
ABŞ prezidenti Donald Tramp Yunanıstanın Aleksandrupolis şəhərindəki Ukrayna və Şərqi Avropaya silah və texnika tədarük etmək üçün istifadə olunan bazanın ləğvi barədə tapşırıq verib.
AzVision.az xəbər verir ki, Amerika mediasında dərc olunan məqalənin müəlliflərinin iddiasına görə, ABŞ hökuməti Aleksandroupolis bazasının fəaliyyət qabiliyyətinin və davamlı fəaliyyət ehtiyacının təcili nəzərdən keçirilməsini əmr edib.
Aleksandrupolisdəki baza Yunanıstan hökuməti tərəfindən qüvvələr və silah sistemlərini
Ukraynaya ötürmək üçün Bayden administrasiyası üçün ayrılıb. Medianın məlumatına görə, Tramp administrasiyası bundan sonra ABŞ-nin texnika və personalını Ukraynaya göndərməyəcək.
Xatırladaq ki, Türkiyə hökuməti bu bazanın fəaliyyətindən dəfələrlə narazılığını bildirib.