Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                 

"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
Tarix: 26-11-2020, 11:54 | Çap et
"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
DİA.AZ xalq aristi Ağadadaş Ağayevin Teleqraf.com-a müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Ağadadaş müəllim, Cəlilabad rayonunda doğulmusuz. Bakıya gəlişiniz necə oldu?

- Yeddinci sinifdə oxuyurdum, həmişə oxumağa gizli yer axtarırdım. Çox utancaq idim. Məktəbdən hamı gedəndən sonra qapıları bağlayıb oxuyurdum ki, eşidən olmasın. Bir dəfə məktəbdə "Sona bülbüllər" mahnısını oxuyanda riyaziyyat müəllimim təsadüfən eşitdi və otağa daxil oldu. Onun musiqi duyumu güclü idi. Ondan sonra Sərdar müəllim məni musiqiyə yönləndirdi. Mənim bu sahəyə gəlişim yeddinci sinifdən başladı.

Asəf Zeynallı adına Musiqi kollecinə daxil olmaq üçün gələndə gecikmişdim, sonra Pedaqoji Universitetin Fizika və texnologiya fakültəsinə daxil oldum. Musiqini çox sevirdim. İlk kasetim 1981-ci ildə işıq üzü gördü və və beş il sonra efirə çıxdım.

- Azərbaycan dövlət televiziyasında altı il aparıcılıq etmisiniz. Amma son illərdə AzTV-ə çıxmırsınız. Buna səbəb nədir?

- AzTV mənim həyatımın böyük bir dəyəridir. Bu televiziyanı çox sevirəm, çünki dövlətimin kanalıdır. Professor Nizami Xudiyev AzTV-də sədr olan zaman proqramım yayımlanırdı. Əslində, mənim insanların arasında bölgü aparmaq, şəxsiyyətləri qarşı-qarşıya qoymaq kimi xarakterim yoxdur. Bundan söhbəti gedə bilməz. Amma haqsızlıq görəndə orada durmuram, başım nə bəlaya düşərsə, düşsün.

Arif Alışanov AzTV-də sədr oldu və bir gün məni çağırdı ki, verilişinin saatını artıraq, tələbat çoxdur. Dedim, Arif müəllim, necə istəyirsiniz... Sonra başladı ki, dostun da getdi... Ona dedim ki, sözünüzü yiyəsinin üzünə deyin, mənim yanımda danışmayın. Ondan sonra verilişi dayandırdım. O gün-bu gün, AzTV kanalına çıxmıram.

Amma artıq Arif Alışanov yoxdur. Əslində, o dövrdə də dövlət tədbirlərinə qatılırdım. Tədbiri AzTV çəkir deyə getməmək kimi hal olmayıb. Amma Arif Alışanov sədr olan dövrdə AzTV-nin qapısından içəri girmirdim, heç kim də məni oraya apara bilmədi. Bu dəqiqə qapılar açıqdır, çoxlu zəng edirlər.

- Hər halda telekanallara çıxmırsınız. Buna səbəb nədir?

- Düzdür, televiziyalara çox çıxmıram. Amma bir neçə verilişə çəkilmişəm, yaxın günlərdə təqdim ediləcək. Hazırda ölkəmizdə bayramdır. Eləcə də bəzi verilişlər yavaş-yavaş səviyyəsini qaldırır. Mən təklif alanda verilişin səviyyəsinə, mövzusuna baxıram. Xalqa heç bir faydası olmayan verilişlər var, orada iştirak etməyəndə daha rahat oluram.

- Xəzər Televiziyasına xalq artisti Murad Dadaşov rəhbər təyin edildi. Ümumiyyətlə, bir neçə kanallarımızda vəziyyət düzəlir...

- Bəli, görürsünüz, fərqi hiss edirsiniz. Murad Dadaşova hörmətim böyükdür və inanıram ki, o, telekanalın reytinqini artıracaq.

- İTV kanalından aparıcılıq təklif edilsə, qəbul edərsinizmi?

- Bəli, İctimai televiziyadan təklif gəlsə, dəyərləndirərəm. Çünki o televiziyanı da çox sevirəm. O kanalda Azərbaycan millətinə hörmət, dəyərlərimizə diqqət var. Şou orada ən axırıncı plandadır. Şou da miqyasında olmalıdır. Bəzi verilişlərə baxırsan, qonaq sanki çayxanada oturub danışır.

Onu da deyim ki, bəzi müğənnilərimiz dahilərimiz haqqında mahnı oxuyurlar. Baxırsan ki, bu müğənnini heç kim tanımır. Sənin nə həddin var, bu mahnını oxuyursan?! Axı sənin səsin bu mahnıya uyğun deyil. İkincisi, şəxsiyyətlər haqqında mahnı oxuyan müğənninin də şəxsiyyəti olmalıdır. Belə mahnını səs tembrı, mahnıya münasibəti, xarakteri və obrazı yaşaya və anlaya bilən oxumalıdır. Hər yerindən duran hərbi geyim geyinir və oxuyur. Belə olmaz.

Keçmişdə bu tip mahnıları ancaq bariton səsə sahib olanlar oxuyardı. Bu gün o balans pozulub. İnşallah, bu qələbədən sonra həyatımızın bütün sahələrində tərəqqi olacaq. Azərbaycanı böyük inkişaf gözləyir.

- Eşitdik, Şuşada tarixi muzey açacaqsınız.

- Xeyr, mənim belə bir ideyam yoxdur. Amma böyük çıxmasın, tarixi muzey açılsa, çox sevdiyim antik əşyalarımı oraya təqdim edəcəm. Mənim çoxlu antik əşyalarım var. Məsələn, düyü dəyirmanım var, 250 yaşı olan küpüm var. Kolleksiya yığıram. Regionlarımıza gedərkən antik əşyaları gördümsə, gətirirəm. Muzey olsa, ən çox sevdiyim antik əşyalarımı təqdim etməyə hazıram.

- Dağlıq Qarabağda ev almaq, obyekt açmaq fikriniz varmı?

- Obyekt açmaq yox, amma yay tətillərimi ailəmlə birlikdə Şuşada keçirmək istəyirəm.

- Sonuncu dəfə Qarabağda nə zaman olmusunuz?

- Mən daim cəbhəyanı ərazilərdə olmuşam, konsertlər vermişəm. İki il əvvəl Horadizə getdim və orada 200-dən uşağa kiçik toy etdim. Sonra da konsert verdim. Eləcə də bütün hərbi hissələrdə konsert vermişəm.

- Müəllim kimi fəaliyyət göstərmisinizmi?

- Doğulduğum Hasıllı kəndində yeddi il müəllim işlədim. Vaxtıilə məktəbdə məni küncdə saxlayan müəllimlərimlə birlikdə jurnal götürüb sinfə daxil olurdum (gülür).

- Ali məktəbi bitirən kimi rayona getdiniz?

- Mən hərbi xidmətə getmədim, o vaxt sovet hökuməti idi. Adətən, azərbaycanlıları Sibirə göndərirdilər, ora getsəydim, səsim batardı. Müəllim işləməyimin də səbəbi bu idi. 27 yaşa qədər kənddə müəllim işləyəni əsgərliyə aparmırdılar. 27 yaşım tamam olan kimi Filarmoniyaya solist gətirdilər. Çox təzadlı həyatım olub. Sonra Mədəniyyət və İncəsənət Universitetini bitirdim.

- Ustadınız olubmu?

- Mənə xüsusi dərs deyən müəllimim olmayıb. Amma Sabir Mirzəyevi özümə müəllim bilmişəm. Gənclik illərimdə onun oxuduğu Çahargahı eynilə təqlid edirdim. Sonra gördüm ki, bəhrələnmək olar, təqlid etmək yox. Kişi odur ki, şöhrəti və pulu daşıya bilsin, baş gicəllənməsi olmasın. Bilmirəm bu günə qədər bunun öhdəsindən gəlmişəm, ya yox. Amma deyilənə görə vəziyyət pis deyil...

- Ağadadaş Ağayev deyəndə imkanlı müğənni kimi yada düşürsünüz. Obyektiniz də var...

- Allaha qurban olum, heç vaxt sıxıntı yaşamamışam. Allahım ruzimi verir. Mənə elə gəlir, Allah da bilir ki, mən onu dəhşətli dərəcədə sevirəm. Allaha çox bağlı insanam. Həyatımda ağır günlərimdə belə Allahıma naşükürlük etməmişəm. Çox ağır günlər, imtahanlar yaşamışam. Həyatımın ən ağır günləri 1999-cu ildə başladı, 2016-cı ilə qədər davam etdi.

- Hansı çətin günlərdən, imtahanlardan keçdiniz ki?..

- Övladım və ailəmizdə xəstələr oldu. Övladımı bütün dünyada gəzdirdim, 12 dəfə əməliyyat olundu. Hər əməliyyatda ölüb yenidən dirilmişəm. Aylarla Almaniyada qalırdım. Qızım bir gecədə səkkiz-on dəfə özündən gedirdi. Həmişə deyirdim ki, Allahım, qızım yeriməsin, amma özündən getməsin. Rəbbim onu da mükafatlandırdı. Dərmanını tapa bilmirdik, şükür Allaha, indi tapılır.

Bu gün danışır, mənimlə istədiyi vaxt mahnı oxuyur. Hər ağır günün daha ağırları var. Qızımı Türkiyədə xəstəxanaya aparanda görürdüm ki, daha ağır xəstələr var. Hər zaman şükür edə-edə yaşamışam. İnsanları çox sevirəm. Ümumiyyətlə, insanlara kömək etməyi sevirəm...

- Oğlanlarınızla birlikdə yaşayırsınız?

- Xeyr, Allaha şükür, oğlanlarımın hamısı ayrı yaşayır. Hər birinin evi, balaları var. Üçü evli, biri subaydır. Allah hər ataya belə övladlar nəsib etsin! Hamısı dövlət məmurudur. Oğlumun ikisi Fövqəladə Hallar Nazirliyində, biri hərbçi, biri isə Asan Xidmətdə çalışır.

- Adınızı daşıyan nəvəniz varmı?

- Bəli, kiçik Ağadadaşım da var. Mənim ona yazığım gəlir (gülümsəyir). Eyni ilə mənim uşaqlığımdır. Deyirəm ki, bizim nəsildə mənim yaşadıqlarımı buna yaşadacaqlar. Çünki eynilə mənim xasiyyətimdir.

- Kiçik Ağadadaşın sənətinizi davam etdirməsini istəyərsinizmi?

- Bir oğlumu dörd-beş il hazırladım, mənimlə toy mərasimlərinə də gedirdi. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşdır. İşin içinə girdi və dedi ki, mən burada qala bilmərəm. Hamısının yaxşı səsi var, amma keçdiyim yollara baxıram və əziyyət çəkmələrinə dözə bilmirəm. Bizim sənətimiz çox ağır sahədir.

- Pandemiya dövrünü necə keçirirsiniz?

- Şükür Allaha, hər şey qaydasındadır, ailəmizdə, nəslimizdə salamatçılıqdır. Onsuz da ömrü boyu karantində yaşayan adamam. Bütün qaydalara riayət edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Bu gün, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Bu gün, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Bu gün, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru