
Müğənni Manaf Ağayev koronavirusa yoluxması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Musavat.com-a açıqlama verən sənətçi yayılan məlumatların həqiqəti əks etirmədiyini deyib:
“Nə koronavirusa yoluxmuşam, nə xəstəxanaya yerləşdirilmişəm. Bu məlumatlar yalandır. Sadəcə olaraq qripləmişəm. Müalicə olunuram”.
M. Ağayev Vətən müharibəsindən də bəhs edib:
“İndi heç nə bizi xəstə edə bilməz. Torpaqlarımız qayıtdı. Mən artıq məcburi köçkün deyiləm. Allah prezidentimizdən razı olsun. Əsgərlərimizə güc-qüvvət versin. Xəstəlik haqqında yox, Füzuliyə dönəcəyim gün haqqında düşünürəm”.