
BAŞ MƏŞQÇI XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
Futbol üzrə Ukrayna millisinin baş məşqçisi ürəyində yaranmış problemə görə xəstəxanada yatır.
Trend-in Franspress-ə istinadən verdiyi məlumata görə, 59 yaşlı Oleq Bloxinin qan təzyiqi yüksəlib və xəstəxanaya yerləşdirilib.
Onun bir həftə ürək-damar şöbəsində yatacağı bildilir.
Bloxin ötən həftə demişdi ki, oktyabr ayında iki yoldaşlıq oyunundan sonra milli komandanın baş məşqçiliyindən istefa verəcək və Kiyevin "Dinamo" klubuna rəhbərlik edəcək.