
"Evdən küçəyə çıxmıram. Nəvələrim, ailəm evdədir, onlara görə özümü qorumalıyam".
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Elgizlə izlə" proqramında deyib. Müğənni karantin günlərində evdən çıxmadığını söyləyib:
"Özümü qorumalıyam. Efirə gəlirəm, sonra qayıdıb otururam televizorun qabağında. Bazarlığı da evdəkilər edib gətirir. Deyirlər, evdən küçəyə çıxma, otur".
Y.Mustafayev "Nə yeyib-içirsiniz? Maddi imkanınız var" sualına "İnsan gərək hər dövrdə nəyəsə hazır olsun. Bu gün yeyim, sabah nə olur-olsun etmək olmaz" cavabını verib.