
12 aprel 2025-ci il tarixində, saat 10:00-da "Oğuz-Məişət" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq, OĞUZ RAYONU, OĞUZ ŞƏHƏRİ, ƏZİZBƏYOV, ev 7 ünvanında yerləşən "Oğuz-Məişət" ASC-nin inzibati binasında baş tutacaq.
Cəmiyyətin Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələ daxildir:
1."Oğuz-Məişət" ASC-nin ləğv edilməsi;
2. Cəmiyyətin rəhbər dəyişikliyi;
3. Cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi;
4. Ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi.
Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır.
Yığıncaq saat 10:00-da başlanır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəniz təqdim olunmalıdır.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsən özləri və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndələri iştirak edə bilər.
Növbədənkənar ümumi yığıncağın gündəliyində duran məsələ ilə əlaqədar Cəmiyyətin hüquqşünası H. Mirçırağa müraciət etmək olar.
Əlaqə telefonu: (055) 686-06-00
Qeyd edək ki, "Oğuz-Məişət" ASC 19 sentyabr 1997-ci ildə yaradılıb, şirkət 27 min 224 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Maxfura Rzayeva Nüsrət qızıdır.