
ONLAR YAXALANIB
Sumqayıtda qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib.
Qumarxanaya baxış zamanı 8 ədəd kompyuter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb.