçurum", "Qonşu qonşu olsa", "O qızı tapın", "Yol əhvalatı", "Yeddi oğul istərəm" filmlərində müxtəlif rollarda olub. Teatr və kino ilə bərabər,
Eldəniz Zeynalov televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yaddaqalan obrazlar yaradıb.
Aktyor Rusiya və özbək kinomatoqrafçılarının istehsal etdiyi bir neçə xarici filmlərdə də rol alıb.
Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib.

Tamaşaçılar onu əvvəlcə yalnız komik obrazların yaradıcısı kimi qəbul edirdi. Lakin aktyorun imkanlarını üzə çıxarmağı bacaran rejissorlar onu tamaşaçıya hər tərəfdən tanıdıb. Eldəniz Zeynalov rollarında həm başqalaşırdı, həm də özü kimi tanınırdı – komik, xarakterik, dramatik obrazlarının hamısında. “Bir cənub şəhərində” filmində tipik bakılı gəncin, “Rəqiblər” kinonovellasında maraqlı psixologiyası olan ticarətçi, “Əhməd haradadır?” komediyasında şən fəhlə, “Yeddi oğul istərəm”də iki siyasi quruluş arasında çaşbaş qalmış kəndli, “Bəyin oğurlanması”ndakı mükəmməl epizodik rolu Eldəniz Zeynalovun yüksək istedad sahibi olmasının nəticəsi idi. Aktyorun özünün səhnədən, kamera qarşısından kənardakı davranışındakı səmimiliyinin dərəcəsi, rolun ifa tərzinin səmimiliyində də aydın görünürdü. Eldəniz Zeynalov insanlarla adi ünsiyyətdəki təbii səmimiliyini özündən asılı olmadan, aktyorluğuna da köçürürdü...
Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkəndə, ona Mirpaşa obrazını təklif eləmişdi. Amma o, atdan qorxduğu üçün bu roldan imtina etdi. Ona görə də Tofiq Tağızadə onu kəndli rolunda çəkdi. Çəkilişlərdə məzəli bir hadisə olmuşdu – qəhrəmanını güllə ilə vurub öldürürlər. O da deyir ki, nahaq yerə məni öldürdün. Bax, həmin epizod çəkiləndə kadr arxasında üzünü Tofiq Tağızadəyə tutub deyib ki, gərək filmin axırında öldürəydin, qonorarım yaxşı çıxaydı.
Onun haqqında maraqlı xatirələr çoxdur. Hamısı da xoş, ürəyəyatan xatirələr.

Eldəniz Zeynalov həm də ailəcanlı insan idi. Onun dəyərli övladları var. Oğlanlarından biri - Elbrus Zeynalov televiziya rejissorudur, digəri -
Məmməd Zeynalov isə atasının yolunu davam etdirir. Qızı isə iqtisadçıdır.

Eldəniz Zeynalov “Humay” mükafatına, Əməkdar artist, Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
2002-ci il noyabrın 5-də amansız ölüm onu aramızdan apardı.
O, Yasamal qəbiristanlığında dəfn edilib.

Oğlu Elbrus Zeynalovun xatirələrindən:
- O filmlərdəki obrazlarının dili ilə danışmağı xoşlayırdı. Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə "qədeş" kimi danışırdı.
Tək özünə qarşı yox, ətrafdakı insanlara qarşı da bir haqsızlıq görəndə əsəbiləşirdi, dərhal onun müdafiəsinə qalxırdı.
Deyilənə görə, dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyubmuş...
Bir kağız parçasına yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm.
O, yaxın dostları Telman Adıgözəlov və Mikayıl Mirzəni nəzərdə tutmuşdu...

Yazırlar ki, guya atamın qaraciyərində sirroz olub, ürək və şəkər xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın ölüm səbəbi başqa idi. Atam həkimlərin günahı üzündən öldü. Yıxılanda budu sınmışdı. Əməliyyat zamanı etdikləri səhv ayağında damar problemləri yaratmışdı. Drellə ayağını deşmişdilər, bu ağrını gözümün önündə yaşadı. Hətta huşumu da itirdim.
Dünyasını dəyişən ərəfədə çox fikir edirdim, yuxuma da tez-tez girirdi.
Mənə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq.
Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin, toyumuzu görsün. Hətta nişanlı olmaya-olmaya bizim toy dəvətnamələrimiz barədə düşünürdü, siyahı tuturdu ki, filankəsləri toya çağıracam. Qismət olmadı...
Əlbəttə, dünyasını dıyişəndən sonra olsa da, arzuları reallaşdı.
İki qardaşıq, bir bacımız var.
Mən də, qardaşım da artıq ailə qurmuşuq...

Azərbaycanın Xalq artisti Eldəniz Zeynalov dünyasını dəyişdi. Bizə isə onun yaratdığı gözəl obrazları, heç vaxt unutmayacağımız şirin zarafatları, bir də əziz xatirələri qaldı..

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru